Reklam
Məhəbbət Kəlbəcərsiz: "Gecələri kor qələmlə gor qazdım, misra ömrü, şeir ömrü yaşadım!"
07-10-2019 13:36
Dərdi təxəllüsündən boylanan Şair! Bu gün Kəlbəcər ədəbi mühitinin poeeziyamıza bəxş etdiyi ünlü imzalardan biri olan Məhəbbət Kəlbəcərsizin doğum günüdü. Yurd həsrətli, torpaq nisgilli şairi təbrik edir, ona sağlıqlı uzun ömür, yeni yaradıcılıq uğurları və tezliklə Kəlbəcərə qovuşmağı arzu edirik.
Dalidag.az Məhəbbət Kəlbəcərsizin şeirlərini təqdim edir:
YAŞADIM
Pislik yollarıma "xalı sərsə də",
Aldanmadım, xeyir ömrü yaşadım !
Adiliklə yol yoldaşı olmadım,
Sehir ömrü, mən sirr ömrü yaşadım !
Göz yaşımla qaranlıqda nur qazdım,
Nahaq dinib, nə bir haqqa yer qazdım.
Gecələri kor qələmlə gor qazdım,
Misra ömrü, şeir ömrü yaşadım !
Axıb ürəklərə dolmasam da mən,
Çöküb yaddaşlara qalmasam da mən.
Qüdrətli bir şair olmasam da mən,
Məhəbbət, bir şair ömrü yaşadım !
***
Salam, a qırx yaşım, bu xəzan çağı,
Deyəsən əlləri boş gəlmisən sən.
Ötən günlərimə gecikən bahar,
Gələn günlərimə qış gəlmisən sən.
Qırx igid yığışa çıxara bilməz,
Qırx arşın quyuya atılan daşam.
Nə ağ qoç görünür nə simurq quşu
Qırx ildi ki, bu zülmətə yoldaşam.
Qırx göz imarətin önündə durdum,
Qırxbaşlı əjdaha gördüm sərxoşdu.
Otuz doqquzuna baxmadan kecdim,
Qırxıncı qapını açdım ki, boşdu.
Bir nağıl danışdı zaman qırx ilə,
Oğrandı gəncliyim bilmədim necə!
O qız gəlsə qırx incəbel içində,
Bir toy vurdurardım qırx gün qırx gecə.
Közərdimi qırx kəlməmdən bircəsi,
İsinən oldumu deynən oduma.
Durdum ki təzədən qələm götürüm,
“Qırxında saz alan...” düşdü yadıma.
Salam, a qırx yaşım, gəl əyləş görək,
Görürəm gözündə yaş gəlmisən sən.
Göylərin qırxıncı qatından düşüb,
“Qırxlar” məclisinə xoş gəlmisən sən.
YOXDUR
Niyə xəyalımdan çıxıb getmirsən,
Sənə qovuşmağa yolum ki yoxdu.
Oyatsam dərdimi oyadaram mən,
Səni oyatmağa halım ki yoxdur.
Eşqimin sellərdən sorağı gəlir,
Ayrılığın kimi bir yağı gəlir.
Üzümə baxanın yazığı gəlir,
Möhnətindən ağır zülüm ki yoxdur.
Gözdən qoymur bağladığm yas məni,
Üzdü vüsalın tək bir “əfsus” məni.
Asırsansa öz zülfündən as məni,
Onsuz da sənin tək zalım ki yoxdur.
Məhəbbət, gün deyil, san gəzdirirəm,
Eşqin tək beynimdə qan gəzdirirəm.
Yaşamaq deyil bu, can gəzdirirəm,
Əlindən biryolluq ölüm ki yoxdur.
SİNƏMDƏ
Xaraba küncündə qalan bir eşqin,
Külü başımdadı, odu sinəmdə.
Çəkildi yerbə-yer, yazıldı bir-bir,
Əksi gözümdədi, adı sinəmdə.
Ha daş qoy bir gözə, yenə dərd əyər,
Dəyən güllə sənə özündən dəyər.
Eşidən nə duyar, görən nə deyər,
Hara aparırsan “yadı” sinəmdə?!
İlk eşqin sinəmdə çağı əridi,
Düzü paralandı, dağı əridi.
Məhəbbət, qovruldu, yağı əridi,
Çalxanan ürək yox, sudu sinəmdə.
DEYƏYDİN
Qəlbindəki bu mətləbi, ay zalım,
Qəlbim sınıb ovulmamış dedyəydin.
Ürəyimdə dustaq qalan diləyim,
Gözlərimdə qovrulmamış deyəydin.
Pıçıldayıb xatirələr dinməmiş,
Körpə eşqim inadından dönməmiş.
Göy üzündə bəxt ulduzum sönməmiş,
Külüm göyə sovrulmamış deyəydin.
Hicran yeli arzuları yolmamış,
Sevincimiz daş altına dolmamış.
Zülfün ucu ürəyimi çalmamış,
İlan kimi qıvrılmamış deyəydin.
Bülbül kimi güldə ötən Məhəbbət,
Kol dibində tənha bitən Məhəbbət,
Nəzərindən düşüb itən Məhəbbət,
Gözlərindən qovulmamış deyəydin.
OLMADI
Bir gün görməmişəm o gündən özgə,
Nə din tanımıram bu dindən özgə.
Sevən bir aşiqi nə səndən özgə,
Heç vaxt diri-diri soyan olmadı,
“Səndən mənə gün ağlıyan olmadı”!
Ürəyim adında—gül açdım sənə,
Sürünüb ilan tək dil açdım sənə.
Diz çöküb qarşında əl açdım sənə,
Bir dilənçi kimi sayan olmadı,
“Səndən mənə gün ağlıyan olmadı”!
Daşıya bilmirəm bu günahını,
Yuya biləcəkmi su günahını?
Dedim—gözyaşınla yu günahını,
Baxıb—günahını yuyan olmadı,
“Səndən mənə gün ağlıyan olmadı!
Qalmadı yaddaşda itən sevənlər,
Düşdü nəzərimdən ötən sevənlər.
Kiçildi gözümdə bütün sevənlər,
Heyif—bu sevgini duyan olmadı,
“Səndən mənə gün ağlıyan olmadı”!
Bağlanma zülfünə hər sevdasızın,
Boş qalıb qoyduğu yer—sevdasızın.
Düşüb sevdasına bir sevdasızın,
Hələ mənim kimi uyan olmadı,
“Səndən mənə gün ağlıyan olmadı”!
ÇƏKİRƏM
Yolsuz, izsiz bir ürəyə,
Bir ömürdü “yol çəkirəm”!
Uçub dərddən, dərdə qonub,
Həsrətimdən “bal çəkirəm”!
Ay ilqarsız, gözdən salıb,
Şahmar zülfün yaman çalıb.
Gözlərindən bir rəng alıb,
Sinəm üstə “xal çəkirəm”!
Məhəbbətin dildə salı,
Bitən deyil qeyli-qalı.
Yuxu gördüm... düşüb şalı,
Çiyni üstə şal çəkirə !
DÜŞÜB
Bu dəli sevgi mənə,
Bəlkə də haxdan düşüb.
Bu həsrət bizə, yoxsa,
Taledən, baxdan düşüb?!
Sinəmə az şırım çək,
Şumlamısan, barı ək.
Nisgilim, baxışın tək,
Atılan “oxdan” düşüb.
Sınıb ürək çatından,
Keçib yeddi qatından.
Yıxılıb eşq atından,
Məhəbbət taxtdan düşüb.
İNANDI
Payınızdan incimişəm,
Bağçanızda bar inandı.
Küsdürübdü yaman məni,
Qoynundakı "nar" inandı
Hər baxışın dağdı--dedim,
Əl-qoluma bağdı--dedim.
Qar sinəndən ağdı--dedim,
"Yalanıma" qar inandı.
Məhəbbətin sənsən dini,
Qəm yığmışam “sini-sini”.
Unutmuşam dedim—səni,
Bu "ağılsız" yar inandı.
VAXTI
Adımı da tutmadın heç,
Gözüm səni "tutan vaxtı"!
Yalvardım yola yatmadın,
Ürəyimə yatan vaxtı !
Nə--gözümdə “çaya” çatdın,
Nə dilimdə, haya çatdın.
Nə--"tutulan toya" çatdın.
Əlim ələ çatan vaxtı !
Gözdən gilə yaş atmadın,
--Atdın, yoxsa, tuş atmadın?!
"Pəncərədən daş..." atmadın,
Məhəbbəti atan vaxtı !
GEDİR
Dağlar, sizdən ötürü,
Doğranır, içim gedir.
Biçin vaxtı gəldimi,
İçimdə biçin gedir.
Kül olmadım odunda,
Çətin qalam yadında.
Quşların qanadında,
Dağlara “köçüm” gedir.
Ürəyi saf şüşəyə,
Həsrəti sıx meşəyə,
Hər bahar bənövşəyə
Gecələr “elçim” gedir.
Dönəm göydən ötənə,
Ötüb gözdən itənə.
Buluda bax, vətənə-
Nə əlçim-əlçim gedir.
Zamanla davam qaldı,
Çatışmır, havam qaldı.
Perikdim yuvam qaldı.
Heç oldum, heçim gedir.
Məhəbbət Kəlbəcərsiz
Dalidag.az
Dalidag.az Məhəbbət Kəlbəcərsizin şeirlərini təqdim edir:
YAŞADIM
Pislik yollarıma "xalı sərsə də",
Aldanmadım, xeyir ömrü yaşadım !
Adiliklə yol yoldaşı olmadım,
Sehir ömrü, mən sirr ömrü yaşadım !
Göz yaşımla qaranlıqda nur qazdım,
Nahaq dinib, nə bir haqqa yer qazdım.
Gecələri kor qələmlə gor qazdım,
Misra ömrü, şeir ömrü yaşadım !
Axıb ürəklərə dolmasam da mən,
Çöküb yaddaşlara qalmasam da mən.
Qüdrətli bir şair olmasam da mən,
Məhəbbət, bir şair ömrü yaşadım !
***
Salam, a qırx yaşım, bu xəzan çağı,
Deyəsən əlləri boş gəlmisən sən.
Ötən günlərimə gecikən bahar,
Gələn günlərimə qış gəlmisən sən.
Qırx igid yığışa çıxara bilməz,
Qırx arşın quyuya atılan daşam.
Nə ağ qoç görünür nə simurq quşu
Qırx ildi ki, bu zülmətə yoldaşam.
Qırx göz imarətin önündə durdum,
Qırxbaşlı əjdaha gördüm sərxoşdu.
Otuz doqquzuna baxmadan kecdim,
Qırxıncı qapını açdım ki, boşdu.
Bir nağıl danışdı zaman qırx ilə,
Oğrandı gəncliyim bilmədim necə!
O qız gəlsə qırx incəbel içində,
Bir toy vurdurardım qırx gün qırx gecə.
Közərdimi qırx kəlməmdən bircəsi,
İsinən oldumu deynən oduma.
Durdum ki təzədən qələm götürüm,
“Qırxında saz alan...” düşdü yadıma.
Salam, a qırx yaşım, gəl əyləş görək,
Görürəm gözündə yaş gəlmisən sən.
Göylərin qırxıncı qatından düşüb,
“Qırxlar” məclisinə xoş gəlmisən sən.
YOXDUR
Niyə xəyalımdan çıxıb getmirsən,
Sənə qovuşmağa yolum ki yoxdu.
Oyatsam dərdimi oyadaram mən,
Səni oyatmağa halım ki yoxdur.
Eşqimin sellərdən sorağı gəlir,
Ayrılığın kimi bir yağı gəlir.
Üzümə baxanın yazığı gəlir,
Möhnətindən ağır zülüm ki yoxdur.
Gözdən qoymur bağladığm yas məni,
Üzdü vüsalın tək bir “əfsus” məni.
Asırsansa öz zülfündən as məni,
Onsuz da sənin tək zalım ki yoxdur.
Məhəbbət, gün deyil, san gəzdirirəm,
Eşqin tək beynimdə qan gəzdirirəm.
Yaşamaq deyil bu, can gəzdirirəm,
Əlindən biryolluq ölüm ki yoxdur.
SİNƏMDƏ
Xaraba küncündə qalan bir eşqin,
Külü başımdadı, odu sinəmdə.
Çəkildi yerbə-yer, yazıldı bir-bir,
Əksi gözümdədi, adı sinəmdə.
Ha daş qoy bir gözə, yenə dərd əyər,
Dəyən güllə sənə özündən dəyər.
Eşidən nə duyar, görən nə deyər,
Hara aparırsan “yadı” sinəmdə?!
İlk eşqin sinəmdə çağı əridi,
Düzü paralandı, dağı əridi.
Məhəbbət, qovruldu, yağı əridi,
Çalxanan ürək yox, sudu sinəmdə.
DEYƏYDİN
Qəlbindəki bu mətləbi, ay zalım,
Qəlbim sınıb ovulmamış dedyəydin.
Ürəyimdə dustaq qalan diləyim,
Gözlərimdə qovrulmamış deyəydin.
Pıçıldayıb xatirələr dinməmiş,
Körpə eşqim inadından dönməmiş.
Göy üzündə bəxt ulduzum sönməmiş,
Külüm göyə sovrulmamış deyəydin.
Hicran yeli arzuları yolmamış,
Sevincimiz daş altına dolmamış.
Zülfün ucu ürəyimi çalmamış,
İlan kimi qıvrılmamış deyəydin.
Bülbül kimi güldə ötən Məhəbbət,
Kol dibində tənha bitən Məhəbbət,
Nəzərindən düşüb itən Məhəbbət,
Gözlərindən qovulmamış deyəydin.
OLMADI
Bir gün görməmişəm o gündən özgə,
Nə din tanımıram bu dindən özgə.
Sevən bir aşiqi nə səndən özgə,
Heç vaxt diri-diri soyan olmadı,
“Səndən mənə gün ağlıyan olmadı”!
Ürəyim adında—gül açdım sənə,
Sürünüb ilan tək dil açdım sənə.
Diz çöküb qarşında əl açdım sənə,
Bir dilənçi kimi sayan olmadı,
“Səndən mənə gün ağlıyan olmadı”!
Daşıya bilmirəm bu günahını,
Yuya biləcəkmi su günahını?
Dedim—gözyaşınla yu günahını,
Baxıb—günahını yuyan olmadı,
“Səndən mənə gün ağlıyan olmadı!
Qalmadı yaddaşda itən sevənlər,
Düşdü nəzərimdən ötən sevənlər.
Kiçildi gözümdə bütün sevənlər,
Heyif—bu sevgini duyan olmadı,
“Səndən mənə gün ağlıyan olmadı”!
Bağlanma zülfünə hər sevdasızın,
Boş qalıb qoyduğu yer—sevdasızın.
Düşüb sevdasına bir sevdasızın,
Hələ mənim kimi uyan olmadı,
“Səndən mənə gün ağlıyan olmadı”!
ÇƏKİRƏM
Yolsuz, izsiz bir ürəyə,
Bir ömürdü “yol çəkirəm”!
Uçub dərddən, dərdə qonub,
Həsrətimdən “bal çəkirəm”!
Ay ilqarsız, gözdən salıb,
Şahmar zülfün yaman çalıb.
Gözlərindən bir rəng alıb,
Sinəm üstə “xal çəkirəm”!
Məhəbbətin dildə salı,
Bitən deyil qeyli-qalı.
Yuxu gördüm... düşüb şalı,
Çiyni üstə şal çəkirə !
DÜŞÜB
Bu dəli sevgi mənə,
Bəlkə də haxdan düşüb.
Bu həsrət bizə, yoxsa,
Taledən, baxdan düşüb?!
Sinəmə az şırım çək,
Şumlamısan, barı ək.
Nisgilim, baxışın tək,
Atılan “oxdan” düşüb.
Sınıb ürək çatından,
Keçib yeddi qatından.
Yıxılıb eşq atından,
Məhəbbət taxtdan düşüb.
İNANDI
Payınızdan incimişəm,
Bağçanızda bar inandı.
Küsdürübdü yaman məni,
Qoynundakı "nar" inandı
Hər baxışın dağdı--dedim,
Əl-qoluma bağdı--dedim.
Qar sinəndən ağdı--dedim,
"Yalanıma" qar inandı.
Məhəbbətin sənsən dini,
Qəm yığmışam “sini-sini”.
Unutmuşam dedim—səni,
Bu "ağılsız" yar inandı.
VAXTI
Adımı da tutmadın heç,
Gözüm səni "tutan vaxtı"!
Yalvardım yola yatmadın,
Ürəyimə yatan vaxtı !
Nə--gözümdə “çaya” çatdın,
Nə dilimdə, haya çatdın.
Nə--"tutulan toya" çatdın.
Əlim ələ çatan vaxtı !
Gözdən gilə yaş atmadın,
--Atdın, yoxsa, tuş atmadın?!
"Pəncərədən daş..." atmadın,
Məhəbbəti atan vaxtı !
GEDİR
Dağlar, sizdən ötürü,
Doğranır, içim gedir.
Biçin vaxtı gəldimi,
İçimdə biçin gedir.
Kül olmadım odunda,
Çətin qalam yadında.
Quşların qanadında,
Dağlara “köçüm” gedir.
Ürəyi saf şüşəyə,
Həsrəti sıx meşəyə,
Hər bahar bənövşəyə
Gecələr “elçim” gedir.
Dönəm göydən ötənə,
Ötüb gözdən itənə.
Buluda bax, vətənə-
Nə əlçim-əlçim gedir.
Zamanla davam qaldı,
Çatışmır, havam qaldı.
Perikdim yuvam qaldı.
Heç oldum, heçim gedir.
Məhəbbət Kəlbəcərsiz
Dalidag.az
Kateqoriya: Manşet / Karusel / Poeziya-nəsr
Tarix: 07-10-2019 13:36
Baxış sayı: 21 131
Yazı axını
04 / 12 / 2024
03 / 12 / 2024
02 / 12 / 2024
02 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
28 / 11 / 2024
27 / 11 / 2024
25 / 11 / 2024
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
Ən çox oxunanlar