"Müharibə 7 aydır ki, başa çatıb, hələ də hərbçilər müharibə əlili statusu ala bilmirlər. Dövlətin aidiyyatı idarələri süründürməçiliklə məşğuldur". D alidag .az xəbər verir ki, bu barədə erməni blogger Xaçik Vardanyan özünün feysbuk səhifəsində yazıb. O, müharibədən sonra dövlətin əlillik təyin edən orqanlarının tamamilə iflic vəziyyətinə düşdüyünü bildirib: "Qaynar xəttə zəng edəndə çox vaxt xəttin işləmədiyini görürsən. Bəzi hallarda isə sənə çox kobud cavab verirlər. Müharibədə yaralanan

Rəsmi İrəvan Rusiyanın Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin nizamlanması ilə bağlı təkliflərini özü üçün məqbul hesab edir. Dalidag.az xəbər verir ki, "TASS"-ın məlumatına görə, bunu Ermənistanın baş nazirinin müavini vəzifəsini icra edən Mqer Qriqoryan deyib. "Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin nizamlanması ilə bağlı Rusiyanın təklifləri Ermənistan üçün məqbuldur. Ermənistan tərəfi mayın 19-u mövqeyini rusiyalı həmkarlarına yazılı şəkildə təqdim edib" - M.Qriqoryan

Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi internet saytında Azərbaycan Ordusunun xüsusi təyinatlılarının bu ölkənin İsparta bölgəsində keçirilən dağ-komando təlimlərində iştirakına dair fotoları yayıb. Dalidag.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin İsparta Terrorla mübarizə Tədris və Təlim Komandanlığında keçirilən dağ-komando təlimlərində iştirak edən qəhrəman Azərbaycan əsgərləri dağlıq ərazilərdə axtarış-zərərsizləşdirmə əməliyyatlarını məşq edirlər. Xatırladaq ki, bu günlərdə

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumatında bildirilir. Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur. 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. Xatırladaq ki, 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) –

Bu gün Qaradağ rayonunun Ümid qəsəbəsində məcburi köçkünlərin təşəbbüsü, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Respublika Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Ümid qəsəbəsində məcburi köçkünlər üçün salınmış müasir tipli yaşayış kompleksi Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət probleminin həllinə göstərdiyi diqqət və qayğının bariz təzahürüdür. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına

Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açlıqadı. Dalidag.az xəbər verir ki, aşağıdakı yumşaldılma tədbirlərinin görülməsinə qərar verilib. Bunlar aşağıdakılardır: - 31 maydan etibarən açıq havada maskasız gəzməyə icazə verilir; - 31 maydan metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir; - 31 maydan bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir;

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Dalidag.az xəbər verir ki, bunu tanınmış rusiyalı siyasətçi və ictimai xadim Maksim Şevçenko RTVI telekanalında Tina Kandelakiyə verdiyi müsahibəsində bildirib. Siyasətçi qeyd edib ki, Sovet İttifaqı nasist Almaniyasını məhz Bakı neftinin sayəsində məğlub etməyi bacarıb: “Buna cavab olaraq Rusiya açıq-aşkar Ermənistanı dəstəkləyərək Azərbaycana xəyanət etdi. Rusiya Sovet İttifaqının Bakının neft

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılma­sı, hərbi qulluqçuların maddi-texniki təminatı, sosial şəraitinin yaxşılaşdırılması üzrə təd­birlər davam etdirilir. Dalidag.az-ın xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, may ayının 24-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sər­hədində yeni

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ötən ildən bəri ölkəmizdə bir sıra fəaliyyət növləri ilə yanaşı əyləncə məkanları ilə bağlı da qadağalar qoyulmuşdu. Bu qadağalardan biri də bulvar ərazisində istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyəti ilə bağlı idi. Sonradan Dənizkənarı Milli Parkın ərazisinə girişə qoyulan məhdudiyyət aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğularının fəaliyyəti ilə bağlı qadağalar
Yazı axını