“Azərbaycan Zəngəzur və Göyçənin ardınca Tavuşa da daxil olacaq”
22-05-2021 14:44

Azərbaycan-Ermənistan sərhədlərində delimitasiya və demarkasiya proseslərinin hələ baş tutmadığını demək olar. Çünki qarşı tərəf buna maksimum mane olmağa çalışır. Əvvəlcə delimitasiya həyata keçirilməlidir. Ermənistan sovet dövrünün sərhəd xətləri ilə razılaşmadığından, ümumi işlərin ilk mərhələsini bitirmək olmur.
Dalidag.az xəbər verir ki, İrəvanın cığallığı sərhəddə gərginliyin artmasına xidmət edir. On günə yaxındır Qaragöl ətrafında qarşıdurmalar yaşanır. Məsələ hətta beynəlxalq müstəviyə çıxıb.Ermənistan mətbuatı Zəngəzurdan və Göyçədən həyəcanlı xəbərlər paylaşır. Xəbərlər arasında hətta Ermənistan hərbçilərinin döyülməsi də yer alır. Ermənistan cəmiyyəti ordunun acizliyinə görə çox qəzəblidir. Azərbaycan tərəfi xeyli təmkinli təsir bağışlayır. Çünki beynəlxalq hüquq sərhədlərin ölkələr müstəqillik əldə edəndə olduğu şəkildə müəyyənləşməsinin tərəfdarıdır. Bu o anlama gəlir ki, Zəngəzurda, Göyçədə səs-küy salmağın mənası yoxdur. Sərhədlər lazımi yerlərdən keçəcək.
Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyanın müşaviri Vladimir Poqosyan son müsahibəsində deyib ki, Zəngəzurda, Göyçədə baş verənlər Ermənistan üçün gözləniləndən də pis nəticələnə bilər. Onun iddiasına görə, Bakı bu mahalların ardınca diqqəti Tavuş vilayətinə yönəldəcək.
Söhbət Azərbaycanın tarixi torpaqlarından gedir. Bu yerlər vaxtilə Qazax qəzasının ərazisinə daxil olub. Tavuş vilayəti əsasən Qaraqoyunlu mahalının torpaqlarında formalaşdırılıb. Ərazi bir vaxtlar Tavus adlanıb. Burada yerləşən Tavus qalasını 3-cü əsrdə hunlar tikib. Ermənistanda ərazi vilayət kimi 1995-ci ildə rəsmiləşdirilib.
Poqosyan hakimiyyəti ittiham edib. Keçmiş müşavir Nikol Paşinyan və komandasını satqın hesab edir, onların rəsmi Bakıdan xeyli çəkindiyini düşünür. Poqosyanı narahat edir ki, Azərbaycan istədiyi əraziyə heç bir güllə atmadan daxil olur. O, Tavuş vilayətində də eyni hadisələrin yaşanacağını ehtimal edir.
Keçmiş müşavirin nə deməsindən asılı olmayaraq, məsələ qanunauyğun şəkildə həllini tapacaq. Azərbaycan hakimiyyəti rəsmi sənədlərə uyğun davranır. Tavuş vilayətində ələ keçirilən ərazilər varsa, həmin yerlər də bizə qaytarılacaq./bizimyol.info
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 22-05-2021 14:44
Baxış sayı: 4388Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















