Reklam

Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib -FOTOLAR
(30-01-2025, 14:54)
(30-01-2025, 14:54)

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir. Azərbaycan
"Bizi bağışla, səni Kəlbəcərə, ruhun bağlı olan torpağa qovuşdura bilmədik…" - Famil Museyibov
(28-01-2025, 20:16)
(28-01-2025, 20:16)

Famil Museyibov, Kamil Mehdiyev Hər bir yurddaşımıza, kəlbəcərlimizə, onu tanıyanlara əziz olan dəyərli dostumuzu, Birinci Qarabağ müharibəsində Kəlbəcər özünümüdafiə batalyonunu yaratmış və onun şanlı, əfsanəvi komandiri olmuş, ömrünün son günlərinədək Sumqayıt narkodispanserinin rəhbəri, misilsiz həkim- psixiatr… dostumuzu, əzizimizi itirdik… Dünən gecə bu acı xəbəri alan kimi, dostumuz İlqar Quliyevə havalı, ümidsiz… bir ismarıc yollaya bildim: "İlqar, noolar, yaz ki, bu xəbər yalandır…”

Birinci Qarabağ savaşında Kəlbəcərdə özünümüdafiə batalyonunun komandiri olmuş, Vətənini, yurdunu canı qədər sevən Kamil Mehdiyev ("Spartak" Kamil. O, döyüşdə “Spartak” ləqəbli ilə tanınıb. ) dünyasını dəyişib. Qeyd edək ki, Kamil Mehdiyev 2000-ci ildən Sumqayıt Narkoloji Dispanserinin baş həkimi idi. O, uzun müddətdir ki, ankoloji xəstəlikdən əziyyət çəkirdi. Dəlidağ.a z olaraq igid döyüşçü, dəyərli zayalı Kamil Mehdiyevin doğmalarına dərin hüznlə başsağlığı verir, ona Tanrıdan rəhmət

Əslən Kəlbəcərdən olan, 1-ci Qarabağ müharibəsində ərazilərimizin bütövlüyü uğrunda döyüşlərdə iştirak edən T ahir Zülfüqar oğlu Həşimov dünyasını dəyişib. Təəssüf ki, Tahir bəyin də son mənzili doğulduğu torpaq olmadı. Mərhumun ailəsinə, bütün doğmalarına başsağlığı verir, Allahdan rəhmət diləyirik! Dalidag.az

(Başlıbel kəndinin ağsaqqallarından olan Cəfərov Nəbi (İzzət) Məşədi Qədim oğlunun əziz xatirəsinə) Dəlidağın qoynunda qədim bir kənd var idi, Bu kəndin hər tərəfi gözəl laləzar idi... Uca dağlar çəpərtək bu kəndi bürümüşdü, İgidlər bu yerlərdən düşməni kürümüşdü. Bu kənd həm çox gözəldi, həm də çox səfalıydı... Bura gələn qonaqlar bu kəndin heyranıydı. Başlıbel deyərdilər bu kəndin ilk adına, Burda hörmət çox idi ağsaqqala, qadına... Bilmirəm, haradan düşdü bu şeir yadıma. Axı, mən

Zaqatalada 32 yaşlı qazinin dağda meyiti tapılıb. Dalidag.az xəbər verir ki, hadisə dünən qeydə alınıb. Zaqatala rayonunun Axaxdərə kənd sakini, 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti dünən axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonunun Car kənd inzibati ərazisinə daxil olan Əlibəy zirvəsində aşkarlanıb. İlkin ehtimala görə, onu ayı parçalayıb. Qeyd edək ki, H.Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın qəbirüstü abidəsi hazırlanır. Dalidag.az bildirir ki, bunu Milli Qəhrəmanın atası Cəlil Əliyev deyib. O bildirib ki, artıq qəbirüstü abidənin hazırlanmasına başlanılıb: “Mənə AZAL-dan zəng etmişdilər. Bildirdilər ki, Hökumə Əliyevanın qəbri üzərində büst ucaldılacaq. Büst altı ay və yaxud bir il ərzində hazır olacaq”. Cəlil Əliyev

Ukraynada münaqişənin həlli ilə bağlı razılıq əldə olunmadı, çünki Volodimir Zelenski döyüşmək istəyirdi. Dalidag.az xəbər verir ki, Bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib. O qeyd edib ki, həqiqətən də sövdələşmənin bağlanması üçün imkan var idi. "Volodimir Zelenski Ukraynada münaqişənin başlamasına imkan verməməli idi. Bilirsiniz, o, mələk deyil, bu müharibənin başlamasına icazə verməməli idi", - Tramp qeyd edib.

İstəyirəm ki, Rusiya Prezidenti Vladimir Putin sülh danışıqları barədə yalvarsın. Dalidag.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib. Onun sözlərinə görə, müharibənin hər sülh yolu ilə həlli Ukrayna, Polşa, Mərkəzi və Şərqi Avropa və AB-nin maraqlarına uyğun deyil: “Elə tədbirlər görməliyik ki, Vladimir Putin sülh üçün yalvarmağa məcbur olsun. Mən Putinə danışıqlar masasına oturmaq üçün yalvarmaq istəmirəm, istəyirəm ki, danışıqlar masasına əyləşməyimiz üçün o yalvarsın”.
Yazı axını
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
30 / 01 / 2025
28 / 01 / 2025
28 / 01 / 2025
27 / 01 / 2025
26 / 01 / 2025
25 / 01 / 2025
24 / 01 / 2025
24 / 01 / 2025
23 / 01 / 2025
22 / 01 / 2025
Ən çox oxunanlar