Reklam


Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. "Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - MN-dən qeyd edilib.

Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası Kəlbəcər şəhərində keçirilir. Dalidag.az xəbər verir, bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır.İclasda Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq” MMC-nin baş direktoru Büynad Qasımov, 2 saylı Bərpa,

Sentyabrın 6-sı saat 23:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Azər Qocayev Murovdağ qəsəbəsində sakinlərin problemləri ilə tanış olub - Şəkillər
(5-09-2023, 15:26)
(5-09-2023, 15:26)

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Göygöl rayon, Murovdağ qəsəbəsində yerləşən xeyir-şər evində həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik Nazim Çələbiyev, Kəlbəcər rayon Polis Şöbəsinin şəxsi heyyət üzrə köməkçisi, polis mayoru Əyyub Hüseynov,

Sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Sentyabrın 4-ü saat 07:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 16 iyun 2023-cü ildə Daşkəsən rayonu, Zəylik kəndi, Zəylik kənd Mədəniyyət evinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar qəbul keçirib. Dalidag.az -ın xəbərinə görə, rayon sakinləri Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə müraciət edərək kənd sakinlərinin 250 kilovat gücündə yeni transformatorun quraşdırılmasına ehtiyac

Avqustun 27-si saat 12:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Sosial şəbəkədə görkəmli Azərbaycan şairi Bəhmən Vətənoğluya qarşı xoşagəlməz addım atılıb. Belə ki, kimlərsə tərəfindən "Facebook"-da mərhum şairin adına səhifə açılıb, pornoqrafik video və fotolar paylaşılır. Bu da haqlı olaraq Bəhmən Vətənoğlunun çoxsaylı oxucularının etirazına səbəb olub. Bu çirkin işdə əli olanları mənəvi dünyamızın zənginləşməsində əvəzsiz xidmət göstərən, haqq-ədalət çarçısı kimi tanıdığımız unudulmaz şairimizə qarşı törətdikləri çirkin əməllərindən daşınmağa, ictimai

Avqustun 25-də Kəlbəcər rayonunun Zar kəndinin təməli qoyulub. Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik
Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
