Laçında “Hocazfilm” studiyası fəaliyyətə başlayır. Dalidag.az xəbər verir ki, bu barədə aktyor Azər Aydəmir Baku TV-yə açıqlamasımda məlumat verib. Laçın səfəri ilə bağlı təəssüratını bölüşən aktyor qeyd edib: “Laçın artıq kino çəkilişləri üçün ən ideal və əlverişli məkana çevrilməkdədir. Laçının təbiəti rejissorlara orada istənilən janrda filmlər, verilişlər çəkməyə şərait yaradır”. Studiyanın tanıtım videoçarxında çəkilmək üçün Laçına səfər etdiyini vurğulayan aktyorun sözlərinə görə,

İranın Bakıdakı Mədəniyyət Mərkəzinin fəaliyyəti dayandırılıb. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, Mədəniyyət Mərkəzinin rəhbəri iki ölkə arasında yaşanan son gərginlik səbəbindən Azərbaycan Respublikasından qovulub.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəhmən Vətənoğlunun yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib. YAP Kəlbəcər rayon təşkilatının, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə mədəniyyət nümayəndəliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər rayon Mədəniyyət sarayında baş tutan ədəbi-bədii gecədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, “Aşıq

2022-ci il artıq tarixə dönmək ərəfəsində. Yola salacağımız il bir çox əlamətdar hadisələrlə yadda qaldı. Şanlı qələbəmizin 2 ili beləcə tamam oldu. İlin son günlərində C.Naxçıvanski adına hərbi liseydə “Zəfər Tarixinin Qəhrəmanları” layihəsinin rəhbəri Səhər Manafovanın “Qax Şəhidləri” kitabının təqdimatı oldu. Kitabın təqdimatının tədris müəssisəsində baş tutması təsadüfi deyildi. Belə ki, şanlı Vətən müharibəsində şəhid olan qəhrəmanların əksəriyyəti məhz C. Naxçıvanski adına hərbi liseyin

Şəki Xan məscidi kompleksində bərpa işləri çərçivəsində aparılan qazıntılar zamanı tapılan qəbrin Şəki xanına məxsus olduğu təsdiqlənib. Dalidag.az -ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondunun dəstəyi ilə Avstriya, Böyük Britaniya, Estoniya və Türkiyədə aparılan tədqiqatlar və genetik analizlərin nəticələri, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi rəyi deməyə əsas verir. Belə ki, 2021-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu Şəki Xan məscidi

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib. Dalidag.az xəbər verir ki, bu barədə məsələyə Akademiyanın ümumi yığıncağında baxılıb. AMEA-nın prezidentliyinə akademik İsa Həbibbəylinin namizədliyi təsdiqlənib. Namizədlik təsdiqləndikdən sonra alimlərin çıxışı başlayıb. Çıxışlardan sonra yeni prezidentin seçilməsi üçün gizli səsvermə olub. Səsvermənin nəticəsi olaraq İsa Həbibbəyli akademiyanın yeni prezidenti seçilib.

Bu gün Azərbaycanın görkəmli opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin anım günüdür. Dalidag.az xəbər verir ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik

Bu gün Fransanın Tuluza şəhərində Azərbaycanda toxunmuş, 150 ildən çox yaşı olan xalça nümayiş olunacaq. Bu barədə Fransa mətbuatı xəbər verir. Məlumata görə, onu 20 ildir kilim xalçaları toxumaqla məşhur olan həvəskar Loran Konsul nümayiş etdirəcək. “Mənim kilim xalçasına həvəsim gənclik illərində Türkiyəyə ilk səfərim zamanı başlayıb. Sonra tədricən xalçalarla maraqlanmağa başladım. Əvvəlcə ucuz hissələri almaq və sonra isə seçimi təkmilləşdirməklə..”, - o deyib. Qeyd edilir ki, onun kiçik

Tanınmış şair-publisist, YAP və AYB üzvü Yafəs Türksəs uzun müddətdən bəri əziyyət çəkdiyi ağır xəstəlikdən sonra dünən axşam dünyasını dəyişib. Dalidag.az xəbər verir ki, bu barədə Əsəd Cahangir məlumat yayıb. Mərhum bu gün günorta saat 12-də Müşfiqabad qəbristanlığında dəfn ediləcək. Allah rəhmət eləsin!

Belə forumlar bizə fürsət yaradır ki, azad olunmuş ərazilərimizlə bağlı planlarımız haqqında fikir mübadiləsi aparılsın. Dalidag.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib. "Mədəniyyət Nazirliyinin işçiləri azad olunmuş ərazilərimizdə monitorinqlər aparır. Əsas işimiz tarixi abidələrin aşkarlanması və onların dağıdılma vəziyyətini təyin edib təsnifatlaşdırmaqdır. Bundan sonra abidələrin vəziyyətinə uyğun olaraq bərpası
Yazı axını