Reklam
Ermənistanda seçki günü Ərdoğan Bakıya gələrsə...
25-05-2021 10:03

Ərdoğanın yaxın həftələrdə Azərbaycana səfəri gözlənilir.
Türkiyə Prezidentinin Ramazan bayramından sonra gələcəyi və Azərbaycan Prezidenti ilə Şuşaya gedəcəyi bəlli idi. Dəqiq tarix isə məlum deyil, güman ki, səfərə bir neçə gün qalmış açıqlanacaq.
Ərdoğan Bakıya 15-20 iyun tarixləri arasında da gələ bilər. Türkiyə milli komandası futbol üzrə Avropa çempionatında iki oyununu Bakıda keçirəcək: Türkiyə - Uels (16 iyun); Türkiyə - İsveçrə (20 iyun).
Ərdoğan Bakıda Əliyevlə birlikdə Türkiyə millisinin oyunlarını (ikisindən birini) stadiondan izləyə bilər.
Siyasi mesaj baxımından bunun 20 iyunda – Ermənistanda növbədənkənar parlament seçkiləri günündə olması ehtimalını irəli sürmək mümkündür. Ermənistanın gələcəyi, eləcə də regiondakı proseslərin inkişafı müəyyənləşən zaman Ərdoğanla Əliyevin futbol matçını seyr etməsi xüsusilə maraqlı olar...
Ərdoğan 15-20 iyun tarixləri arasında Azərbaycana səfər edərsə, Ermənistanda seçkilərin keçirildiyi gün Əliyevlə birlikdə Şuşaya da gedə bilər və bu, özündə xüsusi mesajları ehtiva edəcək./publika.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 25-05-2021 10:03
Baxış sayı: 3243Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























