Reklam
"Bir ah boyda savab edən günahkarsan!" - İradə AYTEL
22-05-2025 12:20
İradə AYTELSevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı İradə AYTEL yaradıcılığından:
DARIXMAQDAN ÖLƏR ADAM!
Bilirsənmi, darıxmağın yöntəmini,
İçin boyda çöl olarsan.
Qaldırırsan saatları başın üstə
Bir gecəni nuş etməyə yad gəzərsən,
Çölündəki özgələrdə od gəzərsən,
Çölündəki özgələrdən əl umarsan.
Bilirsənmi,
Darıxanda
Bir baxışda min ah olar,
Bir ümiddə neçə-neçə günah olar.
Bilirsənmi, darıxanda cığır düşər
yanağından bir işığa,
o işıqda güzgülənər xəyal-xəyal sevişmələr,
puçurlanar saçlarında bir gecənin min günahı,
puçurlanar buxağında bir öpüşün
bir ah boyda min tamahı.
“Ah” səsinə bədən-bədən uçunarsan,
bir ah boyda
savab edən günahkarsan!
Bilirsənmi,
Darıxınca bir gecədən bir səhərə kölgə düşər,
O kölgədən pəncərənə
Neçə-neçə dalan düşər,
şəhər düşər,
ölkə düşər…
Adam-adam, əlsiz-əlsiz
qol açılar, əl uzanar,
uzun-uzun yol yeriyən
baxışların yerə düşər,
bir ürəkdən,
bir bədəndən,
bir torpağa
yol salınar.
Bilirsənmi,
darıxınca için-için sökülər,
Göz yaşında gülər adam
Bilirsənmi,
Qara gecə bəyaz olar
O bəyaza bükülər,
Bir gecədə ölər adam!
Bilirsənmi,
darıxmaqdan ölər adam!
Bilirsənmi,
darıxmaqdan ölər adam!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 22-05-2025 12:20
Baxış sayı: 3261Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























