Dərdi təxəllüsündən boylanan Şair! Bu gün Kəlbəcər ədəbi mühitinin poeeziyamıza bəxş etdiyi ünlü imzalardan biri olan Məhəbbət Kəlbəcərsizin doğum günüdü. Yurd həsrətli, torpaq nisgilli şairi təbrik edir, ona sağlıqlı uzun ömür, yeni yaradıcılıq uğurları və tezliklə Kəlbəcərə qovuşmağı arzu edirik. Dalidag.az Məhəbbət Kəlbəcərsizin şeirlərini təqdim edir: YAŞADIM Pislik yollarıma "xalı sərsə də", Aldanmadım, xeyir ömrü yaşadım ! Adiliklə yol yoldaşı olmadım, Sehir ömrü, mən sirr ömrü yaşadım !

Artıq çoxdan məlumdur ki, Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərində öz xidmətlərilə bir sıra yeni ədəbi-bədii istiqamət və meyillərin meydana gəlməsində geniş şöhrət qazanan görkəmli şəxsiyyət kimi Cəlil Məmmədquluzadənin (1869-1932) adı birinciliyə malikdir. Cəlil Məmmədquluzadə - Azərbaycan ictimai fikri və ədəbiyyat tarixində tənqidi realizmin banisi, mənzum, həm də alleqorik dramın müəllifi, tragikomediyanın qüdrətli yaradıcısı, yenitipli satiranın azmanı, azərbaycançılıq ideyasının

Könül, aşiqisən, dolan, yorulma, Hey başına, ayağına vətənin. Dalidag.az saz-söz sənətinin görkəmli nümayəndəsi ,ustad aşıq Dədə Şəmşirin şeirlərini təqdim edir: VƏDƏSİNDƏ Səni qarı gördüm, bağrım qan oldu- Mənim saqqalımın çal vədəsində. Qəlbimə dəydiyin yadıma düşdü, Çox dedim könlümü al vədəsində. Ov keçdi bərədən, uyquda yatdım, Ayıldım, xədəngi izinə atdım. Ha yüyürdüm; nə yetişdim, nə çatdım… Hər işin qaydına qal vədəsində. Qubarlandın əldə var olan vaxtı, Baxçanız bəzənib bar olan vaxtı…

Elmi fantastik roman janrının yaradıcılarından olan Jül Vern (Jules Gabriel Verne ) 1828-ci il fevral ayının 8-də Fransanın Nant şəhərində anadan olmuşdur. Fransız yazıçısı Jül Vern ədəbi fəaliyyətə 1849-cu ildən başlamışdır. Yazıçıya şöhrət qazandıran 1863-cü ildə yazdığı «Beş həftə hava şarında» romanı olmuşdur. Bunun ardınca Jül Vern çoxlu elmi–fantastik ictimai-satirik macəra, roman və povestləri yazmışdır. 1867-1868-ci illərdə «Kapitan Qrantın uşaqları», «80000 kilometr su altı ilə»,

Dramatik növün üç əsas janrı vardır: komediya, faciə, dram. Komediya- Komediya yunan sözü olub "şən yığıncaq", "şən tamaşa" deməkdir. Şərqdə bu janra "məzhəkə" də deyilir. Məzhəkə ərəbcə "gülməli soz" və ya "gülməli hərəkət" deməkdir. Həyat hadisələrini gülməli tərzdə əks etdirən pyes "komediya" və ya "məzhəkə" adlanır. Komediyada gülüşə yalnız əyləncə vasitəsi kimi baxmaq olmaz. Komediyada gülüş ictimai-əxlaqi məzmun daşıyır, müəllif bədii gülüşdən istifadə ctməklə cəmiyyətdə müşahidə etdiyi

Camal Sürəyya 1931-ci ildə Ərzincanda anadan olub. Əsl adı Cəmaləddin Seberdir. Dalidag.az Camal Sürəyyanın şeirlərini təqdim edir: 8.10 GƏMİSİ Səsində nə var, bilirsənmi? Mavi, ipək kimi qış çiçəyi, yəni, ən səfalı bağçanın ən səfalı yeri... Nə oldu, birdən siqaret çəkmək bəhanəsiylə göyərtəyə qalxdın? Səsində nə var, bilirsənmi? Yuxusuz adamın türkcəsi... Anladığım bu: işindən məmnun deyilsən, şəhər.... şəhər də xoşuna gəlməyib... Nə oldu, göyərtədə yanında dayanan adam əlindəki qəzeti

Yazıçı-publisist, Azərbaycan ədəbiyyatında faciə janrının banisi, maarifçi Nəcəf bəy Vəzirov haqqında 1854–cü il aprelin 2-də Azərbaycanın Şuşa şəhərində anadan olub. İlk təhsilini dini məktəbdə alıb. 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib realnı gimnaziyanın ikinci sinfinə daxil olur. Gimnaziyanın müəllimi böyük Azərbaycan alimi və maarifçisi Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. Məhz Zərdabinin məsləhəti ilə Nəcəf bəy təbiət

DƏLLƏK S adıq kişinin on yaşında oğlu Mәmmәdvәlinin gözlәri ağrıyırdı. Bir gün uşaq anasına dedi: “Axı, Kәrbәlayı Qasımın oğlu Әhmәdin dә gözlәri ağrıyırdı. Dünәn Әhmәdnәn arxın kәnarında oynuyurduq. Әhmәd burun qanadan otnan burnunu qanatdı. Elә burnundan bir az qan axan kimi, Әhmәdin gözlәri yaxşı oldu. “Bala, get sәn dә burnunu qanat!” -- anası Mәmmәdvәliyә dedi. Mәmmәdvәli getdi, otların içindәn haman tikanlı otu tapdı, sol әli ilә otu soxdu burnunun deşiklәrinә, sağ әli ilә yumruğunu

"Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər." Q orodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi: -A kişi, səni saqqalına nə şaşka yaraşır, nə də şapka. gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç! Kərbəlayi Zal cavab verərdi: -Arvad, sən hökümətin ləzzətini anlamırsan, Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də,

Ziyalı adamların işığı dünyanın o başından belə düşər Vətənin üstünə. Varlığıyla torpağa, yurda bağlı olan Famil Museyibov kimi. Təsadüfən eşitdiyim səsində, uzaqdan gördüyüm simasında, “salam”ında bir işıq, səmimiyyət, ruh adamlarına məxsus özəllik duydum. Demək ki, işıq varsa, şöləsi günəş şüası kmi hər tərəfə yayılır. Müsahibinin ürəyini isidir, könlünə xoşluq ərməğan edir. Uzaqların nisgilli səsini, qürbətin təklik ağrısını, həsrətin inləyən göynəyini şəkilləndirən misraları oxuyub
Yazı axını