İşğaldan azad olunmuş bölgələrimizdə bərpa işləri davam etdirilir. Dalidag.az xəbər verir ki, bu çərçivədə Kəlbəcərə də elektrik enerjisinin verilməsi üçün işlər aparılır. Yenidənqurmada iştirak edən hər kəs üçün bu, adi iş olmadığındandır ki, zaman-zaman əməkdaşların sevinci kameraların yaddaşına köçür. Elə Kəlbəcərin işıqla təmin olunmasını rəqslə qeyd edən elektriklər kimi… Həmin görüntüləri təqdim edirik: Dalidag.az

Azərbaycan əhalisinin 1939-cu il göstəricilərinə nəzər salanda gözə respublikada 23 mindən çox almanın yaşaması barədə rəqəmlər dəyir. Təəccüblənməmək mümkün deyil. Çünki indi ölkədə nadir hallarda hər hansı almanın yaşaması haqda eşitmək mümkündür. Dalidag.az xəbər verir ki, almanların Azərbaycana böyük köçü 1817-1818-ci illərdə baş tutub. 500 nəfərdən ibarət 8 alman koloniyası general Aleksey Yermolovun göstərişi ilə bu torpaqlarda yerləşdirilib. Çar Rusiyası prosesə

Statistikaya əsasən, bayram günlərində yol nəqliyyat hadisələrinin sayı artır. Yorğun və ya içkili avtomobil idarə edənlər, yol hərəkəti qaydalarını kobud şəkildə pozanlar və məsuliyyətsiz piyadalar təəssüf ki, bu günlərdə daha çox qəzaların baş verməsinə səbəb olur. Elə buna görə də, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara xüsusilə bayram günlərində daha diqqətli olmalarını tövsiyə edir. Dalidag.az xəbər verir ki, Qurban bayramı ilə əlaqədər yol polisi hərəkət iştirakçılarına

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları xeyriyyə fondu ilə birlikdə Xocavənd rayonunun Cütçü kəndində yerləşdirilən ermənilərə yardım paylayıb. Dalidag.az xəbər verir ki, kənd sakinlərinə mətbəx və qida dəstləri paylanıb. “Ümumilikdə, xeyriyyəçi təşkilatları və fondlar vasitəsi ilə Rusiya sülhməramlıları, səhiyyə müəssisələri üçün qida və ehtiyac məhsulları, ixtisaslaşdırılmış tibbi avadanlıqlar və ilkin diaqnostika dəstləri ilə

Bu gün Göygöl rayonunda Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarına (DQ) məxsus “Ural” markalı avtomobil aşıb. Dalidag.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bununla bağlı apa-ya bildirib ki, hadisə rayonun Aşıqlı kəndində günorta saatlarında baş verib: “Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizə gələn Türkiyə Milliyyətçi Həkimlər Birliyinin nümayəndə heyəti ilə görüşüb. Komitədən Dalidag.az -a verilən məlumata görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı Ermənistanın işğalından azad etməsi nəticəsində yüz minlərlə həmvətənimizin yurd həsrətinə son qoyulduğu, böyük qayıdışa hazırlıq görüldüyü bildirilib, 44 günlük Vətən

Laçını tərk etmiş ermənilər İrəvanda aksiya keçirir. Dalidag.az "Azadlıq" radiosuna istinadla xəbər verir ki, onlar hökumətdən mənzil tələb edirlər. Aksiya iştirakçılarından biri bildirib ki, əmlaklarını, mal-qaralarını qoyub gəliblər. Dalidag.az

Zəngəzur dağ silsiləsindən onun qolları olaraq, Bərgüşad və Mehri silsilələri uzanır. Onların arasında isə Xustup-Qatar silsiləsi yer alıb. Dalidag.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Zəngəzuru coğrafi əsaslandırarkən deyib. O bildirib ki, 10 noyabr bəyanatının 9-cu bəndi və 11 yanvar tarixində imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır: "Geoloji baxımından Zəngəzur vahid bir dağ sistemidir və onun ümumi sahəsi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid media nümayəndələri Məhərrəm İbrahimov və Sirac Abışov təltif edilib. Dalidag.az-ın məlumatına görə, bununla bağlı Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb. Əmrə əsasən, İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Vətən müharibəsində iştirak edən 83 hərbçimiz Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Onlardan 34 nəfərinə bu ad ölümündən sonra verilib. Dalidag.az xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 2-si general-leytenant, 3-ü general-mayor, 10-u polkovnik, 1-i 1-ci dərəcəli kapitan, 13-ü polkovnik-leytenant, 18-i mayor, 13-ü kapitan, 6-sı baş leytenant, 6-sı baş gizir, 2-si gizir, 5-i kiçik gizir, 1-i kiçik miçman, 3-ü isə
Yazı axını