Son vaxtlar Nikol Paşinyanın bəyanatlarına əsasən Ermənistan, nəhayət, bir müddət əvvəl mümkünsüz təsir bağışlayan qərar verməyə hazır olduğunu göstərir. Belə ki, İrəvan ATƏT-in Minsk Qrupunun rəsmi buraxılma prosesiniə start verəcəyini vəd edir. Əvvəllər müxtəlif bəhanələrlə təxirə salınan bu addım indi İrəvan tərəfindən "sülh paketi"nin bir hissəsi kimi təqdim olunur - Azərbaycanın münasibətlərini tənzimləmək niyyətinin dünyaya nümayiş etdirilməsi cəhdi. Lakin bu məcburi görünən addımın

Həmişə deyirdilər, Allah qoruyanı od da yandırmır. Mən bu dəfə gözümlə gördüm ki, Allah qorudu, od da yandırmadı. Dalidag.az xəbər verir ki, bunu Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ çıxan Nurullah Siracov Report-a müsahibəsində deyib. N.Siracov bildirib ki, qəza zamanı heç huşunu itirməyib, hər şeyə şahidlik edib: “Yoldaşımla birlikdə Qroznıda yaşayan oğlumuzun yanına gedirdik. Təyyarə dronla vurulanda ayağım od tutub yandı, elə bildim deşildi.

Gəncə şəhərində Kəlbəcər rayon sakini bıçaqlanıb. Dalidag.az xəbər verir ki, hadisə məcburi köçkünlər üçün salınmış qəsəbədə qeydə alınıb. Şəxsi münasibətlər zəmnində bıçaq xəsarəti alan Kəlbəcər rayon sakini, 1991-ci il təvəllüdlü M.Əhmədzadə xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən isə Ağdam rayon sakini, 1986-cı il təvəllüdlü P.Qasımovdur. Faktla bağlı araşdırma aparılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Dalidag.az xəbər verir ki, dövlət başçısının qərarı “Rəsmi qəzet”də dərc olunub. Birol Akgün bundan öncə Türkiyə Maarif Fondunun sədri olub. Prezidentin qərarına görə əsasən xarici işlər nazirinin müavini və Türkiyənin bir sıra ölkələrdəki səfirliklərinə də təyinatlar olub. Belə ki, Zeki Levent Gümrükçü xarici işlər nazirinin müavini təyin edilib.

Azərbaycan vətəndaşı Ağamir Əzimov Rusiyada miqrantlara qarşı əməliyyat zamanı saxlanılıb və məcburi qaydada Ukrayna müharibəsinə göndərilib. Bu yaxınlarda isə əsir düşüb. Bu sözləri açıqlamasında Ağamir Əzimovun anası Sevinc Hüseynova deyib. Ananın sözlərinə görə, 8 aya yaxındır oğlu ilə bağlı hər hansı məlumat əldə edə bilmir: “Oğlum Ağamir Rauf oğlu Əzimov 10 may 1993-cü il təvəllüdlüdür, Azərbaycan vətəndaşıdır, evlidir, yeni dünyaya gəlmiş övladı var. O, ailəsi ilə bilikdə bir ilə yaxın

Şəhid Aslanov Babək Sakit oğlunun birinci kurs tələbəsi olan qardaşı Saməddin Aslanov vəfat edib. Dalidagli.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev məlumat paylaşıb. O bildirib ki, şəhid qardaşı yaşadığı travmalardan, çəkdiyi iztirablardan toparlana bilməyərək həyatına son qoyub. O ölümündən qabaq baş verənlər haqqında paylaşım da edib. Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 07.01.2025-ci il tarixində saat 22:40 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi

Son günlər Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyan arasında gərginlik yaşanır. Dalidag.az xəbər verir ki, bunu erməni politoloq Styopa Safaryan deyib. Ekspert Sərkisyan və Köçəryanın parlament fraksiyaları arasında baş verən söz atışmasının iki səbəbi ilə bağlı öz fikirlərini bildirib: “Xarici faktor - Şimaldan (Rusiyadan) müəyyən hərəkətlər üçün yeni əmr gəlib, komandalardan biri tapşırığı yerinə yetirməyə hazırdır, digəri yox. Daxili seçkilər - hər iki komanda

Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrika yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib. Dalidag.az xəbər verir ki, bu barədə Bakupost.az-a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib. O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamətinə yönəldiyi bildirilir. Məsələ ilə bağlı Azərbaycan Dövlət Dəniz Administrasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində bunker və beton tipli hücum xarakterli istehkamlar inşa edir. Dalidag.az bildirir ki, bu barədə "44th Ranger Regiment" Teleqram kanalı məlumat yayıb. Məlumata görə, şərti sərhəd istiqamətində mühəndis istehkam işləri aparan düşmən eyni prosesi Naxçıvan istiqamətində də həyata keçirir: "Digərlərindən fərqli olaraq, fotolarda gördüyünüz çoxməqsədli istehkamların ikisi də yeni çəkilmiş bir təminat yolu və bir istiqamət üzərində tikilib.

Minimum əmək haqqının artırılması cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirələrə səbəb olan mühüm iqtisadi hadisələrdən biridir. Belə hallarda ən çox diqqət çəkən məqamlardan biri digər vətəndaşların, xüsusilə də orta və aşağı gəlir qruplarına daxil olan şəxslərin əmək haqlarında artımların olub-olmayacağıdır. Dalidag.az -ın məlumatına görə, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib ki, minimum əmək haqqı həm dövlət, həm özəl sektorda çalışan vətəndaşların
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
11 / 10 / 2025