Reklam


Ermənistanın Tavuş vilayətinin sərhəddəki yaşayış məntəqələrində demarkasiya prosesi ilə bağlı qeyri-müəyyənlik davam edir. Erməni sakinlər demarkasiya prosesinin hər an başlaya biləcəyini və müəyyən ərazilərin Azərbaycanın nəzarətinə keçəcəyini müzakirə edirlər. Dalidag.az xəbər verir ki, Voskepar (Əskipara) sakini Mihran Maxsudyan Ermənistan mediasına açıqlamasında minatəmizləmə işlərinin başa çatdığını bildirib. Lakin o, heç bir erməni məmurun kəndə gəlib sakinlərlə görüşmədiyini deyib. “Ola

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişməsində baş tutacağı rəsmən açıqlanıb. Dalidag.az xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan məlumat yayıb. “Bu ərazi İncəsi (Noyemberyan) icmasının Koxb və Qaraça (Berdavan) kəndləri ilə həmsərhəddir. Tavuş sərhəd zonasında xidmət edən hərbçilər anonimlik şərti ilə bildiriblər ki, bu ərazidə delimitasiyaya aprelin 15-də başlanmalı idi.

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür. Dalidag.az xəbər verir ki, 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Yeni yaradılan sərhəd-buraxılış məntəqəsində Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasının Prezidenti,

Gülər Natiq İsaq Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Gülər Natiq İsaq yaradıcılığından: "Ömrünü uzatmağa gəlmişdim mən bəlkə də..." Asılar yaddaşından gilənar tana kimi Ovuclarına körpə xatirələr yığılar. Oyadarsan xəfifcə səhər azana kimi Sanki illlərdi yatmış bir duyğu səndən küsər... Saçının dalğaları barmağına dolanar, Bu sərt havaların da acığına gün doğar. Düyünlü nə urdusa, sinəndə durulanar, Kəsik-kəsik nəfəsin hıçqırıqları boğar...

Xanazax yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən intensiv atəş açılması barədə Ermənistan mediasının aprelin 21-də yaydığı xəbərlər məqsədyönlü dezinformasiyadır və heç bir real əsası yoxdur. Dalidag.az xəbər verir ki, bu sözləri Axar.az-a Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mediasında Ordumuzun bölmələri tərəfindən yaşayış məntəqəsinə atəş açılması ilə bağlı yayılan xəbərlərə cavabında deyib. Vurğulanıb ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki

Laçın şəhərinin Qarıkaha məhəlləsində yerləşən unikal bulaqla bağlı reportaj hazırlanıb. Dalidag.az bildirir ki, bu yer yerli sakinlər arasında "Böyrək bulağı" kimi tanınır və onun mineral tərkibli suyunun insan sağlamlığına faydaları danılmazdır. "Burada iki quyu qazılmışdı. Onlardan biri 84 metr dərinlikdə yerləşir və onun suyu da faydalıdır. Lakin ən keyfiyyətli su 124 metr dərinlikdə qazılan quyudadır. Bura bir növ sanatoriyanı xatırladırdı. İnsanlar bulağın müalicəvi xüsusiyyətlərinə görə

Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb. Dalidag.az -ın məlumatına görə, hadisə rayonun məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib. Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü - Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının

Əlövsət Saldaş Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Əlövsət Saldaş yaradıcılığından: ADAM Sənnən ki Tanrının xəbəri yoxdur, Kim səni dünyaya göndərib, adam. Sahibsiz qəriblə dünya doludur, Dön qayıt geriyə, dön, qərib adam. Pəsdə inləyirsən, bəm oxuyursan, İslaq görünürsən, nəm oxuyursan, Elə dərd çalırsan, qəm oxuyursan, Vaxt səni nə yaman dindirib, adam. Köklə qopuzunu Qorquddan denən, Darda tapındığın boz qurddan denən, O dağlardan oxu, o

Kəlbəcərli şair Ələmdar Cabbarlıya ağır itki üz verib. Dalidag.az xəbər verir ki, şairin anası Solmaz xanım vəfat edib. Dalidag.az saytı və "Dəlidağ" Ədəbi birliyi olaraq, Ələmdar Cabbarlıya anasının vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!

Qazax rayonunun işğaldan azad edilmiş Xeyrimli kəndindən ilk görüntülər yayılıb. Sərhədlərin dəqiqləşdirilməsi nəticəsində Azərbaycanın nəzarətinə keçən kənddə illərdir tərk edilmiş evlərin qalıqları və dağıntılarla dolu mənzərə müşahidə olunur. Dalidag.az AzTV-yə istinadla xəbər verir ki, Xeyrimli kəndi Qazax rayon mərkəzindən 24 kilometr məsafədə yerləşir. İşğala qədər burada 44 ev olub, lakin bu gün həmin evlərdən yalnız bir neçəsinin uçmuş divarları qalıb. Kəndin əsas hissəsi delimitasiya
Yazı axını
20 / 07 / 2025
20 / 07 / 2025
20 / 07 / 2025
19 / 07 / 2025
18 / 07 / 2025
17 / 07 / 2025
17 / 07 / 2025
16 / 07 / 2025
16 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
14 / 07 / 2025
14 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
Ən çox oxunanlar