Reklam

Şəhid polkovnik-leytenant, Ağır Artilleriya Briqadasının qərargah rəisi Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib. Dalidag.az -ın musavat.com-a istinadla məlumatına görə, Səlbi Cəfərlinin ölümünə səbəb kəskin böyrək çatışmazlığı olub. Həkimlər 13 yaşlı şəhid övladının həyatını xilas edə bilməyib. Qeyd edək ki, Zaur Hüseyn oğlu Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı bir ailədə dünyaya göz açıb Polkovnik-leytenant 2020-ci il oktyabrın 9-dan

Kəlbəcərdə avtomobil aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. "Niva" markalı minik maşını idarəetmədən çıxaraq çaya aşıb. Qəza anında avtomobillə birlikdə çaya düşən sürücü Bakı şəhərində yaşayan, əslən Kəlbəcər rayonundan olan 1985-ci il təvəllüdlü Namiq Mamedov müxtəlif bədən xəsarətləri alıb. O Gəncədəki xəstəxanalardan birinə çatdırılıb, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Samux rayonunun Alıuşağı kəndində ev-muzeyi tikilir. Dalidag.az teleqraf-a istinadən xəbər verir ki, muzeyin tikintisi Milli Qəhəramanın yaxınları tərəfindən həyata keçiririlir. Burada onun foto və ona aid bütün əşyaları saxlanılacaq. H. Əliyeva Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Kəlbəcərin işğalı dövründə ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Namidar Əlöysət oğlu Misirzadə Şirvan Kommersiya Məhkəməsinin sədri təyin edilib. Dalidag.az bildirir ki, Namidar Misirzadə 1980- ci ildə anadan olub, əslən Kəlbəcərin Çovdar kəndindəndir. Bakı Dövlət

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə yağış leysan xarakterli və intensiv olub. Mayın 6-da saat 19:52-19:56 radələrində Kəlbəcər rayonuna dolu düşüb. Dolunun diametri 8 mm ölçüdə olub. Dalidag.az

"Hava dumanlı olduğundan yolu azdım, evə gedə bilmədim". Dalidag.az bildirir ki, bunu apa-nın yerli bürosuna Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər rayon sakini, şəhid atası Kamil Abdullayev deyib. "Dünən səhər çaşır yığmağa getmişdim. Axşamüstü qızımla danışanda dedim ki, gəlirəm. Sonra bir qədər də çaşır yığdım. Bu zaman duman gəldi, güclü yağış yağdı. Hansı tərəfə gedəcəyimi bilmədim. Bu gün səhər tezdən duman çəkiləndən sonra yola davam elədim. Göygöl rayonunun Danayeri kəndinə gedib

Bu gün Azərbaycanda və dünyada tanınmış sima, "Tərəqqi" medallı, tədqiqatçı həkim-pediatr, Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının əməkdaşı Ələmdar Mədət oğlu Cəfərovun 80 illik yübleyidir. Ələmdar Mədət oğlu Cəfərov Azərbaycan Tibb İnstitunu bitirdikdən Kəlbəcər rayonunun işğal olunduğu vaxtadək(1993) yorulmaz əmək fəaliyyəti ilə Kəlbəcər rayon Uşaq Xəstəxanasının baş həkimi işləmişdir. 1993-cü ildən akademik Adilə Xanım Namazovanın rəhbərlik etdiyi Azərbaycan Tibb Universitetinin

Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələkbər Sönməzin sayca yeddinci - ,,Qaytara bilsəydim ötən günləri" adlı şeirlər kitabının təqdimatı keçirildi. Dalidag.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda düzənlənən təqdimat mərasimində şairin qələm dostları, jurnalistlər, ziyalılar ictimaiyyət nümayəndələri, oxucular və ailə üzvləri iştirak edib. Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid açaraq, qonaqları salamlayıb. Müəllifin

Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğlu əməliyyat olunub. Dalidag.az xəbər verir ki, bu barədə kəlbəcərli şair Yusif Hüseynə N.Nəbioğlu özü bildirib. Məlumata görə, şair ağır xərçəng xəstəliyindən əziyyət çəkir. Ona "Adenokarsinoma D002" mədə xərçəngi dioqnozu qoyulub. Keçirdiyi əməliyyat da bununla bağlı olub. Qeyd edək ki, Nəsib Nəbi oğlu Verdiyev əslən Kəlbəcər rayonundandır. O 1954- cü ü il mayın 2-də

Bu gün Kəlbəcər şəhər sakini 84 yaşlı Firəngiz İsmayıl qızı Yusifova dünyasını dəyişib. Firəngiz Yusifovaya da yenidən doğma yurdda yaşamaq qismət olmadı. O da əli Kəlbəcərə uzalı köçdü bu dünyadan. Dalidag.az bildirir ki, Firəngiz İsmayıl qızı Yusifova şəhid Rizvan Yusifovun anasıdı. Mərhumun 3 və 7 mərasimi Sumqayıt şəhəri, 47-ci məhəllədə keçiriləcək! Allah rəhmət eləsin.
Yazı axını
29 / 03 / 2026
29 / 03 / 2026
29 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
28 / 03 / 2026
27 / 03 / 2026
25 / 03 / 2026
25 / 03 / 2026
24 / 03 / 2026
24 / 03 / 2026
23 / 03 / 2026
22 / 03 / 2026
21 / 03 / 2026
20 / 03 / 2026
19 / 03 / 2026
19 / 03 / 2026
18 / 03 / 2026
16 / 03 / 2026
16 / 03 / 2026
15 / 03 / 2026
14 / 03 / 2026
13 / 03 / 2026
13 / 03 / 2026
12 / 03 / 2026
Ən çox oxunanlar





























