Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 51 mina aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, mayın 29-dan iyunun 3-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 33 mina və 49 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 531,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Dalidag.az

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Dalidag.az icmalı təqdim edir.

Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından iki il ötür. Manevr.az xəbər verir ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobili ötən il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb. Nəticədə çəkiliş qrupunun iki üzvü – S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin

Laçın rayonunun Zabux qəsəbəsində çəkisi 1 ton 250 kiloqram olan çətənə kolu məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib. Qeyd olunub ki, Laçın Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Zabux qəsəbəsinin ərazisində, eyniadlı çayın sahilində çətənə bitkiləri aşkar edilib. Adıçəkilən ərazidə yabanı halda bitən çəkisi 1 ton 250 kiloqram olan 2850 ədəd çətənə bitkisi kökündən

İyunun 2-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Dünya Bankı arasında “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” qrant layihəsi üzrə Razılaşma Məktubu imzalanıb. Sənədi Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Dünya Bankının səlahiyyətli nümayəndəsi-Azərbaycan, Avropa və Mərkəzi Asiya ölkələri üzrə meneceri Sara Mayklimzalayıblar. Layihənin əsas məqsədi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə

Nadir İsrafilov, Təhsil eksperti “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.” Heydər Əliyev. Kimin yarızarafat, yarı gerçək qəbul etməsindən asılı olmayaraq, son günlər "1 sentyabr labirinti" ətrafında yenidən cərəyan edən mübahisə və mükalimələr mənə sanki, son dərəcə dəyərli və ibrətamiz filmlərimizdən olan “Axırıncı aşırım”dakı təxmini yadımda qalan bir dialoqu xatırladır: - Hə, necəsən, qəmsəmol? Ağlın başıva gəldi? Sən hələ

Bu gün Azərbaycanda Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. Bu bayram artıq üçüncü ildir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur. Dalidag.az xəbər verir ki, 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar imperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi

Aqil Məmmədov Milli Məclisin deputatı 28 May 1918-ci ildə xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Cümhuriyyət qurucuları müasir tariximizin şansı səhifəsini yazdılar. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin

Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə alt- komitəsinin 10-cu iclası keçirilib. Dalidag.az -ın xəbərinə görə, iclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov iclasın ikinci hissəsində miqrasiya, məcburi köçkünlük, sığınacaq məsələləri mövzusunda keçirilən müzakirələrdə çıxış edib. Dövlət Komitəsinin sədr müavini
Yazı axını