Reklam

Kəlbəcərin işğaldan azad olunmasının birinci ildönümünə həsr edilmiş sərgi təşkil olunub -ŞƏKİLLƏR
(27-11-2021, 11:21)
(27-11-2021, 11:21)

MM Mədəniyyət Komitəsinin dəstəyi ilə Kəlbəcərin işğaldan azad olunmasının birinci ildönümü nə həsr edilmiş "Qarabağa ithaf" adlı bədii sərgi təşkil olunub. Dalidag.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin, Rəssamlar İttifaqının, “NƏFƏS” İB, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin təşkilatçılığı ilə yeni nəsil rəssamı, dekorativ tətbiqi sənət ustası Aygün Nağıyevanın "Qarabağa ithaf" adlı bədii sərgisi maraqla qarşılanıb.
Cavid Qurbanov: "Əziz kəlbəcərlilər, bu tarixi Zəfər yurda, Kəlbəcərə dönüş idi..."
(26-11-2021, 16:16)
(26-11-2021, 16:16)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov kəlbəcərlilərə müraciət edib. Dalidag.az -ın məlumatına görə, müraciətdə deyilir: "Əziz kəlbəcərlilər, bacılarım, qardaşlarım. Bu gün xalqımız Zəfər gününü - Kəlbəcər rayonunun işğaldan azad edilməsinin ildönümünü qeyd edir. Bu şanlı qələbəmiz münasibətilə hər birinizi bağrıma basıram. Bu qələbə sevincini bizə yaşadan möhtərəm cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə sonsuz ehtiramımızı və

Kəlbəcər həsrəti ilə dünyadan köçənlərin sırasına bir ana da qoşuldu. Dalidag.az xəbər verir ki, saz-söz sənətinin azman nümayəndəsi, Miskin Abdal, Ağdabanlı şair Qurban nəslinin davamçısı, Kəlbəcərdə aşıq yaradıcılığı ənənəsinin sütunu sayılan Dədə Şəmşir ocağına ağır itki üz verib. Belə ki, bu gün Dədə Şəmşirin qızı Şükufə Şəmşir qızı vəfat edib. Məlumata görə, mərhumə Göygöl rayonunda torpağa tapşırılıb. Allah rəhmət eləsin! Dalidag.az

Kəlbəcər rayonunun işğaldan azad olunmasının birinci ildönümü ilə əlaqədar bir sıra əməkdaşlar fəxri fərman və təşəkkürnamələr ilə təltif edilib. Dalidag.az -ın xəbərinə görə, 25 noyabr 2021-ci il tarixdə Kəlbəcər rayonunun işğaldan azad olunmasının birinci ildönümü ilə əlaqədar Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatları zamanı və sonrakı dövrlərdə RİH tərəfindən təşkil edilmiş

Kəlbəcər - ulu olduğu qədər də müqəddəs məkan... Kəlbəcər - tarixin o üzündən bu günümüzəcən yol gələn əcdadlarımızın daş kitabəsi... Kəlbəcər - daşında, qayasında varlığımızı yaşadan ən qiymətli nişanə... Kəlbəcər – qılınc-qalxanlı əcdadlarımızın harayı, hayqırtısı hopan, dəlisov atların kişnərtisinin əks-sədası duyulan ən dəyərli miras... Kəlbəcər - qartalların qıyıyla ayaq tutub yeriyən, qurd ulartısında ninnisi çalınan azman oğulların əmanəti... Kəlbəcər – abidələri, qəsr-qalaları,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirir. Dalidag.az xəbər verir ki, "Azərsu" ASC-dən verilən məlumata görə, işğaldan azad olunmuş Kəlbəcər rayonunda Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

Bu gün Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür. Dalidag.az xəbər verir ki, 10 Noyabr bəyanatına əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək

A ğbirçəklərimiz: ipək nənələrimiz Ötən əsrin sovetlər dövründə yaşayan analarımız bir çox sahələrdə kişilərlə yanaşı, çiyin-çiyinə çalışıb, hətta onlardan da ağır əl əməyi ilə dolanmağa məcbur olublar. II Dünya müharibəsinin aclıq və səfalətlə dolu dəhşətli illəri onları çox ağır sınağa çəkdi. Lakin həyat eşqi, övladlarının xoş gələcəyi naminə onlar nişan üzüyünü belə ön cəbhəyə kömək etmək üçün əsirgəməyiblər. Belə ağbirçəklərimiz artıq barmaqla sayılır. O dövrlərdə ağır və dözülməz şəraitdə

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbiçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. "Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir" - deyə, nazirlik qeyd edir.

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Yellicə kəndinin videogörüntülərini yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:
Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
