Kəlbəcərli alim vəfat edib
Xaricdə yaşayan Həjar Şamiloğlunun Azərbaycanda ilk şeirlər kitabı çap edilib
Kəlbəcərli şair Əli Bimarın oğlu vəfat edib
Kəlbəcər sakini vaxtsız dünyasını dəyişdi
Kəlbəcər sakinlərindən TƏBİB-ə müraciət: müvəqqəti tibbi məntəqə yaradılsın
Bir ucalıq sevdası: Dalidag.az-ın 7 illik yolu
Rövşən Hüseynli: Vətən, torpaq və sərhəd – Zəfərə aparan 44 günlük yol
Kəlbəcər şəhəri üzrə nümayəndə Ülvan Əsgərovun atası vəfat edib
Kəlbəcərli jurnalist Ədil Orucluya ağır itki üz verib
Kəlbəcərli əkiz bacılar Azərbaycan Tibb Universitetinə qəbul oldu
Başlıbel - Qaraçanlı yolu açıldı
Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi
AYB Mingəçevir bölməsində yeni sədrin iştirakı ilə ilk yığıncaq keçirildi
-FOTOLAR
Kəlbəcərli şair bölmə sədri oldu
Gəncə adının bərpası uğrunda cəsarətli addım - Vüsal Hicran yazır
Şair Kamil Təbib Kəlbəcərlinin 65 illik yubileyi qeyd edilib
-FOTOLAR
Ana Səhifə
Qarabağ
Kəlbəcər
Poeziya-nəsr
Tənqid-fikir
Video
Müsahibə
Sosium
Mədəniyyət
Tərcümə
Media
Kitab köşkü
Yazarlar
Elanlar
Mədəniyyət
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum oldu
AYB Mingəçevir Bölməsində "Yeni söz" ədəbi məclisi yaradıldı
Tərcümə
Anton Çexovun "Sevinc"i
-Hekayə
Nəcib Məhfuz -Uşaqların cənnəti
-Hekayə
Media
Mətbuat Şurasının IX qurultayı keçirilir
Jurnalistlərin qurultayının vaxtı dəyişdi
Kitab köşkü
Pərvanə Bayramqızının “Səni özünə döndərənlər” kitabı çap olunub
İlqar Orduxanlının "Parçalanmış talelər"i təqdim olundu - Fotolar
Yazarlar
Salman Qaralar
Bir sözün semantikası və ya “Aşığın qurban öldürməsi”
İttifaq MİRZƏBƏYLİ
Qəzavü-qədər...daha nə qədər?!
Sumqayıt - Təsəlli şəhərim
Reklam
Elanlar
Rizvan Cəfərlinin şeirlər kitabının təqdimatı keçiriləcək
AYB-də Əli Kərimin oğlu ilə görüş keçiriləcək
Təqvim
«
Oktyabr 2026 »
Be
Ça
Ç
Ca
C
Ş
B
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
Akşin Xəyalın "Altıncı palata"sı - Hekayə
23-05-2025 10:00
Akşin Xəyal
Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Akşin Xəyal yaradıcılığından:
ALTINCI PALATA
Ülvi gözlərini açanda özünü çarpayıda uzanmış gördü. Qalxıb oturmaq istədi, amma başını qaldıra bilmədi. Beynində küt ağrı, həm də ağırlıq hiss elədi. Başının içinə sanki qurğuşun doldurmuşdular. Elə uzanıqlı ətrafa göz gəzdirdi. O qədər də böyük olmayan, hər tərəfi ağ boyanmış bir otaq idi. İçəridə onun çarpayısından başqa üç çarpayı, hər çarpayının da yanında kiçik dolab qoyulmuşdu. Sol divarda dəmir barmaqlı, çirkli şüşəli iki pəncərə vardı. Xəstəxanada olduğu qənaətinə gəldi. Amma niyə? Yadına salmaq istədisə də beynindəki ağrı və ağırlıq imkan vermədi.
Gözüyumulu alnını ovuşdura-ovuşdura xatırlamağa çalışırdı ki, qapı açıldı, içəri əynində ağ qara zolaqlı pejama, qırx-əlli yaşlarında bir kişi girdi. Ağzında dişləri tökülmüş, ovurdlaı batmış, saçları çallaşmış bu kişi Ülvinin çarpayısına yaxınlaşdı, gözlərini qıyıb, belini azca əyib ona diqqətlə baxdı və əlini yelləyib döndü, otağın küncündəki çarpayıya tərəf getdi. Kişi çarpayıya çatıb yaşına uyğun olmayan bir cəldliklə özünü göydən çarpayıya atdı. Ülvi güclə də olsa dirsəklənib üzünü kişiyə tutdu, zarıltılı bir səslə:
– Bağışlayın, bura haradır? – soruşdu.
Kişi cəld uzandığı yerdən qalxıb oturdu və yoğun bir səslə:
– Bura altıncı palatadır, – dedi.
– Haranın, hansı xəstəxananın altıncı palatasıdır? – Ülvi soruşdu.
Kişi yenə eyni cəldliklə yerindən qalxdı, əllərini belinə qoyub acza önə əyildi, əsgər addımlarına oxşar iri addımlarla ona tərəf addımladı. Ülvinin çarpayısının bir addımlığında ayaq saxlayıb yenə onə tərəf əyildi və səs tonunu qaldıraraq, sağ əlinin şəhadət barmağıyla döşəməni göstərdi:
– Bura altıncı palatadır, başa düşdün, altıncı palata! – Sonra həmin şəhadət barmağıyla sinəsinə vuraraq davam etdi. – Və buranın da sahibi mənəm! Mən, Qulam kişi!
Qulam kişinin yoğun səsi onun beynindəki ağrını biraz da şiddətləndirdi. Kişiyə çox da baş qoşmaq istəmədiyindən başını yastığa qoyaraq:
– Başa düşdüm, – dedi.
Qulam kişi gəldiyi kimi də qayıdıb özünü çarpayısına çırpdı. Elə bu an dəhlizdə bağırtı eşidildi və dərhal qapı açıldı, sanitar geyimində iki nəfər zolaqlı pejamalı, elə Ülvi yaşlarda birini qollarından yapışıb sürüyə-sürüyə palataya saldı. Onu çəkib çarpayıların birinə uzatdılar, əllərini xüsusi qayışla çarpayıya bağladılar. Ülvi dəhşətə gəldi, “İlahi, mən hardayam” düşündü. Sanitarların biri ona yaxınlaşıb, üzünə baxıb, sonra digər sanitara:
– Doktora denən dünənki xəstə ayılıb, – dedi.
– Bağışlayın, bura haradır? – Ülvi sanitardan soruşdu.
– Dispanser. – O, cavab verdi.
– Dispanser? Nə dispanseri?
– Nə dispanseri olacaq, psixi dispanser. – Sanitar üzünü çevirib qapıya tərəf getdi və qapıdan çıxarkən: – Dəli ki, dəli! – deyə dodağının altında mızıldandı. – Bir gündür burdadır, hələ bilmir hardadır.
Ülvi hər iki əliylə başını tutub, saçlarını yoluşduraraq: “İlahi, mən dəlixanadayam” deyə zarıldadı.
Artıq üçüncü günüydü Ülvi psixi dispanserdə yatırdı. Bu üç gündə ona hər gün müxtəlif dərmanlar verilirdi, içmək istəməsə belə güclə içirdilirdi. Beynindəki ağrı sakitləşdikcə son günlər nələrin baş verdiyini xatırlamağa çalışırdı. Hər şey Vəfanın onu tərk edib getməsindən sonra başlanmışdı. İlk günlər içində bir sıxıntı yaranmışdı. Sonra bu sıxıntı daha da kəskinləşib, sinəsindən boğazına qalxmış, onu boğmağa başlamışdı. İnsanlardan uzaq qaçmağa başlamış, özünə qapanaraq təkliyə çəkilmişdi. İçindəki ağrını soyutmaq üçün bir neçə dəfə soyuq duşun altına girmiş, lakin orda da özüylə bacarmayıb duşun altında dizi üstə çökərək, başını əlləri arasına alaraq, hönkürüb ağlamışdı. Günlər keçdikcə onun vəziyyəti daha da ağırlaşmış, epilepsiyaya çevrilmişdi. Çox güman, elə onu bura növbəti epilepsiya tutması zamanı gətirmişdilər ki, heç nə xatırlaya bilmirdi.
Vəfanı xatırlaması yenə sinəsində sıxıntı yaratdı. Nəfəs alması ağırlaşdığından üstündəki ədyalı atdı, qalxıb oturdu. Elə bu vaxt qulağına hıçqırıq səsi gəldi. Qaranlıqda otağa göz gəzdirsə də bir şey görə bilmədi. Qalxıb işığı yandırdı. Çarpayıya bağlanmış oğlan dərmanın təsirindən yatmışdı. Ağlayan Qulam kişiydi. Çarpayısında iki qatlanıb, dizlərini qucaqlayıb için-için ağlayırdı. Gözlərindən axan yaş onun batıq ovurduna dolub gölməçə yaratmışdı. Ülvinin kişiyə yazığı gəldi. Yaxınlaşıb ehmalca onun çiyninə toxundu:
– Qulam dayı, nolub sizə?
Qulam kişi qalxıb oturdu və əliylə ona da oturmağı işarə etdi. Əlinin arxasıyla gözünün yaşını silib, dərindən nəfəs aldı:
– Mən buralıq adam deyiləm, ay oğul. Mən dəli deyiləm, amma gətirib atıblar məni bura. – Dedi və başını Ülvinin çiyninə qoyub, yenə hıçqırmağa başladı.
Ülvi onu sakitləşdirməyə çalışdı:
– Qulam dayı, sakit ol. Sakit ol, danış mənə, niyə burdasan. Bölüş mənlə dərdini, rahatlaşacaqsan.
– Dərdim böyükdür, ay oğul, – Qulam kişi danışmağa başladı. – Mən ailəmi itirmişəm. Arvadım, oğlum, gəlinim, beş yaşında nəvəm bir gündə avtomobil qəzasında həlak oldular. Onların qanı axan, parçalanmış meyitlərini öz əllərimlə qoymuşam qəbrə.
Əlləriylə üzünü tutub, bu dəfə daha içdən hönkürməyə başladı. Ülvi sakitcə onun ağlayıb rahatlaşmasını gözlədi. Qulam kişi hıçqıra-hıçqıra:
– Mən ölməliydim, onlar yox, – dedi. – Onlardan sonra mənə yaşamaq haramdır. Neçə dəfə intihara cəhd elədim, amma ona da cürətim, kişiliyim çatmadı. Canıma belə qıya bilməyəcək, qorxaq, cəsarətsiz adamam mən.
– Sakit ol, Qulam dayı, həyatdır, biz neyləyə bilərik ki. – Ülvi ona təsəlli verməyə çalışdı.
– Ehh, ay oğul, həyat bizim, yəni bu dəlixanadakı dəlilərin pejamaları kimi ağ-qara zolalardan ibarətdir. – Qulam kişi pejamasının yaxasından tutub, Ülviyə göstərib sözünə davam etdi. – Bax bu pejamaya, zolaqlar hamısı eyni ölçüdədir, amma mənim dərzim kim olubsa naşı olub. Çünki qara zolaqları qalın, ağ zolaqları bir barmaq nazik tikib.
Qulam kişi qalxıb iri addımlarla otaqda var-gəl etdi, gəlib Ülvinin qarşısında dayandı, pıçıltıyla:
– Biz dəli deyilik. Biz intihara gücümüz, cəsarətimiz çatmayan insanlarıq. Həyat bəzən insanı o qədər sıxır ki, insan yorulur, bezir hər şeydən. Cəsarəti olan intihar edib canını qurtarır, olmayan isə bizim kimi dəli olub düşür bura! – dedi.
Ülvi başıyla o biri çarpayıda yatmış oğlanı göstərdi:
– Bəs bu niyə burdadır?
– Azadın da dərdi böyükdür, – Qulam kişi yatan oğlana baxıb, sakit səslə danışmağa başladı. – Onun sevdiyi qadın qan xərçəngiymiş, öləndə də elə onun qolları arasında ölüb. O da tab gətirə bilməyib bu günə düşüb.
Qəfil Ülviyə tərəf çönüb:
– Bəs sən, sən niyə burdasan? – soruşdu.
Qəfil sual ona yenə Vəfanı xatırlatdı. Sinəsindən ağrı qopdu. Sıxıldı, nəfəs alması çətinləşdi. Pejamasının yaxasını açıb, nəfəs almağa çalışdısa da bacarmadı. Sinəsindəki sıxıntı boğazına yığılıb onu boğdu. Yerindən dik atılıb pəncərəyə tərəf getdi, alnını soyuq şüşəyə dirəyib bir neçə dəfə dərindən nəfəs aldı. Beynindən elə bir ağrı tutdu ki, dayana bilməyib, yerə oturdu, əlləriylə başını tutdu. Ağrıdan qışqırmaq istədi, səsi boğazında ilişib qaldı, zarıdı. Qulam kişi yaxınlaşıb onun çiynlərindən tutdu, ayağa qaldırıb, aparıb çarpayısında oturtdu. Az keçmiş beynindəki ağrı sakitləşməyə başladı. Başını qaldırıb Qulam kişiyə baxdı. Gözlərindən qeyri-ixtiyari yaş töküldü:
– Mən bir sevdanın dəlisiyəm, Qulam dayı. Sevdiyim qadın tərk edib getdi məni, dayana bilmədim onun həsrətinə. Getdikcə ağlımı itirib dəli oldum.
– Sən ağlını itirməmisən, oğlum. Biz heç birimiz ağlımızı itirməmişik. Dəlilər əslində ağıllarını deyil, ümidlərini, hisslərini, duyğularını itirmiş insanlardır.
Qulam kişi əlini onun çiyninə qoyub sözünə davam etdi:
– Sənin halın mənimkindən də, Azadınkından də fərqlidir. Sənin sevdiyin həyatdadır, yaşayır. Nə vaxtsa onu görmək şansın var, qovuşmasan belə. Amma bizim sevdiklərimizi görmək şansımız yoxdur, onlar qara torpağın qucağında yatırlar. Tərk edib getmiş bir qadına görə də bu qədər əzab çəkməyə dəyməz.
– Mənim əzablarım o qadına görə deyil, Qulam dayı, ona olan sevgimdəndir. Sevgimdir mənə bu əzabı verən, o qadın yox. Sevgim o qədər çox oldu ki, ağlımı üstələdi. İçim yanır, Qulam dayı, ürəyim partlayır, dayana bilmirəm onsuzluğa. – Ülvi hönkürdü.
Qulam kişi qalxdı, dolabın üstündəki su dolu stəkanı götürüb ona uzatdı:
– Al iç, toxta bir az. Sonra get həkimi çağır, gəlib mənə bir iynə vursun, yatım, daha gecdir, gecədən xeyli keçib.
Ülvi suyu içib, stəkanı dolabın üstünə qoyub, həkimi çağırmaq üçün dəhlizə çıxdı.
İynədən sonra Qulam kişi xoruldamağa başladı. Azad da bərk yatmışdı. Palatada tək o, oyaq qalmışdı. Yatmağa çalışsa da yata bilmədi. Sinəsindəki sıxıntı onu daha da sıxırdı. Qalxıb oturdu. Əlləriylə başını tutub: “ Yox, mən dəli deyiləm. Mən dəli ola bilmərəm. Mən sadəcə aşiqəm. Hər aşiq olanı dəli adlandırıb dəlixanaya salsaydılar, onda gərək bütün dünyanın yarısı dəlixanada olardı indi. Qulam kişi düz deyir, dəlilər intihara gücü çatmayan insanlardır. Amma mənim gücüm çatacaq. Mən intihar edəcəm, amma dəli olmayacam”. Yerindən qalxdı. Üstünə atdığı mələfəni götürüb ondan qalın bir şılıq cırdı. Kətili ayağının altına qoyub, üstünə çıxdı. Tavanda lambiri aralayıb mələfənin bir ucunu lambirin arxasınakı dəmirə bağladı, bir ucundan ilgək düzəldib boynuna keçirdi. “Mən dəli deyiləm, mən dəli olmayacam” deyib, gözlərini yumdu. Hardasa uzaqlarda sübh namazının azanının səsi eşidildi. Bir mahnıda eşitdiyi sözləri təkrarlayıb, “Heç kəs oyanmadan, sübh namazından öncə, azan dayanmadan…” (Okaber) kətili ayağının altından kənara itələdi.
Ülvinin ölümündən səhər xəbər tutdular. Onu elə öz çarpayısına uzadıb, üzünə ağ mələfə örtdülər.
Vəfa psixi dispanserin həyətinə çatanda səhər saat doqquza az qalırdı. Ortaq tanışlarından Ülvinin burda yatdığını eşidib, onu burdan çıxarmağa, bundan sonrakı həyatını onunla birgə yaşamağa qərar vermişdi. Odur ki, səhər açılan kimi Ülvini burdan çıxarıb aparmaq üçün gəlmişdi.
Vəfa içəri girib məlumat şöbəsindəki qıza yaxınlaşdı:
– Salam. Məmmədov Ülvi üçün gəlmişdim.
Qız başını qaldırıb ona təəccüblə baxdı:
– Tək gəlmisiz?
– Hə, tək gəlmişəm.
– Eybi yox, sanitarlar sizə kömək edərlər onu aşağı düşürüb maşına qoymağa.
– Bəs o, hardadır?
– Altıncı palatada.
– Çox sağ olun, – deyib, Vəfa iti addımlarla, az qala qaçaraq pillələri çıxdı, altıncı palatanın qarşısında dayandı, dərindən nəfəs alıb qapını açdı.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 23-05-2025 10:00
Baxış sayı: 3426
Müəllif:
Marcel
Tarix: 6 avqust 2026 07:30
References:
Total Casino Bonus hungaricana.hu
Adınız:
*
E-Mail:
Şərhiniz:
Kodu yazın:
*
Göndər
Yazı axını
28 / 10 / 2026
Ermənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi
27 / 10 / 2026
Bərdədə məskunlaşan kəlbəcərlilərin problemləri dinlənilib - Fotolar
27 / 10 / 2026
Laçında Həkəri çayı üzərində su anbarı inşa ediləcək
26 / 10 / 2026
Kəlbəcərli şair Ələmdar Keştəkliyə ağır itki üz verib
26 / 10 / 2026
Ermənistan ərazisinə keçən azərbaycanlı çoban geri qaytarıldı
25 / 10 / 2026
Laçına sulu qar, Kəlbəcərə qar yağdı
25 / 10 / 2026
Qubadlının azadlığından 6 il ötür
24 / 10 / 2026
Kəlbəcərə qar yağıb
23 / 10 / 2026
Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb
23 / 10 / 2026
Kəlbəcərli alim vəfat edib
22 / 10 / 2026
Xaricdə yaşayan Həjar Şamiloğlunun Azərbaycanda ilk şeirlər kitabı çap edilib
21 / 10 / 2026
Azər Qocayev şəhid Şəhriyar Abdullayevin ailəsini ziyarət edib -Foto
21 / 10 / 2026
Mincivan qəsəbəsinin azad olunmasından 6 il ötür
20 / 10 / 2026
Şəhid Elşən Məmmədovun ailəsi və məzarı ziyarət edilib - Fotolar
20 / 10 / 2026
Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video
20 / 10 / 2026
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
19 / 10 / 2026
“Şəhərsalma və memarlıq: Kəlbəcərin müasir inkişafı və milli memarlıq ənənələri” mövzusunda dəyirmi masa keçirilib
- Fotolar
19 / 10 / 2026
Nə müddətdir camalına həsrətəm, Başlıbeli ziyarətə gəlmişəm - ŞEİRLƏR
18 / 10 / 2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından 6 il ötür
18 / 10 / 2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
17 / 10 / 2026
Gəncədəki növbəti terrordan altı il ötür
17 / 10 / 2026
Bu gün Füzuli şəhər günüdür
16 / 10 / 2026
"Əmrah ruha dönüb Kəlbəcərə uçdu..."
16 / 10 / 2026
Kəlbəcərli şair Əli Bimarın oğlu vəfat edib
16 / 10 / 2026
Əhalinin sayı açıqlandı
16 / 10 / 2026
Mətbuat Şurasının IX qurultayı keçirilir
15 / 10 / 2026
Əslən Kəlbəcərdən olan Nəsimi Musayevin atası danışdı
14 / 10 / 2026
Laçına qayıdan ailələrin sayı açıqlandı
Ən çox oxunanlar
26-10-2026 19:17
Kəlbəcərli şair Ələmdar Keştəkliyə ağır itki üz verib
22-10-2026 14:25
Xaricdə yaşayan Həjar Şamiloğlunun Azərbaycanda ilk şeirlər kitabı çap edilib
23-10-2026 10:12
Kəlbəcərli alim vəfat edib