Reklam


Sinəsində övlad dağı, ürəyində yurd göynərtisi olan şəhid anası Pakizə Nəbi qız Atayeva əli doğma ocağa - Kəlbəcərə uzalı dünyasını dəyişdi. Qeyd edək ki, Pakizə Nəbi qız Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən Əli Yunis oğlu Atayevin anasıdır. Dəlidağ.az saytı və Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsi olaraq Atayevlər ailəsinə, mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir, rəhmət diləyirik. Allah Pakizə anaya, Əli Yunis oğluna və bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhid ailələri ilə görüş keçirilib. Dalidag.az xəbər verir ki, tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra hakimiyyətinin Daşbulaq kənd inzibati ərazi dairəsinin nümayəndəsi Tural İsmayılov, Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Rusiyada yaşayan həmyerlimiz diaspor nümayəndəmiz Mətləb Həsənov və şəhid ailələri iştirak ediblər. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər

Millət vəkili Aqil Məmmədov Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında Gəncə şəhər və ətraf rayonlardan yaşayan Kəlbəcər rayonundan olan sakinlərlə növbəti qəbul keçirib. Dalidag.az -ın xəbərinə görə, görüş zamanı vətəndaşların səsləndirdiyi müraciətləri qeydiyyatı aparılaraq nəzarətə götürülmüş, səlahiyyətlər daxilində olan məsələlərin həll istiqamətində müvafiq tapşırıqlar verilmiş, bir qurup məsəllərlə əlaqədar müvafiq izahat işləri aparılmış, digər məsələlərlə əlaqədar olaraq

Doğma Kəlbəcərimiz özünün füsunkar təbiəti ilə həmişə məşhur olmuşdur. Kəlbəcərin təbiətinin gözəllikləri barədə neçə-neçə şeirlər və mahnılar yazılmışdır. Bu günlərdə Dünya TV kanalında ilk dəfə yayımlanan “Kəlbəcərliyəm” mahnısı da Kəlbəcərimizin gözəlliklərinə və füsunkarlığına həsr olunmuşdur. Sözləri və musiqisi Hüseyn Muxtaroğluna, aranjemanı Elnur Cəbiyevə məxsus olan mahnının ifaçısı həmyerlimiz, müğənni Şəbnəm Faiqqızıdır. Kəlbəcər şəhərində doğulan Şəbnəm Faiqqızı beş yaşında olanda

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, noyabrın 17-də polis əməkdaşları Kəlbəcər rayonunda xidmət apararkən müvafiq icazələri olmayan və rayon ərazisinə nəzarət postlarından

Bu gün görkəmli şair, nasir, publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun doğum günüdü. Dalidag.az bildirir ki, yaşasaydı el ağsaqqalı 90 yaşını qeyd edəcəkdi. Qeyd edək ki, Q.Qurbanov 1933-cü il noyabrın 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində məşhur saz-söz ustası Aşıq Şəmşirin ailəsində dünyaya gəlib. Uzun müddət dövlət fəaliyyətində səmərəli çalışdığına görə "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı" medalları ilə təltif edilib. O bir sıra məsul vəzifələrdə

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bərdə rayonu, Məcburi köçkün qəsəbəsi, Kəlbəcər rayon 79 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH

Yevlaxda intihar hadisəsi olub. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon sakini, 49 yaşlı Nəsimi Xəlilov Kövər kəndində yerləşən evinin özünü asıb. Onun psixoloji problemlərlə əlaqədar intihar etdiyi ehtimal edilir. Araşdırma aparılır.

Ermənilərin işğal dövründə Kəlbəcər rayonunun Vəngli kəndində azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdikləri hazar sökülüb. Dalidag.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 7-də həmin kənddə səfərdə olan zaman hasarın sökülməsi barədə göstəriş verib. Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə olan kommunal-təsərrüfat işçiləri hasarı söküblər. Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar. Dalidag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Qeyd edək ki, işğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər. Prezident İlham Əliyev lövhənin sökülməsi ilə bağlı tapşırıq verib.
Yazı axını
12 / 09 / 2025
11 / 09 / 2025
11 / 09 / 2025
10 / 09 / 2025
09 / 09 / 2025
09 / 09 / 2025
08 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
06 / 09 / 2025
06 / 09 / 2025
05 / 09 / 2025
04 / 09 / 2025
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
Ən çox oxunanlar