Reklam
Pərvanə Bayramqızının "Uçurum”u -Hekayə
03-04-2020 12:54
Onu tənbeh etmək üçün qohum-qonşu öz növbəsini gözləyirdi. Rəhman öyüd-nəsihətlərdən bezmişdi. Nə qədər desə də “evlənmirəm, əl çəkin” yenə də onu rahat buraxmırdılar. Ərincək olduğundan kəndin sakinləri evlənmək istəmədiyini də tənbəlliyinə yozurdular. Elə bilirdilər hər gün onu danlasalar başına ağıl qoya bilərlər. Bu gün də onu yola gətirmək üçün növbə kəndin ağsaqqalı Abbas kişiyə çatdı. O da öhdəsinə düşən vəzifəsindən məmnun halda Rəhmanın yaşadığı balaca yarıqaranlıq evə gəldi. Qapını birbaşa açıb:
– Hardasan, a bala? – deyərək içəriyə boylandı. Ağsaqqalın gəlişinin səbəbini həmən anlayan cavan tələsik qalxıb əyninə köynək geyindi. Qəfil gəlişdən üzünə yayılan narazılıq ifadəsini ondan gizləməyə çalışdı. Hətta ürəyində “barı qapını döy də, ay saqqalı ağ kişi” deyə qınadı da. Ağsaqqal isə bu qınaqdan xəbərsiz halda dayanıb cavana baxırdı. Rəhman:
– Keç, Abbas əmi, – dedi – keç, yer tapa bilsən əyləş. Hər yer qarışıqdır.
Elə bil ağsaqqal bu sözü gözləyirmiş ki, gəlişinin məqsədini bildirsin.
– Arvad olmayan ev belə olar də, ay tənbəl. Adamı eşitmirsən ki. Deyirik bir bulaq başına-zada çıx, kəndin gözəl-göyçək qızlarından birini seç evlən, eşitmirsən.
Cavan oğlan pal-paltarlarını yığdığı çarpayının üstündən qara bir şey götürüb stolun üstünə qoydu. Əlini uzadıb neynədisə ağsaqqalın gözünü işıq qamaşdırdı. Barmaqlarını nəyə vururdusa şıqqıltı eşidildi. Ağsaqqal bir qədər tamaşa edib:
– Bu nədir, ə? – deyə acıqlandı, – götür o yana qoy iki kəlmə söhbət edək.– dedi.
Rəhmanın gözlərini qutuyabənzər əşyadan ayırmadan söylədiyi
– Ağsaqqal, indi qız bəyənmək üçün bulaq başına getmək zamanı deyil ey. Bax bu balaca qutuya, nə qədər istəsən burdan qız sevmək olar – sözlərindən ağsaqqal heç nə başa düşmədi.
– Ayıb deyil, məni dolayırsan?
Rəhman gülümsündü.
– İnandığın hər nə varsa ona and olsun ki, doğru sözümdür, Abbas əmi. – Həmin əşyanı bu dəfə ağsaqqalın qarşısına qoydu. – Bax bu noutbukdur –
dedi, – bunun vasitəsilə dünyanın hər yerindən xəbər tutmaq olur. Burda oturub lap Amerka ilə əlaqə saxlaya bilirsən.
– Bunun evlənməyə nə dəxli var, ay xatakar?
– Var, ağsaqqal, var – deyib Rəhman qımışdı. – Burda da gözəl-göyçək qızlarla tanış olub evlənmək olur.
Qoca bir xeyli onu süzüb başını buladı. – Sən nə çətin uşaq oldun, əə. Yazıq Usuf yaxşı ki, vaxtında getdi dünyadan, yoxsa sənin əlindən ürəyi partlayardı. Dur, a bala, dur. Səmədin iki yaxşı qızı var. Get bax bəyən birini, elçiləyək sən də ailə-uşaq sahibi ol.
– Neynirəm ey evlənməyi, Abbas əmi, özümə qulluq edə bilirəm də.
– Ə, arvadı təkcə qulluq eləməyəmi alırlar, ay tərs keçi. Qoy sənin də könül həmdəmin olsun də.
Bu dəfə hövsələdən çıxdı, az qala ağsaqqalın üstünə qışqıracaqdı.
– Yaxşı da, Abbas əmi, sənə and verirəm oxuduğun Qurana, de görüm, heç Güllü xalaya həmdəm olmusanmı? Yazıq arvadın bircə dəfə də olsun, nə istədiyini soruşmusanmı, bircə dəfə əl-ələ verib gəzməyə çıxmısınızmı? Hə?
Ağsaqqal cavab verməyə macal tapmırdı. Rəhman dil-dil ötürdü.
– Yazıq qadın sənə palçıqlı ayaqlarını yumaq, nəslinə qulluq etmək üçün lazım olub. Səhərdən-axşamacan qarışqa kimi torpaqda eşələnib yornuq düşəndə bir dəfə də olsun nəvaziş göstərməmisən. Həmdəm olmaq bunamı deyirsən, Abbas əmi?
– Ə, gül kimi balalar böyüdüb nəvə-nəticə sahibiyik, bundan böyük xoşbəxtlik varmı?
– Ay sağ ol, bax birini də özün dedin.
– Düz-əməlli də danışmırsan, bilmirəm nə cavab verim sənə.
– Bax, görürsən, necə bir evdə yaşayıram, – qaldığı otağı göstərdi. – bura kimin qızını gətirsəm elə bilər mənə bostan qoruqçusu lazımmış.
– Bəs sən necə yaşayırsan burda, a bala?
– Mən də birtəhər yaşayıram, əziyyət çəkirəm. Yox, Abbas əmi, evlənən deyiləm. Özümü birtəhər yola verirəm, evlənəndən sonra gərək çalışam- qazanam, qayğı çəkəm. Yox, bu mənlik deyil.
– Ə, bəs kişi çalışıb qazanar də, çörək kimə göydən tökülür?
– Yox, ağsaqqal başımı yoza bilməzsən, evlənmirəm. Mən evlənməsəm dünya dağımaz ki.
– Bax, tay-tuşların oğul-qız yiyəsidir hamısı.
– O uşaqlar onların deyil, Abbas əmi.
– Əstəğfürillah! Ə, pis-pis danışma.
– Hirslənmə ey, yəni demək istəyirəm ki, bu gün-sabah qızını başqasına verəcək, öz evində olmayacaq ki.
– Hə, oğlu ki, var. Bu da həyatın qanunudur də, qız özgə çırağı yandırır.
– Heç, oğlu da özünə qalmayacaq. Onu da hökumət gəlib əlindən alacaq aparıb müharibədə öldürəcək.
– Ağzından yellər alsın, Allah eləməsin. Yaman pis niyyət adamsan ha. Ə, bəs adamlar Vətəni üçün savaşmasınmı?
– İnsanlar heç nə üstündə savaşmamalıdır, ağsaqqal.
– Ağlıma gəlməzdi ki, Usufun öldüyünə bir gün sevinəcəm.
– Atam sağ olsaydı vallah onu yola gətirə bilərdim, camaatı başa sala bilmirəm ki, əl çəksinlər məndən.
– Qocalanda əlinə bir stəkan su verən olmayanda peşman olacaqsan. Hələ cavansan neynədiyini başa düşmürsən.
– İnsanın yaşının ağlına dəxli olmur, Abbas əmi. Uşağa “uşaqdı qanmır”, cavana “beyni qandır düşünmür”, qocaya da “ yaşlı adamdır şüuru zəifləyib” deyirlər, bəs insan övladının qanmağı hansı vaxtına düşür? Əslində adam ya ağıllı doğulur, ya da əksinə. Elə adam var ki, hər yaşda doğru düşünməyi bacarır.
– Hımm, ağsaqqallıq edirsən mənə – incik halda deyindi.
– Yox ey, Abbas əmi, düzünü mən deyirəm.
– Qocalanda da beləcə damın altında bu qara qutuyla oynayacaqsan?
– Bu qutunun vasitəsilə özümə yaxşı bir iş tapacam, ağsaqqal, bir az gözlə. Çoxlu pulum olacaq, yaxşı yekə bir ev tikdirəcəm.
– Ay sağ ol, bilirdim ki, eşidəcəksən məni.
Ağsaqqalın sevincdən gözləri yaşardı. Rəhman onu məyus edəcəyinə təəssüflənsə də fikrini söyləməkdən çəkinmədi.
– O ev elə yekə olacaq ki, oraya nə qədər istəsən qadın sığınacaq.
– O boyda da lazım deyil. Hələ birini tap evlən bəsindi.
– Yox, ağsaqqal, o evə evlənməyənləri gətirəcəm. Əlinə bir stəkan su verməyə adamı olmayanları yığacam. Vaxt gələcək ki, heç kimin zəhləsini töküb zorla evləndirməyəcəklər, həyatlarını istədikləri kimi yaşayıb qocalanda da o evə yığışacaqlar, onların qayğısına da işini sevən onlarla adam qalacaq.
Ağsaqqal mat-məətəl cavana baxıb birdən var gücü ilə bağırdı.
– Allah səni öyrədənlərin bəlasını versin! Beynini zəhərləyiblər sənin. Axmağın biri axmaq!
Rəhman qəzəblənmiş ağsaqqala fikrini izah etməyə çalışdı.
– Burda faciəvi bir şey yoxdur, bax...
Ağsaqqal onu dinləmədi, qapıdan çıxıd. Protez dişlərini şaqqıldada-şaqqıldada kiməsə qarğadı.
– Evin yıxılsın mərdimazar! Daha uşaqlarımız da bizə arxa çevirir.
Cavan oğlan bir az qocalıqdan, bir az da əsəbdən əsə-əsə yeriyən ixtiyarın arxasınca getmədi. Gözlərini bir nöqtəyə dikib, dərin fikrə getmişdi.
Pərvanə Bayramqızı
Dalidag.az

Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 03-04-2020 12:54
Baxış sayı: 3841
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02