Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatı YAP-ın təsis edilməsinin 30 illiyi münasibətilə Abşeron rayon Heydər Əliyev Mərkəzində “Zəfər Partiyası” adlı tədbir keçirib. Tədbirdə rəqəmsəl inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının məsul əməkdaşı Qurban Sadıqov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov,

İran Rusiyaya Ukrayna ilə müharibə üçün dron istehsalına yardım edəcək. "The Washington Post" qəzeti yazır ki, kəşfiyyat məlumatlarına əsasən, İran Rusiya ilə birgə yüzlərlə silahlı pilotsuz təyyarə istehsalına başlamaq barədə gizli razılığa gəlib. Qeyd olunur ki, Rusiya və İran rəsmiləri noyabrın əvvəlində keçirilən görüşdə razılaşmanı yekunlaşdırıblar."Razılaşma tam yerinə yetirilərsə, bu, Moskvanın Ukraynadakı savaşına artıq həlledici dəstək verən Rusiya-İran alyansının daha da dərinləşməsi

Noyabrın 15-i saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, Azərbaycan Ordusunun Ağdam rayonu ərazisində yerləşən mövqeləri də noyabrın 16-sı saat 00:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan

Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində partlayış törətməkdə şübhəli bilinən Suriyaəsilli Ahlam Albashırın evində axtarış aparılıb. Türkiyə mətbuatı xəbər verir ki, Albashırın evində aparılan axtarışlar zamanı 3 min 800 dollar, 5 min avro və 10 min lirə və çoxlu qızıl-zinət əşyaları ələ keçirilib. Bundan başqa, hadisə ilə əlaqadar daha iki nəfər saxlanılıb. Bununla da saxlanılanların sayı 48-ə çatıb. O da məlum olub ki, Ahlam İstanbula ər-arvad qiyafəsində kişi terrorçu ilə gəlib.

Milli Məclisin deputatı Aqil Məmmədov bu yaxınlarda Tərtər istiqamətində minaya düşərək ağır bədən xəsarətləri almış, qazi Əlizadə Samir Buruz oğlunu Tərtər rayonda ziyarət edib. Dalidag.az məlumat üçün bildirir ki, Samir Buruz oğlu Əlazadə əsəln Kəlbəcər rayon Ağdaban kənd sakinidir. O, 2016-ci ildə Aprel döyüşlərinin iştirakçısı olub. Xidməti vəzifəsini yerinə yetrərkən Füzuli istiqamətlərində gedən döyüşdə qəlpə yarası alıb. Qəlpələr ürək nahiyəsinə yaxın yerdə olduğu üçün bədənindən

Noyabrın 13-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 14-ü saat 04:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu

İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib. Dalidag .az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb. Bildirilib ki, İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Həyata keçirilən tədbirlər

Qarabağda, rus sülhməramlılarının nəzarət etdiyi Xocavənd rayonunda “Armat” adlanan, ikinci, ümumilikdə isə sayca 24-cü olan “ARMAT IN THE AIR” PUA emalatxanası açılıb. Layihə özünü Xocavəndlə qardaşlaşmış şəhər elan edən, Fransanın paytaxtı Parisdən 17 km aralıda yerləşən Sarsel şəhər bələdiyyəsi və erməni donorlar tərəfindən maliyyələşdirilir. Bu barədə qondarma, oyuncaq qurumun “dövlət nazirinin müşaviri” Artak Beqlaryan Teleqramında yazıb. Erməni mətbuatının xəbərinə görə, eyni gündə

Bu gün, noyabrın 13-də Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Cəmil Krımoğlunun 79 yaşı tamam olur. 1943-cü ildə Rusiya Federasiyasının tərkibində olan Krım Sovet Sosialist Respublikasının Sudak vilayətinin Ay-Serez qəzəbəsində anadan olan Mustafa Cəmiloğlu bir il sonra ailəsi ilə bərabər Orta Asiyaya sürgün edilib. Sonrakı dönəmlərdə siyasi fəaliyyəti, özgür baxışlarına görə dəfələrlə həbsə atılan, təqib edilən, işdən çıxarılan Krımoğlu dissident taleyi yaşayıb, ağır

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Müstəqil Azərbaycanın Prezident Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk
Yazı axını