Reklam
Nisə Heydərli:"Gülümsəyib hər zülümə, bir taxt qurmuşam ölümə..." -ŞEİRLƏR
11-10-2019 20:01
"...Sirin nağıl kimi keçir ömür də,
Cəkir karvanını səs də, səmir də.
Sən məndən xəbərsiz qərib ellərdə,
Mən də sənsizliklə barışım gərək..."
Dalidag.az Nisə Heydərlinin şeirlərini təqdim edir:
GEDƏCƏYƏM
Xəyallar elə bil yuxu kimiydi,
Yazıya, qismətə çatdıq, ayıldıq.
Üzü dönük oldu zalım fələyin,
Gör neçə danışdıq, neçə ayrıldıq.
Kəsir duyğularım qılınctək məni,
Özümü gəzirəm hər addımbaşı.
Qollarım meyvəsiz budağa bənzər,
Bədənim tək-tənha bir məzar daşı.
Küsdürüb taleyin vəfası məni,
Ömür söyləmirəm ayrılıqlara.
Sıxır bu dünyanın havası məni,
Dönüb gedəcəyəm...bilirsən hara?!...
BU YOLLAR
Qarış-qarış, adım-addım, anbaan,
Ömrümüzdən ömür biçir bu yollar.
Sirdaş edir yaxını da, yadı da, -
Yolçusunu özü seçir bu yollar.
Məhəbbətin çeşməsində yuyunur,
Eşq adında badəsi nur, meyi nur.
Məcnunuyla, Kərəmiylə öyünür,
Səhralara könül açır bu yollar.
Nə zamandır ürəyimdə xaldı qəm,
Eşq bağımda arı mənəm, baldı qəm.
Vətən adlı cənnətimi aldı qəm, -
Məni görüb, niyə qaçır bu yollar?!
Cismim sızlar, ruhum kama yetişməz,
Ünvansıza ha yaz, namə yetişməz,
Ayrılıqlar dərd-bəlasız ötüşməz,
Ömürləri sutək içir bu yollar.
SEÇMƏDİM
Bağlı qapı arxasından boylanıb,
Olmayasan məntək dərdin düçarı.
Yuxulardan kipriyimə od düşdü,
Ayıldım ki, ömür yarı, gün yarı.
Ayıldım ki, çiçəklərə sar düşüb,
Cığır itib, yollarına qar düşüb.
Kimin isə ürəyinə nar düşüb,
Dənələyib düz əhdi, düz ilqarı.
Mən seçmədim, bəxtim özü "xoş" gəldi,
Pəncərəmdən gül yerinə daş gəldi.
Gözlərimdən bircə damla yaş gəldi,
Əritdi sinəmdə buz tutan qarı...
BAĞIŞLA
Ümid donub qalıb baxışlarımda,
Dönməsən kim bilir nələr olacaq.
Elə bil əsrlər ötüb o gündən,
Yaman qəribsəyib bu ev, bu ocaq.
Əllərim buz kimi isinə bilmir,
Könlüm daş parçası...eh dinə bilmir.
Düşüb xatirələr izinə bilmir,
Harda gecələyib, harda qalacaq.
Mənə bir ümid biç donu dözümdən,
Ömrü puç etməyək inad üzündən.
Yenə soruşmayım özüm-özümdən,
Daha kimim qaldı arxalanacaq...
BELƏ
Ağlatma gəl sinən üstə sazını,
Hərdən-birdən gülə-gülə çal belə.
Dərd sarılıb boğazıma ilantək,
Zəhər dadır, qadan alım, bal belə.
Qəlb ovunmur, ayrı jdüşüb elindən,
Dad dostların fitnəsindən felindən.
Qoy söyləyim kəm bəxtimin əlindən
Necə yandı öz ağzımda dil belə.
Kimi qulun, kimi şahın qurbanı,
Mizrabından qopan ahın qurbanı,
Mən olmuşam bir günahın qurbanı,
Külümü də sən sovurma gəl belə.
SEVƏNLƏR KİMİ
Dord yol ayrıcında bir gün
Gorüsdük sevənlər kimi.
Aldanıb acı qisməti
Bölusdük sevənlər kimi...
Naqıl dedi fələk bizə,
Yuxu gəldi gözümüzə.
Yatıb bir bəxt özümüzə
Görmüsdük sevənlər kimi...
Kimi yoxda, kimi varda,
Buz asılıb arzulardan.
Ruhumuz kim bilir harda,
Ölmusdük sevənlər kimi...
AĞLARSAN
Dönüb getdin, sən də bir gün
Yetməzsən başa,ağlarsan.
Sevənləri şəhər-axşam,
Görərsən qoşa,ağlarsan.
Ümidlərin puça çıxar,
Fələk üzünə kəc baxar,
Başın üstə şimşək çaxar,
Baxıb yağışa ağlarsan.
Səsini çox çəkmə zilə,
Aldadarlar gülə-gülə,
Bacarırsan innən belə,
Sevgisiz yaşa...ağlarsan!
OXU
Ölsəm şikəstə oxu.
Fəğanı kəs də, oxu.
Qoy anam eşitməsin,
Amandı, pəsdən oxu.
Oğul deyib qovrulan,
Külü göyə sovrulan,
Torpağından qovulan,
Biçarə kəsdən oxu.
Unutma bu karvanı,
Ayrılıqdı dörd yanı.
Ey könlümün sarvanı
Gəl, tanış səsnən oxu.
Bar gətirdi qəhərim,
Qəmlə soyuldu dərim.
Qürub etdi səhərim,
Çıx yolum üstə, oxu.
QAYIT GƏL
Tənha bir qayığam sulara həmdəm.
Bilmirəm baş alıb hayana gedəm.
Gəl, mənim könlümü ovlayan adam.
Qayıt gəl, eşqinin sahilindəyəm.
Tufanlar içində ümidim azıb.
Bu ümid özünü sulardan asıb.
Tanrı dərd yazıbsa, dərman da yazıb,
Qayıt gəl, eşqinin sahilindəyəm.
Qurtar əzablardan dəniz qəlbimi,
Şahzadəlibaslı kəniz qəlbimi.
Ovuda bilmirəm sənsiz qəlbimi.
Qayıt gəl, eşqinin sahilindəyəm.
***
Otağımın sükutu
yel kimi uğuldadı qulaqlarımda.
Əllərim üşüdü,
kipriklərim titrədi,
gözlərim axtardı.
...Küncdə dayanmış boş beşik də
mənim günümdədi.
Aramızda bircə fərq var;
onun ağırlığı yerə düşür,
boşluğunun ağırlığı
ürəyimə...
DƏYƏRLƏR İTİR
Yol gedirik yata-yata,
Kim səsləyə, kim oyada?
Əlbəyaxa oğul, ata
Miras üstə qonanlarıq...
Tərif yağır sel yerinə,
Cib danışır dil yerinə.
Başımıza kül yerinə,
Tük əkdirən nadanlarıq...
Sərhədləri tək aşırıq,
Tez qaynayıb, tez daşırıq,
Həm əcnəbi başdaşıyıq,
Həm yerli ölü canlarıq...
Sızlayıram, sinəm dağlı,
Qolum şikəst, gözüm bağlı.
Hamı olub Qarabağlı,
Qara gün, qara danlarıq...
Gəlib Əzrayıl aparsın,
Məni bu dərddən qurtarsın.
Utana bilən utansın,
Utanmayanı anlarıq...
Həm karıq, həm də ki, koruq,
Diri ikən gorbagoruq.
Görün biz necə nankoruq,
Əsli- kökü dananlarıq.
Nə şahıq, nə də vəzirik,
Hər bir sözə müntəzirik.
Boş başa ağıl gəzirik,
Ayaqda yox, başda çarıq.
GƏZİRƏM
Bələdin könlümə ahı,
Axtarıb yol, riz gəzirəm.
Bu dərdə əlac etməyə
Dərə, təpə, düz gəzirəm.
Gəzirəm bası havalı,
Əlimdə haqqın qavalı.
Xəlbir doldurmur cuvalı,
Hey ələyir söz gəzirəm.
Soldurur kədər yazımı,
Itirir zaman izimi.
Dara cəkirəm gözümü,
Kipriyimdə köz gəzirəm.
Gülümsəyib hər zülümə,
Bir taxt qurmuşam ölümə.
Əcəl kimi cıx önümə
Unvanımı yaz, gəzirəm.
MƏNİ
Gözlərim buludtək dolub,
Qınama, qınama məni.
Allah, dözümüm qalmayıb,
Sınama, sınama məni.
Bir eşqim var adı xəta,
Mən yandıqca yanır o da.
Ay ellərim, yetin dada,
Bürüyün ahıma məni.
Haqq adlanan divandayam,
Usandığım bir candayam.
Gecələr ah-fəğandayam,
Gömün sabahıma məni.
SƏNSİZLİK
Oturub gecənin bu vədəsində,
Özümə bir nağıl danışım gərək.
Dözümü gözümə sürmətək çəkib,
Bu qərib bəxt ilə barışım gərək.
Sükutun səsini səsimə qatım,
Bivaxt yuxulardan kimi oyadım?
Sən mənım ayrılıq adlı bayatım,
Bu səssiz haraya alışım gərək.
Sirin nağıl kimi keçir ömür də,
Cəkir karvanını səs də, səmir də.
Sən məndən xəbərsiz qərib ellərdə,
Mən də sənsizliklə barışım gərək...
GƏTİRMİSƏN
Söylə, nə etmişəm, a zalım fələk,
Ömrümə nisgildən bar gətirmisən.
Çırpına-çırpına qalmışam naçar,
Əcəl köynəyimi dar gətirmisən.
Torpaq acısından gözüm sapsarı,
Könlümdə yurd salıb dağların qarı.
Bənövşə qoxulu gözəl çağları
Alıb aparmısan, qar gətirmisən.
Hayana üz tutub durna qatarım,
Harda soraqlayım, necə qaytarım.
Anasız uşaqtək kamanım, tarım,
Ovunmur edirəm ar, gətirmisən.
Tüstüsüz yanıram, yaman yanıram,
Etmirsən bir çarə, aman, yanıram.
Gəzir yollarımda güman, yanıram,
Qəlbi daş səbirdən var gətirmisən.
Sındırdın könlümü, kəsdin sözümü,
Öyrətdin ən ağır dərdə dözümü.
Barı qoy aldadım özüm- özümü,
Ona ümüd adlı yar gətirmisən.
GÖRÜŞƏK
Kaş oda ataydın külüm qalaydı,
Kaş ölüb gedəydim zülüm qalaydı.
Əlimdə saralmış gülüm qalaydı,
Sinəmdə viranə könül qalınca.
Mən səni de, hansı sözlə ağlayım,
Kamanla ağlayım, sazla ağlayım?
Ürəklə ağlayım, gözlə ağlayım,
Bəlkə özüm gəlim, özüm dalınca?
Sənsiz quru daşam, quruca kəsək,
Bu daşın yaş üzü göyərməyəcək.
Dağılsın bu divar yenə görüşək,
Neçə yol ölürəm yada salınca.
HARDASAN
Yenə işıqlar söndü,
Sükut...hardasan?
Ayrılığı yaxamdan
Sök, at, hardasan?
Həyat aldanışdı,
Puçdu...hardasan?
Min xəyal qurmuşdum,
Uçdu...hardasan?
Qırmızı qar yağır,
Ölüm...hardasan?
Sən ki, ümüdimsən,
Görüm...hardasan?
İlk görüş gözəldi,
Gəldim...hardasan?
Sənin üçün öldüm,
Öldüm...hardasan?
SƏNSİZ
Atılıb qalan daş kimiyəm
yol kənarında,
səssiz-səmirsiz...
Daş da olsam,
üstümdə mamır bitirmək istədim,
bacara bilmədim Sənsiz!
***
Bu çiçəklər yalan sevgimizin şahidləridir,
ağ, qırmızı, sarı...
Hamısı solub, saralıb sən getdiyin andan.
Indi onları hər gün öpub oxsayıram,
eynən sənin kimi
yalandan...
NƏ GÖZƏLDİ
Nə gözəldi ağlamaq,
Yanmaq küldən də gözəl.
Bir eşqin budağında,
Solmaq güldən də gözəl...
Nə gözəldi sevginin,
Ağrısıyla doğulmaq.
Sənı sevən gözlərin
Sularında boğulmaq...
Nə gözəldi ölümün
Özündə sevgi varsa...
Vüsala gedən yolun
Izində sevgi varsa...
Nə gözəldi hayqırmaq
Bu sevgini, nə gözəl.
Heç kəs unutmayacaq,
Səni, məni, nə gözəl...
XƏYANƏT EDƏN QADINLAR
Qurumuş ağac kimidi,
Köksüz, barsız, kölgəsiz...
Taxta parçasına bənzər
Dodaqları quruyar.
boyasız, bəzəksiz.
Küt bıçaq kimi sancılar ürəklərə,
xəyanət edən qadınlar.
Sahildəki daşlar kimi uğurlu bir iz,
Sulara baş vuran qağayılar kimi
ov gözləyər anında.
Kimsənin onu gözləmədiyini bilə-bilə
Kimi isə gələcəkmiş kimi,
əyləşər namusunun kandarında,
xəyanət edən qadınlar.
Dəvətsiz qonaq kimi dönər geri,
Göz yaşları ovcunda...səssiz, səmirsiz.
Qolları bomboş asılqan,
ayaqları dolaşar dörd yol ayrıcında kimsəsiz...
Işıqları sönər bu gecənin,
iynə ucu boyda işıq gəzər xəyallarda,
xəyanət edən qadınlar.
Ölümündən o yana bağlanar qapılar,
ardından hayqırar ölümün səsi.
Addım-addım yaxınlaşar məzarına,
Bir ovuc suya həsrət kimi
Parçalanmış vicdanına susayar,
Özü də bilmədən tələsib,
nəfsinin dar ağacından asılar,
xəyanət edən qadınlar
Nisə Heydərli
Dalidag.az
Cəkir karvanını səs də, səmir də.
Sən məndən xəbərsiz qərib ellərdə,
Mən də sənsizliklə barışım gərək..."
Dalidag.az Nisə Heydərlinin şeirlərini təqdim edir:
GEDƏCƏYƏM
Xəyallar elə bil yuxu kimiydi,
Yazıya, qismətə çatdıq, ayıldıq.
Üzü dönük oldu zalım fələyin,
Gör neçə danışdıq, neçə ayrıldıq.
Kəsir duyğularım qılınctək məni,
Özümü gəzirəm hər addımbaşı.
Qollarım meyvəsiz budağa bənzər,
Bədənim tək-tənha bir məzar daşı.
Küsdürüb taleyin vəfası məni,
Ömür söyləmirəm ayrılıqlara.
Sıxır bu dünyanın havası məni,
Dönüb gedəcəyəm...bilirsən hara?!...
BU YOLLAR
Qarış-qarış, adım-addım, anbaan,
Ömrümüzdən ömür biçir bu yollar.
Sirdaş edir yaxını da, yadı da, -
Yolçusunu özü seçir bu yollar.
Məhəbbətin çeşməsində yuyunur,
Eşq adında badəsi nur, meyi nur.
Məcnunuyla, Kərəmiylə öyünür,
Səhralara könül açır bu yollar.
Nə zamandır ürəyimdə xaldı qəm,
Eşq bağımda arı mənəm, baldı qəm.
Vətən adlı cənnətimi aldı qəm, -
Məni görüb, niyə qaçır bu yollar?!
Cismim sızlar, ruhum kama yetişməz,
Ünvansıza ha yaz, namə yetişməz,
Ayrılıqlar dərd-bəlasız ötüşməz,
Ömürləri sutək içir bu yollar.
SEÇMƏDİM
Bağlı qapı arxasından boylanıb,
Olmayasan məntək dərdin düçarı.
Yuxulardan kipriyimə od düşdü,
Ayıldım ki, ömür yarı, gün yarı.
Ayıldım ki, çiçəklərə sar düşüb,
Cığır itib, yollarına qar düşüb.
Kimin isə ürəyinə nar düşüb,
Dənələyib düz əhdi, düz ilqarı.
Mən seçmədim, bəxtim özü "xoş" gəldi,
Pəncərəmdən gül yerinə daş gəldi.
Gözlərimdən bircə damla yaş gəldi,
Əritdi sinəmdə buz tutan qarı...
BAĞIŞLA
Ümid donub qalıb baxışlarımda,
Dönməsən kim bilir nələr olacaq.
Elə bil əsrlər ötüb o gündən,
Yaman qəribsəyib bu ev, bu ocaq.
Əllərim buz kimi isinə bilmir,
Könlüm daş parçası...eh dinə bilmir.
Düşüb xatirələr izinə bilmir,
Harda gecələyib, harda qalacaq.
Mənə bir ümid biç donu dözümdən,
Ömrü puç etməyək inad üzündən.
Yenə soruşmayım özüm-özümdən,
Daha kimim qaldı arxalanacaq...
BELƏ
Ağlatma gəl sinən üstə sazını,
Hərdən-birdən gülə-gülə çal belə.
Dərd sarılıb boğazıma ilantək,
Zəhər dadır, qadan alım, bal belə.
Qəlb ovunmur, ayrı jdüşüb elindən,
Dad dostların fitnəsindən felindən.
Qoy söyləyim kəm bəxtimin əlindən
Necə yandı öz ağzımda dil belə.
Kimi qulun, kimi şahın qurbanı,
Mizrabından qopan ahın qurbanı,
Mən olmuşam bir günahın qurbanı,
Külümü də sən sovurma gəl belə.
SEVƏNLƏR KİMİ
Dord yol ayrıcında bir gün
Gorüsdük sevənlər kimi.
Aldanıb acı qisməti
Bölusdük sevənlər kimi...
Naqıl dedi fələk bizə,
Yuxu gəldi gözümüzə.
Yatıb bir bəxt özümüzə
Görmüsdük sevənlər kimi...
Kimi yoxda, kimi varda,
Buz asılıb arzulardan.
Ruhumuz kim bilir harda,
Ölmusdük sevənlər kimi...
AĞLARSAN
Dönüb getdin, sən də bir gün
Yetməzsən başa,ağlarsan.
Sevənləri şəhər-axşam,
Görərsən qoşa,ağlarsan.
Ümidlərin puça çıxar,
Fələk üzünə kəc baxar,
Başın üstə şimşək çaxar,
Baxıb yağışa ağlarsan.
Səsini çox çəkmə zilə,
Aldadarlar gülə-gülə,
Bacarırsan innən belə,
Sevgisiz yaşa...ağlarsan!
OXU
Ölsəm şikəstə oxu.
Fəğanı kəs də, oxu.
Qoy anam eşitməsin,
Amandı, pəsdən oxu.
Oğul deyib qovrulan,
Külü göyə sovrulan,
Torpağından qovulan,
Biçarə kəsdən oxu.
Unutma bu karvanı,
Ayrılıqdı dörd yanı.
Ey könlümün sarvanı
Gəl, tanış səsnən oxu.
Bar gətirdi qəhərim,
Qəmlə soyuldu dərim.
Qürub etdi səhərim,
Çıx yolum üstə, oxu.
QAYIT GƏL
Tənha bir qayığam sulara həmdəm.
Bilmirəm baş alıb hayana gedəm.
Gəl, mənim könlümü ovlayan adam.
Qayıt gəl, eşqinin sahilindəyəm.
Tufanlar içində ümidim azıb.
Bu ümid özünü sulardan asıb.
Tanrı dərd yazıbsa, dərman da yazıb,
Qayıt gəl, eşqinin sahilindəyəm.
Qurtar əzablardan dəniz qəlbimi,
Şahzadəlibaslı kəniz qəlbimi.
Ovuda bilmirəm sənsiz qəlbimi.
Qayıt gəl, eşqinin sahilindəyəm.
***
Otağımın sükutu
yel kimi uğuldadı qulaqlarımda.
Əllərim üşüdü,
kipriklərim titrədi,
gözlərim axtardı.
...Küncdə dayanmış boş beşik də
mənim günümdədi.
Aramızda bircə fərq var;
onun ağırlığı yerə düşür,
boşluğunun ağırlığı
ürəyimə...
DƏYƏRLƏR İTİR
Yol gedirik yata-yata,
Kim səsləyə, kim oyada?
Əlbəyaxa oğul, ata
Miras üstə qonanlarıq...
Tərif yağır sel yerinə,
Cib danışır dil yerinə.
Başımıza kül yerinə,
Tük əkdirən nadanlarıq...
Sərhədləri tək aşırıq,
Tez qaynayıb, tez daşırıq,
Həm əcnəbi başdaşıyıq,
Həm yerli ölü canlarıq...
Sızlayıram, sinəm dağlı,
Qolum şikəst, gözüm bağlı.
Hamı olub Qarabağlı,
Qara gün, qara danlarıq...
Gəlib Əzrayıl aparsın,
Məni bu dərddən qurtarsın.
Utana bilən utansın,
Utanmayanı anlarıq...
Həm karıq, həm də ki, koruq,
Diri ikən gorbagoruq.
Görün biz necə nankoruq,
Əsli- kökü dananlarıq.
Nə şahıq, nə də vəzirik,
Hər bir sözə müntəzirik.
Boş başa ağıl gəzirik,
Ayaqda yox, başda çarıq.
GƏZİRƏM
Bələdin könlümə ahı,
Axtarıb yol, riz gəzirəm.
Bu dərdə əlac etməyə
Dərə, təpə, düz gəzirəm.
Gəzirəm bası havalı,
Əlimdə haqqın qavalı.
Xəlbir doldurmur cuvalı,
Hey ələyir söz gəzirəm.
Soldurur kədər yazımı,
Itirir zaman izimi.
Dara cəkirəm gözümü,
Kipriyimdə köz gəzirəm.
Gülümsəyib hər zülümə,
Bir taxt qurmuşam ölümə.
Əcəl kimi cıx önümə
Unvanımı yaz, gəzirəm.
MƏNİ
Gözlərim buludtək dolub,
Qınama, qınama məni.
Allah, dözümüm qalmayıb,
Sınama, sınama məni.
Bir eşqim var adı xəta,
Mən yandıqca yanır o da.
Ay ellərim, yetin dada,
Bürüyün ahıma məni.
Haqq adlanan divandayam,
Usandığım bir candayam.
Gecələr ah-fəğandayam,
Gömün sabahıma məni.
SƏNSİZLİK
Oturub gecənin bu vədəsində,
Özümə bir nağıl danışım gərək.
Dözümü gözümə sürmətək çəkib,
Bu qərib bəxt ilə barışım gərək.
Sükutun səsini səsimə qatım,
Bivaxt yuxulardan kimi oyadım?
Sən mənım ayrılıq adlı bayatım,
Bu səssiz haraya alışım gərək.
Sirin nağıl kimi keçir ömür də,
Cəkir karvanını səs də, səmir də.
Sən məndən xəbərsiz qərib ellərdə,
Mən də sənsizliklə barışım gərək...
GƏTİRMİSƏN
Söylə, nə etmişəm, a zalım fələk,
Ömrümə nisgildən bar gətirmisən.
Çırpına-çırpına qalmışam naçar,
Əcəl köynəyimi dar gətirmisən.
Torpaq acısından gözüm sapsarı,
Könlümdə yurd salıb dağların qarı.
Bənövşə qoxulu gözəl çağları
Alıb aparmısan, qar gətirmisən.
Hayana üz tutub durna qatarım,
Harda soraqlayım, necə qaytarım.
Anasız uşaqtək kamanım, tarım,
Ovunmur edirəm ar, gətirmisən.
Tüstüsüz yanıram, yaman yanıram,
Etmirsən bir çarə, aman, yanıram.
Gəzir yollarımda güman, yanıram,
Qəlbi daş səbirdən var gətirmisən.
Sındırdın könlümü, kəsdin sözümü,
Öyrətdin ən ağır dərdə dözümü.
Barı qoy aldadım özüm- özümü,
Ona ümüd adlı yar gətirmisən.
GÖRÜŞƏK
Kaş oda ataydın külüm qalaydı,
Kaş ölüb gedəydim zülüm qalaydı.
Əlimdə saralmış gülüm qalaydı,
Sinəmdə viranə könül qalınca.
Mən səni de, hansı sözlə ağlayım,
Kamanla ağlayım, sazla ağlayım?
Ürəklə ağlayım, gözlə ağlayım,
Bəlkə özüm gəlim, özüm dalınca?
Sənsiz quru daşam, quruca kəsək,
Bu daşın yaş üzü göyərməyəcək.
Dağılsın bu divar yenə görüşək,
Neçə yol ölürəm yada salınca.
HARDASAN
Yenə işıqlar söndü,
Sükut...hardasan?
Ayrılığı yaxamdan
Sök, at, hardasan?
Həyat aldanışdı,
Puçdu...hardasan?
Min xəyal qurmuşdum,
Uçdu...hardasan?
Qırmızı qar yağır,
Ölüm...hardasan?
Sən ki, ümüdimsən,
Görüm...hardasan?
İlk görüş gözəldi,
Gəldim...hardasan?
Sənin üçün öldüm,
Öldüm...hardasan?
SƏNSİZ
Atılıb qalan daş kimiyəm
yol kənarında,
səssiz-səmirsiz...
Daş da olsam,
üstümdə mamır bitirmək istədim,
bacara bilmədim Sənsiz!
***
Bu çiçəklər yalan sevgimizin şahidləridir,
ağ, qırmızı, sarı...
Hamısı solub, saralıb sən getdiyin andan.
Indi onları hər gün öpub oxsayıram,
eynən sənin kimi
yalandan...
NƏ GÖZƏLDİ
Nə gözəldi ağlamaq,
Yanmaq küldən də gözəl.
Bir eşqin budağında,
Solmaq güldən də gözəl...
Nə gözəldi sevginin,
Ağrısıyla doğulmaq.
Sənı sevən gözlərin
Sularında boğulmaq...
Nə gözəldi ölümün
Özündə sevgi varsa...
Vüsala gedən yolun
Izində sevgi varsa...
Nə gözəldi hayqırmaq
Bu sevgini, nə gözəl.
Heç kəs unutmayacaq,
Səni, məni, nə gözəl...
XƏYANƏT EDƏN QADINLAR
Qurumuş ağac kimidi,
Köksüz, barsız, kölgəsiz...
Taxta parçasına bənzər
Dodaqları quruyar.
boyasız, bəzəksiz.
Küt bıçaq kimi sancılar ürəklərə,
xəyanət edən qadınlar.
Sahildəki daşlar kimi uğurlu bir iz,
Sulara baş vuran qağayılar kimi
ov gözləyər anında.
Kimsənin onu gözləmədiyini bilə-bilə
Kimi isə gələcəkmiş kimi,
əyləşər namusunun kandarında,
xəyanət edən qadınlar.
Dəvətsiz qonaq kimi dönər geri,
Göz yaşları ovcunda...səssiz, səmirsiz.
Qolları bomboş asılqan,
ayaqları dolaşar dörd yol ayrıcında kimsəsiz...
Işıqları sönər bu gecənin,
iynə ucu boyda işıq gəzər xəyallarda,
xəyanət edən qadınlar.
Ölümündən o yana bağlanar qapılar,
ardından hayqırar ölümün səsi.
Addım-addım yaxınlaşar məzarına,
Bir ovuc suya həsrət kimi
Parçalanmış vicdanına susayar,
Özü də bilmədən tələsib,
nəfsinin dar ağacından asılar,
xəyanət edən qadınlar
Nisə Heydərli
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 11-10-2019 20:01
Baxış sayı: 3999
Yazı axını
04 / 12 / 2024
03 / 12 / 2024
02 / 12 / 2024
02 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
28 / 11 / 2024
27 / 11 / 2024
25 / 11 / 2024
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
Ən çox oxunanlar