Kamikadze dronları müxtəlif sursatların, partlayıcı maddələrin və s. qoşulması yolu ilə dərinlikdəki hədəfləri, müxtəlif təsisatları, komanda mərkəzlərini vurmaq üçün istifadə edilir. Bu dronları da müəyyən mənada silahlı PUA hesab etmək olar. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a Ermənistan ordusunun mini dronlarla keçirdiyi təlimlər haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. “Əlbəttə ki, bütün ortaya çıxan yeni silah və silah

Goranboyda avtomobil qəzası baş verib. Hadisə Yeniyol-Xanqərvənd kəndləri istiqamətindən keçən magistral yolda qeydə alınıb. Məlumata görə, "Vaz 2105" markalı maşın idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 5 hərbçi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bu gün Azərbaycan Atletika Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib. Dalidag.az Azərbaycan Ağır Atletika Federasiyasına istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Yığıncağın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Çingiz Hüseynzadə hesabat məruzəsi

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi xanım Bik Lum ilə görüşüb. Xanım Bik Lumu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. Qurumdan Dalidag.az -a bildirilib ki, qonağa Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində Azərbaycanın üzləşdiyi qaçqınlıq və

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən

Tarixin müxtəlif dönəmlərində xalqımıza qarşı törədilmiş faciələr heç vaxt unudulmayıb. Belə faciələrdən biri də 1918-ci ilin martında baş vermiş soyqırım hadisəsidir. Bu hadisənin təşkilatçıları Bakı Soveti və Daşnaksütyun partiyası olsa da onun icraçıları ermənilər olmuşdur. Novruz bayramı günlərində və ondan sonrakı ərəfədə Bakıda və respublikamızın digər bölgələrində azərbaycanlılara qarşı kütləvi hücumlar təşkil edən ermənilər günahsız insanları öldürməklə soyqırım təşkil etmişlər. Bu bir

Azərbaycanın Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin mayın 1-dən açılacağı iddia edilir. Dalidag.az bildirir ki, etibarlı mənbənin globalinfo.az-a verdiyi məlumata görə, mayın 1-dən etibarən bu iki ölkə ilə quru sərhədlərin açılması gözlənilir. Ekspertlər hesab edirlər ki, bu addım yay mövsümünün gəlməsi ilə əlaqədar atılır. Belə ki, yüksək qiymətə satılan aviabiletlər hər kəsə əlçatan olmadığı üçün belə bir qərarın verilməsi gözlənilir. Məlumatın hələ rəsmən təsdiqlənmədiyi qeyd edilisə

Həmyerlimiz, Əməkdar artist Babək Niftəliyevin “Range Rover” markalı avtomobilindən həyat yoldaşına məxsus əl çantası oğurlayan şəxs həbs edilib. Dalidag.az -ın məlumatına görə, müğənni həyat yoldaşı Sənubər Niftəliyeva ilə 23 may 2022-ci il tarixdə, saat 13:40-da Yasamal rayonu Ş.Qurbanov küçəsi 19 ünvanında yerləşən ticarət mərkəzinə alış-verişə gedib. O, avtomobilini mağazalardan birinin qarşısında saxlayıb. O, avtomobildən enərkən mühərriki söndürdüyünü və qapıların avtomatik şəkildə

Vuqledar istiqamətinə komandanlıq edən rusiyalı general-polkovnik Rüstəm Muradovun Ukraynadakı Rusiya qoşunlarının "Şərq” qrupunun komandanı vəzifəsindən uzaqlaşdırılıb. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya hərbi dairələrinə yaxın teleqram kanallar məlumat yayıb. Məlumat hələlik rəsmən təsdiqini tapmayıb. Xatırladaq ki, 50 yaşlı hərbçi 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri olub.

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 170 550-yə çatıb. Dalidag.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Son sutkada Rusiya Ukraynada 660 hərbçi itirib. Rusiya qoşunlarının müharibədəki başqa döyüş itkiləri 3 595 tank, 6 947 zirehli maşın, 2 631 operativ-taktiki PUA, 522 reaktiv yaylım atəşi sistemi, 2 577 artilleriya sistemi, 270 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 291 helikopter, 5 486 avtomobil və tanker, 282 xüsusi
Yazı axını