Keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu gün günorta saatlarında dəfn ediləcək. Dalidag.az xəbər verir ki, bu barədə mərhumun bacısı oğlu Şəhriyar Məcidzadə məlumat verib. Onun sözlərinə görə, keçmiş daxili işlər naziri ilə vida mərasimi saat 11:00-da Göy məsciddə baş tutacaq. O, Sulutəpədə qəsəbəsində yerləşən qəbiristanlıqda, həyat yoldaşının yanında dəfn ediləcək. Mərasim Patamdarda bəyoğlunun yanında olan mərasim zalında olacaq. Dalidag.az

Milli-azadlıq hərəkatının öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat etdi. Dalidag.az bildirir ki, bu barədə professor Adil Qeybulla məlumat verib. Qeyd edək ki, İ.Həmidov 24 yanvardan komadadır və süni tənəffüs aparatına qoşulmuşdu. O əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə, sonradan isə “Bakı City Hospital”a köçürülmüşdü. Xatırladaq ki, İ.Həmidov 1948-ci ilin oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan

Ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu dəfn olunub. Dalidag.az xəbər verir ki, şəhid İbrahim Vəliyev Zərdabın Gəlmə kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, dünən saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin

Ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu ilə vida mərasimi başlayıb. Dalidag.az xəbər verir ki, mərasim şəhidin ailəsinin məskunlaşdığı Zərdab rayon Su-Meliorasiya İdarəsinin binasının həyətində keçirilir. Vida mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab və

Bu gün qəhrəman kəşfiyyatçı, əfsanəvi döyüşçü Ülfət Kərimovun doğum günüdür. Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcərdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olub.1992-ci ilin sentyabrından qanlı döyüş meydanlarına atılan Ülfət çoxsaylı qəhrəmanlığı, şücaəti ilə düşmənə dəfələrlə ağır zərbə vurub. Təəssüf ki, 27 mart 1993-cü il yağılara qan udduran qəhrəmanın son döyüş tarixi oldu.

Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov yanvarın 24-dən etibarən koma vəziyyətindədir. Onun səhhəti, mövcud durumu ictimaiyyətin dədiqqətindədir. Bu günə qədər İsgəndər Həmidovun səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılıb. Hətta İsgəndər Həmidovun ölüm xəbərini yazanlar da olub. Dalidag.az xəbər verir ki, bütün bunları nəzərə alaraq, daha dolğun məlumat əldə etmək üçün musavat.com-un əməkdaşları İsgəndər Həmidovun müalicə aldığı xəstəxanaya baş çəkib.

Azərbaycanda icra başçılarının maaşları onların rəhbərlik etdiyi ərazidən asılı olaraq dəyişir. Dalidag.az xəbər verir ki, icra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyənləşir. Həmin sərəncamla Prezidentin “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli, 348 nömrəli sərəncamı dəyişdirilib. Sərəncama əsasən, icra başçısının Bakı şəhəri

Əslən Kəlbəcərdən olan tanınmış jurnalist, Koordinat.az saytının baş redaktoru Elxan Salahova ağır itki üz verib. Dalidag.az xəbər verir ki, jurnalistin anası Tavat xanım dünyasını dəyişib. Sinəsi bala dağlı, yurd həsrətli, torpaq nisgilli bir ana köçdü dünyadan. Kəlbəcərə, Başlıbelə qovuşmadan...Kəlbəcər göynəyini, oğul dərdinə büküb, ağrılarını torpağa pay apardı. Allah rəhmət eləsin! Xatırladaq ki, Başlıbel seyid şəcərəsinin davamçısı Seyid Tavat Seyid Məhəmməd qızı həm də şəhid Elşad

Fiziki qüsur yazıb-yaratmaq, hər-hansı bir nailiyyət əldə etmək üçün maneə deyil. O, görmə əngəlli olsa da, şeirləri bəsirət gözünün necə nurlu olduğunu sübut edir. Şərəfli bir nəsil şəcərəsinin nümayəndəsi olan Seyid Əli təəssüf ki, çox az yaşadı. Atasının ölümünə dözə bilməyən gənc şair yeməkdən imtina edərək günbəgün ölümünü yaxınlaşdırdı. 1962-ci ilin martında dünyaya gəlmişdi. 1988-ci ilin iyununda 26 yaşında bu dünyaya göz yumdu... Bioloji övladı olmasa da, mənəvi övladları- şeirləri onu

Saz-söz sənətinin qüdrətli nümayəndəsi, el sənətkarı, ustad Dədə Şəmşirin ocağından bir köz də söndü. Dalidag.az xəbər verir ki, ustad aşığın qız övladı Yaxşı xanım vəfat edib. Daha bir kəlbəcərli Kəlbəcər həsrətiylə, ürəyi yurd qubarlı, torpaq nisgilli köç etdi bu dünyadan. Allah rəhmət eləsin! Qeyd edək ki, Dədə Şəmşirin 5 oğul, 5 qız övladı olub. Ustadın Əkbər adlı oğlu çox gənc yaşlarında dünyasını dəyişib. Ələsgər adlı oğlu da haqq dünyasına qovuşub. Çimnaz adlı qızı isə 1990-cı ildə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
 
 
11-01-2025 22:14