
İyunun 23-də Ukraynanın müdafiə naziri Aleksey Reznikov ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sistemlərinin ilk 4 dənəsinin Ukraynaya gətirildiyini bildirdi. Özüyeriyən raket sistemləri olan HIMARS uzaq məsafədə hədəfi dəqiqliklə məhv edən raket sistemidir və bir çox özəllikləri ilə Rusiyanın analoji ağır artilleriya sistemlərindən üstündür. Onların Ukraynaya gətirilməsi xəbəri Moskvada ciddi narazılıqla qarşılandı. Bəzi ekspertlər isə bu sistemlərin Rusiya ordusunun hücum potensialına ciddi zərbə

Yevlaxda Azərbaycan polisinin yaranmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Dalidag.az -ın xəbərinə görə, Rayon Polis Şöbəsində davam edən tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbriki oxundu. Sonra çıxış edən Yevlax Şəhər İcra

Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb. Dalidag.az bildirir ki, hadisə “Altun” restoranında baş verib. Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb. Dalidag.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb. Dalidag.az lent.az-a istinadən maliyyə yardımı ayrılacaq onlayn media subyektlərinin siyahısını təqdim edir: Maliyyə yardımı ayrılacaq çap mediası subyektlərinin siyahısı:

Ermənistan hakimiyyəti sensasyon plan üzrə hərəkət edir. Bəzi mötəbər mənbələrdən aldığım məlumatlara asasən, yaxın vaxtlarda Nikol Paşinyan Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistandan çıxarılması barədə Kremlə nota göndərəcək. Bundan sonra baş verenlər isə həqiqətən də bütün dünya üçün şok efekti yaşadacaq. Dalidag.az xəbər verir ki, bu fikirləri “İcmal” verlişinin efirində erməni politoloq Qarnik Davtyan bildirib. “Nikol Paşinyanın hazırda qarşısında duran əsas vəzifə Rusiyanın

NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib. Gözlənilənlərin əksi olaraq Türkiyə İsveç və Finlandiya ilə anlaşdı. Ankara hər iki ölkənin NATO üzvlüyünə razılıq verdi. Alyansın Madriddə keçirilən sammitindən əvvəl Rəcəb Tayyib Ərdoğan razılığa gəldi. NATO zirvəsi üçtərəfli bəyanat imzalanmaqla yekunlaşıb. Danışıqlardan sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli birgə memorandum imzalayıb. Sazişdə Ankaranın tələbləri nəzərə alınıb. Belə

Xəbər verdiyimiz kimi, Kəlbəcərin 6 məktəbində direktor müavinləri vəzifələrindən azad edilib. Buna səbəb həmin şəxslərin ali təhsilli olmamalarıdır. Dalidag.az bildirir ki, mövzu ilə bağlı redaktor.az-a danışan təhsil eksperti, professor Şahlar Əsgərov qeyd edib ki, bu kimi hallar yalnız Kəlbəcərdə yaşanmır: “İstənilən qonşu rayona gedək, bu barədə maraqlanaq. Görərsiniz ki, hər yerdə bu kimi özbaşınalıqlar var”. Professor qeyd edib ki, diplomu olmayan şəxslərin vəzifəyə gəlməsi, əslində hər

İyunun 26-sı saat 20 radələrində minaya düşən, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanovun ayağı amputasiya edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İ. Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilmiş, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub. Hazırda həyatı üçün təhlükə yoxdur.

CNN Pentaqonun yaxın günlərdə Ukraynaya hava hücumlarına qarşı müdafiə sistemlərini göndərəciyini elan edəcəyindən xəbər tutub. Co Bayden administrasiyasının Kiyevə orta və uzaqmənzilli raketlərdən savayı, digər silah növləri ilə bağlı hərbi yardım planlarını açıqlayacağı gözlənilir. ABŞ prezidenti Cozef Bayden bir qədər əvvəl demişdi ki, Vaşinqton Kiyevə “daha müasir raket sistemləri və sürsatları” göndərməyi planlaşdırır. CNN xatırladır ki, Ukrayna hələ iki ay əvvəl Birləşmiş Ştatlardan

Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Dalidag.az xəbər verir ki, təbrikdə deyilir: "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi hərb tariximizin ən şanlı səhifəsi sayılan 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə
Yazı axını
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
28 / 10 / 2025
28 / 10 / 2025
27 / 10 / 2025
27 / 10 / 2025
26 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
23 / 10 / 2025
23 / 10 / 2025
22 / 10 / 2025
21 / 10 / 2025
20 / 10 / 2025
20 / 10 / 2025
20 / 10 / 2025
19 / 10 / 2025
19 / 10 / 2025
18 / 10 / 2025
18 / 10 / 2025
17 / 10 / 2025
Ən çox oxunanlar




























