Reklam
Nəcəf bəy Vəzirov- Azərbaycan ədəbiyyatında faciə janrının "atası"
05-10-2019 11:07
Yazıçı-publisist, Azərbaycan ədəbiyyatında faciə janrının banisi, maarifçi Nəcəf bəy Vəzirov haqqında
1854–cü il aprelin 2-də Azərbaycanın Şuşa şəhərində anadan olub. İlk təhsilini dini məktəbdə alıb.
1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib realnı gimnaziyanın ikinci sinfinə daxil olur. Gimnaziyanın müəllimi böyük Azərbaycan alimi və maarifçisi Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir.
Məhz Zərdabinin məsləhəti ilə Nəcəf bəy təbiət elmlərini dərindən öyrənir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış olur. Onda teatra maraq da bu zaman oyanır.
1874–cü ildə N. Vəzirov gimnaziyanı bitirib təhsilini davam etdirmək üçün Rusiyaya gedir. Moskva şəhərində Meşə və Təbiətşünaslıq Akademiyasının meşəçilik şöbəsinə daxil olur.
1878–ci ilin iyun ayında təhsilini başa vurur və təyinatla Qafqaza göndərilir. Yelizavetpol quberniyasının Tərtər nahiyəsinə üçüncü dərəcəli, daha sonra İrəvan quberniyasının Dilican nahiyəsinə ikinci dərəcəli meşəbəyi təyin olunur.
1895–ci ildə Nəcəf bəy Vəzirov Bakıya qayıdır. İmtahan verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışmağa başlayır. Bu illərdə "Yağışdan çıxdıq, yağmura düşdük", "Müsibəti–Fəxrəddin", "Pəhləvanı–zəmanə" kimi klassik əsərlərini yazır.
1903–cü ildə Bakı dumasına katib seçilir. Az sonra şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılmasında yaxından iştirak edir.
Nəcəf bəy Bakıda nəşr olunan "Həyat", "İrşad", "Təzə həyat", "Açıq söz" və digər qəzetlərdə "Dərviş" imzası ilə felyetonlar yazır. Eyni zamanda dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.
1920-ci il aprel istilasından sonra Nəcəf bəy Vəzirov Bakıda Kənd Təsərrüfatı texnikumunda müəllim işləyir.
1926–cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün Şamaxıya – Çuxuryurda gedir və iyul ayının 9–da orada ürək tutmasından vəfat edir. Yazıçının cənazəsi Bakıya gətirilir və iyulun 12–də Fəxri xiyabanda dəfn edilir.
Dalidag.az

Kateqoriya: Poeziya-nəsr
Tarix: 05-10-2019 11:07
Baxış sayı: 3827
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
05 / 11 / 2024
Ən çox oxunanlar
15-11-2024 10:41
21-11-2024 15:23