Reklam
Xankəndi Şəhər Prokurorluğu yaradılıb . Dalidag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Müntəzəm marşrutların açılmasına icazə verən qurumlar dəyişib. Dalidag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda edilən dəyişiklikdə əksini tapıb. Qərara əsasən, müntəzəm marşrutların açılmasına yalnız onların keçəcəyi yolların vəziyyəti, hərəkətin təhlükəsizliyinin, habelə bu marşrutlarda istismar ediləcək avtonəqliyyat vasitələrinin daşımalara yararlığının təmin olunması baxımından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
Ağdam rayonu ərazisində mina partladı. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib. Xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyder ilə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə
“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. Dalidag.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyi birgə məlumat yayıb. Belə ki, 27 aprel 2024-cü ildən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 26
Rusiya sülhməramlılarının Qarabağdan çıxmasından sonra erməni əhalinin buraya qayıdıb-qayıtmayacağı müzakirə mövzusudur. Bəzi ekspertlər bildirirlər ki, rus sülhməramlıları Qarabağdan çıxmaqla ermənilərin əraziyə qayıdış ehtimalını da özləri ilə “apardılar”. Maraqlıdır, ermənilərin Qarabağa qayıtması perspektivi birdəfəlik qapandımı? Dalidag.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Prezident İlham Əliyev Qarabağın erməni sakinlərinin
Polis əməkdaşlar Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb. Dalidag.az
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb. Dalidag.az -ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 33.5 km uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolunun hərəkət hissəsinin eni 9 metrdir. Torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan
"Bir qarabağlı olaraq çox sevinirəm ki, insanlarımız artıq Böyük Qayıdışa hazırlaşırlar. Laçına və kəndlərinə, Füzuli şəhərinə, Zəngilana köç edirlər və çox xoşbəxtdirlər. Mən də istərdim ki, doğulduğum Ağdamda fəaliyyətimi davam etdirim". Dalidag.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Xalq artisti Aygün Bayramova deyib. O öz sahəsində uğur qazanmış insanları birliyə çağıraraq, hamının əl-ələ verib Qarabağı cənnətə çevirəcəyinə əminliyini ifadə edib. Azərbaycan
Delimitasiya və demarkasiya hansı xəritələr əsasında aparılmalıdır? – Aİ-dən AÇIQLAMA
(16-04-2024, 16:21)
(16-04-2024, 16:21)
Ermənistan və Azərbaycan arasında demarkasiya və delimitasiya prosesində bizim üçün əsas hər iki ölkənin imzaladığı Almatı Bəyannaməsidir”. Dalidag.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyindən “Joxovurd” qəzetinin sualına cavab olaraq məlumat verilib. “Biz Tavuş ətrafında yaranmış vəziyyətlə bağlı mövqeyi ilə tanış olmaq üçün Aİ-nin Ermənistandakı nümayəndəliyinin ofisi ilə əlaqə saxladıq. Biz Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis
Ağdamda detonator partlayışı hadisəsi baş verib. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayışı hadisəsi baş verib. Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlu xidməti vəzifəsini yerinə yetirərkən aliminium gövdəli kiçik ölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xəsarət alan
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02