Həmişə ailəmizin 47 üzvündən və ya üzvü ilə danışmağa, bəzən hər ikisinə ehtiyac olur. Ölkələrlə dialoqa girmək təşkilatımızın baza prinsiplərindən biridir. Çətin anlarda, xüsusilə də Qarabağ və onun ətrafındakı böhran kimi hallarda ilk olaraq dialoq yaratmaq çox vacibdir. Münaqişənin həlli istiqamətində əlimizdən gələni etdik. Ötən ilin noyabrında imzalanan Qarabağda müharibənin dayandırılmasına dair sülh bəyanatını alqışlayırıq. Dalidag.az xəbər verir ki, bu fikirləri Avropa Şurasının Baş

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi müəyyən edilib. Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, 2 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə itkin düşən Kərimli Qalası Müslüm oğlunun şəhidlik zirvəsinə ucaldığı məlum olub. Məlumat üçün bildirək ki, şəhidimiz 2000-ci ildə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulub. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Kərimli Qalası Müslüm oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Dalidag.az

"Qanunsuz və təhlükəli fəaliyyət separatçıların özbaşına görəcəyi iş deyil". Burada Rusiya sülhməramlılarının havadarlığı, bəlkə də birbaşa rolu və təlimatı var. Separatçı ermənilər Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasına daxil yollarda "yeni nəzarət məntəqələri" yaratmaq niyyətinə düşüblər. Özünü "Qarabağ polis"inin rəisi kimi təqdim edən separatçı Artyom Arutyunyan Şuşa-Xankəndi magistral yolunda, həmçinin, Xankəndi-Şuşakənd nəzarət-keçid məntəqəsində olub. İddia edilib ki,

BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib. Dalidag.az xəbər verir ki, bunu cümə günü “Zvezda” telekanlının efirində nümayiş olunan filmdə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib. “Noyabrda bütün bunlar baş verən kimi biz BMT-nin minaəleyhinə mərkəzinə dedik ki, gəlin. Orada eninə və uzununa hər yer minalanıb. Axı insanlar oraya qayıda bilmir. Kimsə gəldi? Hələ ki, yox”, - deyə general qeyd edib./modern.az Dalidag.az

Azərbaycan rəhbərliyi və ictimaiyyəti 44 günlük İkinci Qarabağ müharibəsi zamanı tətbiq edilən və qalıqları Şuşa ətrafında tapılan “İsgəndər-M” raketlərinin (9М723) Ermənistana necə gedib çıxdığı barədə Rusiyadan izahat gözləyir. Prezident İlham Əliyev son günlər bu barədə iki dəfə publik bəyanatlar səsləndirib, ADA Universitetində keçirilən beynəlxalq konfransda deyib ki, məsələni aprelin 1-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaldırıb, izahat istəyib. Habelə

2020-ci il dekabrın 1-də işğaldan qurtulan Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa düşür. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir. Laçın dəhlizi adı almış yolun hansı kəndləri əhatə etdiyi rəsmən açıqlanmır. Dalidag.az xəbər verir ki, novator.az-ın əldə etdiyi bilgilərə görə, dəhlizdə Laçının altı kəndi yerləşir: Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux. Yəni Rusiya hərbçiləri hazırda Laçın

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağoyuq qəsəbəsindən videogörüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir.

On doqquz yaşlı Nurağa Tağıyev Vətən müharibəsinin 14-cü günü Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Dalidag.az AZƏRTAC-a istinadən bildirir ki, şəhid Nurağa Davud oğlu Tağıyev 2001-ci il aprelin 20-də Xaçmaz şəhərində dünyaya göz açıb. Ailənin sonbeşiyi, evin tək oğul övladı idi. Nurağa orta məktəbdə təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Cəsur əsgər Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Murovdağ istiqamətindəki döyüş mövqelərinin

Bu gün Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə-sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb. Dalidag.az -ın xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, bununla əlaqədar təşkil olunan mərasimdə DSX-nin rəisinin müavini, general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissə­nin fəaliyyətə başlaması mü­nasibətilə DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb. Çıxışda

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ildə Baş nazir Nikol Paşinyana Qarabağda torpaqları geri qaytarmağı təklif edib. "Sputnik Armenia"nın verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. "Birinci prezidentin 2018-ci ilin iyulunda mənimlə görüşündə dedikləri sirri açacağam. Sitat gətrirəm: "Torpaqlar artıq verməlisən". Nəyin qarşılığında? Niyə? Necə? Hər halda eks-prezidentin həmin gün formalaşmış təsəvvürü bu
Yazı axını