Reklam
"Tanrım, bu dünyanı insandan qoru!" - İlham Məmmədli
21-05-2025 10:15
İlham Məmmədli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı İlham Məmmədli yaradıcılığından:
Tanrım, bu dünyanı insandan qoru!
Yenə od püskürür qanlı tiranlar,
Tanrım, bu dünyanı insandan qoru!
Günbəgün çoxalır, artır viranlar,
Tanrım, bu dünyanı insandan qoru!
Bölüblər dünyanı Şərqi, Qərbinə,
Cahan hamilədi qanlı hərbinə.
Daha tab gətirməz hərbin zərbinə,
Tanrım, bu dünyanı insandan qoru!
Yaratdın insanı faili-muxtar,
Adam var şeytanın sonuna çıxar.
Bircə barmaq ilə dünyanı yıxar,
Tanrım, bu dünyanı insandan qoru!
Silah yumurtlayır “sülh göyərçini”,
Başkəsən gözləyir növbəti çini.
Kəndli yadırğayır əkin-biçini,
Tanrım, bu dünyanı insandan qoru!
Raketlər, pualar bir himə bənddi,
Önün ala bilməz artıq Çin səddi.
Kim verdi insana bu sonsuz həddi,
Tanrım, bu dünyanı insandan qoru!
Daha söhbət getmir köhnə “davadan”,
Raketlər tuşlanıb sudan, havadan.
Bir axmaq ağlıyla çıxar yuvadan,
Tanrım, bu dünyanı insandan qoru!
Yağan yağışlardan zəhər tökülür,
Dünya təməlindən çöküb, sökülür.
Ruzi qəhət olub, göyə çəkilir,
Tanrım, bu dünyanı insandan qoru!
Bağlardan sovulur çiçək qoxusu,
Hər tindən boylanır ölüm qorxusu.
Qaçır körpələrin şirin yuxusu,
Tanrım, bu dünyanı insandan qoru!
Təpəgöz divlərin gözləri doymur,
Talayır dünyanı, tamahı soymur.
Acından ölənə bir darı qıymır,
Tanrım, bu dünyanı insandan qoru!
Bu azmış bəşərin yolu haradır?
İnsanın amalı puldur, paradır.
Alim yolun azıb, insan yaradır,
Tanrım, bu dünyanı insandan qoru!
Ölən körpələrin nəymiş günahı,
Bəlkə sənə yetmir məzlumun ahı?
Qaranlıq görürəm gələn sabahı,
Tanrım, bu dünyanı insandan qoru!
Bağışla İlhamı, həddimi aşdım,
Dəli çaylar kimi kükrəyib daşdım.
Darıxdım, təngidim, sözümü çaşdım,
Tanrım, bu dünyanı insandan qoru!
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 21-05-2025 10:15
Baxış sayı: 3239Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























