"Vəzifə dövlətin sənə əmanətidir..." - Azər Əhmədov
Xəbər verdiyimiz kimi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr dəyişikliyi əsnasında Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov vəzifəsindən azad olunub.
Dalidag.az xəbər verir ki, Azər Əhmədov vəzifədən ayrılması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən ayrıldım. Vəzifə dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub ləyaqətlə geri vermək hər insana nəsib olmur. Bu müddətdə gördüyümüz işləri saymaqla bitməz. Sadəcə, mən və zəhmətkeş komandamız hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik.
Daha nə olsun..
Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim.
Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilədə görünməyən qəhrəmanlar olan komandaya təşəkkür edirəm", - deyə A.Əhmədov qeyd edib.
Qeyd edək ki, Azər Əhmədov əslən Kəlbəcər rayonundandır.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 13-05-2026 15:57
Baxış sayı: 32




























