Ermənistan tərəfi bir neçə gündür ki, Azərbaycan Ordusunun Kəlbəcər rayonunda yerləşən mövqelərini istensiv atəşə tutur.
Müdafiə Nazirliyinin yaydığı sonuncu məlumata görə, mayın 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimizin cavab tədbirləri ilə qarşı tərəf susdurulub.
Bundan öncə də Kəlbəcər dəfələrlə düşmənin təxribatlarına məruz qalıb. Erməni silahlıları niyə məhz bu rayonu hədəf alır? Azərbaycan və Ermənistan arasında sülh sazişinə hazırlığın getdiyi bir məqamda sərhəddə törədilən təxribatlar nədən xəbər verir?
Bu barədə Modern.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Kəlbəcər istiqamətində təxribatlar həm Ermənistan, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdəki erməni separatçıları tərəfindən həyata keçirilir:
"Hər iki tərəfdən həyata keçirilən bu təxribatlar, əlbəttə, sülh prosesinə zidd addımdır. Ancaq Ermənistan tərəfindən dövlət sərhədindən edilən hücumlar eyni zamanda sərhədlərin delimitasiyası məsələsinə görə atılmış addım kimi qiymətləndirilməlidir".
Asif Nərimanlının fikrincə, Ermənistanın Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Zod qızıl mədəninə qədər olan ərazidə iddiaları var:
"Məlumdur ki, Azərbaycan cənubda, Araz çayından başlayaraq, xüsusən Laçına qədər olan ərazilərdəki sərhədlərin təminini həll edib. Ancaq Ermənistan tərəfindən verilən açıqlamalardan belə anlaşılır ki, Gorusun Xəznəvar kəndindən Kəlbəcərin Zod qızıl mədəninə qədər olan ərazidə müəyyən problemlər var. Bununla bağlı Azərbaycan hökumətinə Ermənistan tərəfindən rəsmi məlumat verilməyib. Sadəcə olaraq biz Nikol Paşinyanın açıqlamalarına istinad edərək, bu nəticəyə gəlirik. Ermənistanın və baş nazir Paşinyanın əvvəldən əsl istəyi Kəlbəcər istiqamətinə sülhməramlı yerləşdirilməsdir. Bu da onu göstərir ki, məhz həmin ərazilərdə ermənilərin iddiaları var".
Siyasi şərhçi qeyd edib ki, Ermənistan tərəfi "güzgü prinsipini" irəli sürür: Reklam
“Kəlbəcəri vurun” əmrini kim verib? – Bu, təkcə separatçıların işi deyil
20-05-2022 12:48
"Onların iddialarına görə, Azərbaycan tərəfi öz ordusunun mövqelərini geri çəkməli, yalnız bundan sonra delimitasiya işləri aparılmalıdır. Brüsseldəki son razılaşmadan sonra sərhədlərin delimitasiyası ilə bağlı birgə komissiyasının fəaliyyətində müəyyən irəliləyiş görünür. Təbii ki, bu xəritələr əsasında olacaq. Biz bunu istəyirik. Ancaq Nikol Paşinyanın açıqlamalarından belə hiss olunur ki, ermənilər həm "güzgü prinsipi"ni, həm də SSRİ dağıldığı zaman mövcud olan sərhəd xətləri üzrə məsələnin müəyyənləşməsini istəyir. Burada fikir ayrılıqları var. Məsələnin hansı formada həll olunması birgə komissiyanın müzakirələrindən sonra məlum olacaq. Bunun fonunda Kəlbəcər istiqamətində təxribat hücumları məhz Paşinyanın dediyi "Güzgü prinisipi"nin icra edilməsinə hesablanıb. Bir növ belə təxribat hücumları ilə gərginlik yaradır, Rusiya və Avropaya göstərmək istəyirlər ki, yeganə çıxış yolu yalnız orduların geri çəkilməsidir. Bu, bir növ həm Rusiya, həm Qərbə ünvanlanmış mesajdır".
"Bundan əlavə, Qarabağdakı separatçı ermənilər də təxribat hücumları edirlər. Bu, artıq sülh sazişinin pozulması üçün atılmış addımdır. Çünki Paşinyan status məsələsinin beynəlxalq səviyyədə arxa plana keçdiyindən danışdı. Buna təbii ki, Ermənistandakı Qarabağ klanı və separatçı qüvvələr narazılıq edirlər. İndi əsas gündəm sülh müqaviləsi imzalandıqdan sonra Qarabağdakı ermənilərin təhlükəsizliyi və hüquqlarının təmin edilməsidir. Hansı ki, rəsmi İrəvan bunu gündəmə gətirir. Azərbaycan tərəfi onların Azərbaycan vətəndaşı olaraq burada yaşaya biləcəklərini qeyd edir. Məhz bu konteksdə Qarabağda hər hansı bir toqquşmanın baş verməsi ermənilərə əsas yaradacaq ki, azərbaycanlılar və ermənilərin birgə yaşaması mümkün deyil. Bununla da onlar öz müqəddartı təyinetmə məsələsini gündəmə gətirmək istəyirlər", - deyə A.Nərimanlı vurğulayıb.
Ekspert hesab edir ki, Kəlbəcərin atəşə tutulması ilə sülhə əngəl olmaq planı təkcə erməni separatçılarının ağlının məhsulu deyil, burada Rusiyanın da marağı var:
"Belə deyək, də nə qədər Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlər olsa, Rusiyanın oradakı mövcudluğunun zəruriliyi artır. O cümlədən Ermənistan tərəfində bu prosesə maraq var. Hələlik ermənilər status məsələsindən əl çəkdiklərini desələr də, Qarabağda ermənilərin təhlükəsizliyi və hüquqları məsələsi həll edildikdən sonra yenə də status məsələsini gündəmə gətirəcəklər. Bunu açıq şəkildə bildirirlər. Qərbdəki erməni lobbisinin də təxribatlarda maraqları var. Çünki uzun illər erməni diasporu öz işini Qarabağ üzərində qurub. Sülh sazişinin imzalanması, Qarabağda azərbaycanlı və ermənilərin birgəyaşayışının təmin edilməsi onların ideologiyalarının gündəmdən çıxmasına səbəb olacaq. Onlar bunu istəmirlər. Bu baxımdan təxribatların bir yox, bir neçə mərkəzlərdən idarə olunduğunu rahat şəkildə qeyd edə bilərik.
İstər hərbi, istərsə də strateji nöqteyi-nəzərdən güclü və üstün tərəf Azərbaycandır. Əgər proses uzanacaqsa, Azərbaycan hərbi təmizləmə əməliyyatı həyata keçirə bilər. Bu gün Qarabağdakı vəziyyət bunu zəruri edir".
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 20-05-2022 12:48
Baxış sayı: 4320
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23