Reklam


Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumatında bildirilir. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Dalidag.az

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Günəşli kəndindən videogörüntülər hazırlayıb. Dalidag.az həmim videogörüntüləri təqdim edir.

Kəlbəcərdə baş verən hadisələr çoxlu suallar doğurur. Əvvəlcə Azərbaycan və Ermənistan Müdafiə nazirlikləri məlumat verdilər ki, Kəlbəcərdə atışma baş verib, amma bununla bağlı nə Rusiya sülhməramlıları, nə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən reaksiya gəldi. Dalidag.az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib. Onun sözlərinə görə, hesab etmək olardı ki, kiməsə sadəcə növbəti dəfə mediada münaqişəsini

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir! Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun

Kəlbəcər rayonuna elektrik enerjisinin verilməsinə başlanılıb. Dalidag.az-ın xəbərinə görə, artıq rayonda yerləşən vacib obyektlər elektrik enerjisi ilə təmin olunub. Belə ki, "Azərişıq” ASC tərəfindən Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətləri bərpa edilib və işıq verilib.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Bəzirxana kəndindən videogörüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Düşmən işğalından azad edilən Kəlbəcər rayonunun sosial şəbəkələrdə yeni görüntüləri yayılıb. Belə ki, görüntülərdə rayonun sıldırım qayaları, yaylaqları, qayalıqlar altında yerləşən keçidləri yer alıb. Həmin görüntüləri təqdim edirik:

İşğaldan azad olunan Kəlbəcər rayonunda Qurban bayramı qeyd olunub. Bayram münasibətilə qurbanlar kəsilib. Qurban kəsimi tikintisi yekunlaşan Kəlbəcər yarımstansiyasının qarşısında həyata keçirilib. Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Qurban bayramı qeyd olunur. Dalidag.az
Yazı axını
12 / 09 / 2025
11 / 09 / 2025
11 / 09 / 2025
10 / 09 / 2025
09 / 09 / 2025
09 / 09 / 2025
08 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
06 / 09 / 2025
06 / 09 / 2025
05 / 09 / 2025
04 / 09 / 2025
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
Ən çox oxunanlar