Azərbaycanda 4.5 maqnitudalı zəlzələ qeydə alınıb. Dalidag.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerlatı təkanlar 10 km dərinlikdə, yerli vaxtla 12:10-da qeydə alınıb. Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinin saytında yer alan məlumata görə, zəlzələ Laçın rayonunda baş verib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi keçmiş məcburi köçkünlərin iştirakı ilə fləşmob keçirib. Bərdə şəhərində çəkilişi aparılan fləşmobda doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlər Böyük Qayıdışla bağlı sloqanlar səsləndiriblər. Fləşmobla bağlı hazırlanmış videoçarx Dövlət Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılıb. Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük

44 günlük Vətən müharibəsi şəhidi tibb xidməti polkovnik-leytenantı Rasim Yaqub oğlu Abdullayevin bacıs dünyasını dəyişdi. Dalidag.az bildirir ki, bu barədə şair Daşqın Milli məlumat verib: "Şəhid Rasim Abdullayevin bacısı, Kəlbəcər rayon İsti su qəsəbə sakini (əslən Milli kəndindən) olan Əntiqə MirYaqub qızı vəfat edib. Arzuman kimi oğulun, Rasim kimi qardaşın itkisi və son bir neçə ay öncə həyat yoldaşını itirməsi Əntiqə xanımın faciəsinə səbəb oldu bəlkə də", D.Milli qeyd edib. Dalidag.az

Baş nazir Nikol Paşinyanın ötən gün parlamentdə verdiyi bəyanatlar Ermənistan Respublikasının buraxıldığını və Müstəqillik Bəyannaməsinin ləğvini elan etmək demək idi. Dalidag.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Past” qəzetinin məqaləsində qeyd olunub. Nəşr yazır ki, bəyannamənin rədd edilməsi açıq şəkildə Bakının tələbinin qəbul olunduğu mənasına gəlir: “Paşinyan son illərdə bəyannaməni dəfələrlə oxuduğunu və bu sənədin Ermənistanın mövcudluğunu şübhə altına aldığını dedi.

Bu gün 17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da (keçmiş Lenin meydanı - red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Çoxsaylı insan meydana toplaşaraq

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı müxalifətdən olan deputat Qeqam Manukyan cəld şəkildə Milli Assambleyanın yeməkxanasına enib, bir stəkan qatıq götürərək zala qayıdıb. Dalidag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Nəşr yazır ki, deputat Paşinyanın çıxışı zamanı onu izləyərək qatıq yeyib. Baş nazir bunu görüb, lakin heç bir reaksiya verməyib. Çıxış bitdikdən sonra Manukyan Paşinyanın sözlərindən zəhərlənməmək üçün qatıq yediyini deyib.

Vidadi Murtuzayev Hüquqşünas Noyabrın 13-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti davam edib. Sammitdə onlarla ölkənin dövlət və hökumət başçıları çıxış edib. Çıxışların əsas mövzusu iqlim təhlükələri, dünyada artan tempreturların 1,5 dərəcə aşağı salınması, quraqlığa qarşı mübarizə, karbon emissiyasının aşağı salınması və yoxsul ölkələrə kömək məqsədi maliyyə fondunun yaradılması olub. Sammitdə çıxış edən

Bakıda, daha doğrusu, ölkəmizdə keçirilən beynəlxalq tədbirin dəyəri və əhəmiyyəti çoxları üçün hələ də anlaşılmaz və qaranlıq olaraq qalır. Bu beynəlxalq tədbirə dünyanın, daha dəqiq ifadə etsək, Avropanın, yəni yer kürəsinin müxtəlif irqə mənsub insanlarını müstəmləkə şəraitində qul kimi “saxlayan” super güclər, o cümlədən Avropa və onun həmişə “frransız xalqı kef edir” yarğısı ilə tanınan Fransanın mövqeyi anlaşılmaz, yaxud, qəti yolverilməzdir. Ona görə də aydınlaşdırmaq lazımdır: COP29

Azərbaycan ictimaiyyətinə, Azərbaycan hüquq, məhkəmə, prokurorluq, mühafizə orqanlarına ağır itki üz verib. Dalidag.az xəbər verir ki, Bakı ağır cinayətlər üzrə məhkəmə hakimi Siyavuş Hacıyev qəflətən ürək tutmasından vəfat edib. Qeyd edək ki, S.Hacıyev əslən Kəlbəcərdəndir. O 1961-ci ildə anadan olub. Uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. Allah rəhmət

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtın əsas küçələrində və prospektlərində tətbiq edilən nəqliyyat məhdudiyyətləri səbəbindən sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportuna vaxtında və rahat çatmaq üçün alternativ marşrutlardan və ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur. Dalidag.az xəbər verir ki, bu barədə hava limanının açıqlamasında bildirilib. Məlumata görə, şəhər
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
11 / 10 / 2025