Gülnarə Cəmaləddin Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Gülnarə Cəmaləddin yaradıcılığından: * * * Burnumdadı kürən otların saman qoxusu. O illər necə də sadəlövhcəsinə sevərdim göy üzünü, quşların nəğməsini, bir də anamın çörək ətri verən əllərini. ovuclarımda uşaqlığımın kədərli üzü seyr edərdim pəncərə arxasından dağların dalında günəşin batışını. Məhəllə qarısı kimi tanıyardım amma bu cürə gənc və amansız bilməzdim ölümü. kimsəsiz ev kimi

Elçin Məmmədov Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Elçin Məmmədov yaradıcılığından: BİR OVUC DƏN ATIN GÖYƏRÇİNLƏRƏ... Pas atıb dibini sarı ləyənin, Bir ləyən bir ovcun üçü boydadır, Bilirsən, ən böyük ayrılıqlar da Bir yeşik, bir kitab, bir ağ, bir də ki, Bir də ki... vücudun köçü boydadır. Nədir ki bir ovuc? Bir tikə ət, bir sıxma sümük, Beş barmaq, hərəsi başqa ölçüdə. Dua da o ovcun içi boydadır. Bir ovuc duadan nə çatır göyə? Bir ovuc dən

Akşin Xəyal Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Akşin Xəyal yaradıcılığından: ALTINCI PALATA Ülvi gözlərini açanda özünü çarpayıda uzanmış gördü. Qalxıb oturmaq istədi, amma başını qaldıra bilmədi. Beynində küt ağrı, həm də ağırlıq hiss elədi. Başının içinə sanki qurğuşun doldurmuşdular. Elə uzanıqlı ətrafa göz gəzdirdi. O qədər də böyük olmayan, hər tərəfi ağ boyanmış bir otaq idi. İçəridə onun çarpayısından başqa üç çarpayı, hər çarpayının da yanında kiçik

Mütalib Məmmədov 27 sentyabr 2020-ci il... O gün dövlətimizin yaxın və uzaq hədəfləri, xalqımızın 7-dən 77-yə arzu və məqsədləri Vətən müharibəsinə başlamaq üçün Ali Baş Komandan İlham Əliyevin döyüş imzasına mürəkkəb oldu. Cənab Prezident qətiyyətini, dəmir iradəsini, siyasi uzaqgörənliyini qızıl qələm timsalında bu mürəkkəbə batırıb Vətən müharibəsinə imza atdı. O zaman bütün dünyanın gözü Azərbaycana dikilmişdi. Bu baxışlarda hər cür məqsəd var idi. Bütün bu baxışların mənbəyini və

Ermənistan hökuməti Araz çayının yatağından çay qumunun çıxarılmasını qadağan edir. Dalidag.az publika.az-a istinadla xəbər verir ki, “Ermənistan Respublikasında Yerin təki Məcəlləsinə dəyişikliklər və əlavələrin edilməsi haqqında” və “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihələri təsdiq olunub. Yerin təki Məcəlləsi ilə sərhədyanı çayların məcrasından çay qumunun çıxarılması qadağan edilib və pozuntulara görə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş

İradə AYTEL Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı İradə AYTEL yaradıcılığından: DARIXMAQDAN ÖLƏR ADAM! Bilirsənmi, darıxmağın yöntəmini, İçin boyda çöl olarsan. Qaldırırsan saatları başın üstə Bir gecəni nuş etməyə yad gəzərsən, Çölündəki özgələrdə od gəzərsən, Çölündəki özgələrdən əl umarsan. Bilirsənmi, Darıxanda Bir baxışda min ah olar, Bir ümiddə neçə-neçə günah olar. Bilirsənmi, darıxanda cığır düşər yanağından bir işığa, o işıqda güzgülənər

Azər Qismət Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Azər Qismət yaradıcılığından: DUMAN .. A xan gözləri dumandakı şəhərin dalğınlığına bənzəyirdi. Bir dalğın o biri dalğının küçəsində addımlayırdı. Günəbaxan rəsmli çətirini ayağına toxundura-toxundura şəhərin dalğınlığında özünü axtarırdı. İtirdiyi varlığını hələ yuxudan oyanmayan adamların yuxularında arayırdı. Atıldığı bir saatın tamamını başa vurmamış sevinməyə çalışırdı. - Hər şeydə bir xeyir var. Arxadan

Vidadi Murtuzayev Hüquqşunas Mayın 20-də Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud tərkibdə görüşü olub. Baş nazir Azərbaycan Prezidentini qarşılayıb. İki ölkə nümayəndələrinin geniş tərkibdə görüşü olub. Ölkə başçısı cənab İlham Əliyev öz bəyanatında xüsusi olaraq vurğulayıb ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq. Dövlətimizin başçısı Macarıstanla Azərbaycan arasında

İlqar Rəsul Dalidag.az-da Sevinc Qəribin təqdimatında hekayə ongünlüyü davam edir. Növbəti hekayə ərmağanı İlqar Rəsul yaradıcılığından: DOĞUM GÜNÜ ALMALARI - Salam, xanım. Salam, oğlum. - Olar sizdən bir xahiş edim? - Mən sizi görmürəm axı.... Onun doğum günü idi. Axşamdan xanımına və oğluna bu münasibətlə hər hansı hazırlıq görməməyi, hədiyyə almamağı tapşırıb, adi günlərdən birini yaşamaq istədiyini demişdi. - Hər hansı sürpriz etmək fikrinə düşməyin lütfən. - Səhər işə gedəndə xanımına və

İlham Məmmədli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı İlham Məmmədli yaradıcılığından: Tanrım, bu dünyanı insandan qoru! Yenə od püskürür qanlı tiranlar, Tanrım, bu dünyanı insandan qoru! Günbəgün çoxalır, artır viranlar, Tanrım, bu dünyanı insandan qoru! Bölüblər dünyanı Şərqi, Qərbinə, Cahan hamilədi qanlı hərbinə. Daha tab gətirməz hərbin zərbinə, Tanrım, bu dünyanı insandan qoru! Yaratdın insanı faili-muxtar, Adam var şeytanın sonuna çıxar.
Yazı axını