Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 34 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı

Ermənistanın Qərbi Zəngəzur vilayətinin Ərəfsə (Aravus) kənd sakininə məxsus qoyunlar Azərbaycan sərhədini keçib . Dalidag.az xəbər verir ki, bu iddianı Dığ (Tex) kəndinin Ağsaqqallar Şurasının üzvü Masis Zeynalyan səsləndirib. “Nə qədər qoyun olduğunu bilmədim, hamısı sərhədə tərəf qaçdı. Çoban onları saxlaya bilmədi”, - Zeynalyan deyib. Ermənistan Müdafiə Nazirliyindən bildiriblər ki, sərhəddə heç bir insident, atəşkəsin pozulması, sızma cəhdi olmayıb: "Qoyunların Azərbaycan tərəfinə keçməsi

Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında əsas vasitəçiyə çevrilməyə və Moskva-Bakı-İrəvan üçtərəfli danışıqlar formatına qayıtmağa çalışır. Dalidag.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.“Yanvarın 18-də Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Qərb ölkələri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olur, Moskvanın vasitəçiliyi ilə aparılan danışıqlar Qərbin səylərindən daha

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 18-də Şəmkir rayonunda vətəndaşları qəbul edib. Komitədən Dalidag.az -a verilən məlumata görə, qəbulda Şəmkir və Gədəbəy rayon sakinləri iştirak ediblər ki, onların da əksəriyyəti

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Böyük Britaniya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin layihələr üzrə rəhbər və işçi qrupu ilə görüş keçirilib. Qurumdan Dalidag.az -a verilən məlumata görə, görüşdə proqram meneceri Elin Karmişel, proqram menecerinin müavini Qvenet Barri, Böyük Britaniyanın Bakıdakı səfirliyinin siyasi məsələlər üzrə ikinci katibi Katerina

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin könüllüləri tərəfindən Vikipediyanın özbək dili bölməsində Zəngəzur barədə məqalə əsaslı redaktə olunub. Dalidag.az bildirir ki, bu barədə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Onun sözlərinə görə, məqalədə XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi olan

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev vəfat edib. Dalidag.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb. 69 yaşında dünyasını dəyişən general Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının həyat yoldaşı idi.

Ermənilər Tavuşun "anklav" adlanan kəndlərini (Qazaxın Ermənistanın işğalında olan kəndləri nəzərdə tutulur - red.) tərk edir və oradan miqrasiya sürəti artıb. Bu sözləri "Ermənistan" blokundan olan deputat Qarnik Danielyan erməni mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan bu əraziləri almaq (geri qaytarmaq - red.), hərbiləşdirilmiş istehkamlar yaratmaq və Ermənistanda nəqliyyat kommunikasiyalarına nəzarət etmək istəyir: "Bu, Ermənistanın 1990-cı illərdən istehkam işlərinin

Laçında polis əməkdaşları qarlı hava şəraitində xidməti fəaliyyətlərini davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki , bütün zəruri tədbirlər yerinə yetirilir, vətəndaşlarla iş aparılır, yollarda hərəkətin təhlükəsizliyi təmin olunur. Dalidag.az

“Araz çayını əvvəlki məcrasına qaytarmaq üçün orada bəndin tikintisi layihəsi, lazım gələrsə, Türkiyə ilə razılaşdırılacaq”. Dalidag.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Mətbuat xidməti bildirib. “Hazırda layihə sənədlərinin Rusiya Sərhəd Qoşunlarının rəhbərliyi ilə, lazım gələrsə, Türkiyə tərəfi ilə razılaşdırılması üzrə müzakirələr aparılır. Onlar başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq”, – məlumatda
Yazı axını