"Ərdoğanın səfərindən öncə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsi Azərbaycan və Türkiyənin hərbi sahədə yeni addımlara hazırlaşmasından xəbər verir”. Dalidag.az- ın məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı iyunun 3-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclasından danışarkən deyib. O bildirib ki, Türkiyənin Azərbaycanda hərbi baza qura bilməsinə ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü maneə yaratmır: "Türkiyənin hərbi bazalarının

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Dalidag.az

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib. Dalidag.az xəbər verir ki, penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov məlumatı təsdiqləyib. O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib. Hadisə yerinə çağırılmış təcili tibbi

31 may tarixi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi, maarifçi, publisist Nəsib bəy Yusifbəylinin ölüm günüdür. Yusifbəyli (Yusifbəyov, Usubbəyov) Nəsib bəy Yusif oğlu - 1881- ci il iyulun 5-də ziyalı ailəsində anadan olub. 1920-ci il may ayının 31-də bir cox Cümhuriyyət qurucuları kimi qətlə yetirilib. Amma bəzi mənbələrdə bu tarix də şübhə altına alınır. Nəsib bəy Yusifbəyli Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Cümhuriyyətinin

Hacı Zeynalabdin Tağıyev, Almaniyada səfər zamanı orada yerləşən bahalı restoranlarından birinə rast gəlir. Restoranın görünüşünü çox bəyənib orada nahar etmək qərarına gəlir. Şəkillərdən də gördüyünüz kimi Hacının üzündə həmişə saqqal olardı və o restorana daxil olaraq künc masalarından birini seçərək əyləşir. Gözləyir… Ancaq xidmətçi ona yaxınlaşmır. Səbəb olaraq isə xidmətçi Hacının xarici görünüşünü görüb onu yoldan keçən və ya aşağı təbəqəli şərqdən gələn bir insan kimi qəbul edir. Sonda

"Müharibə 7 aydır ki, başa çatıb, hələ də hərbçilər müharibə əlili statusu ala bilmirlər. Dövlətin aidiyyatı idarələri süründürməçiliklə məşğuldur". D alidag .az xəbər verir ki, bu barədə erməni blogger Xaçik Vardanyan özünün feysbuk səhifəsində yazıb. O, müharibədən sonra dövlətin əlillik təyin edən orqanlarının tamamilə iflic vəziyyətinə düşdüyünü bildirib: "Qaynar xəttə zəng edəndə çox vaxt xəttin işləmədiyini görürsən. Bəzi hallarda isə sənə çox kobud cavab verirlər. Müharibədə yaralanan

Rəsmi İrəvan Rusiyanın Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin nizamlanması ilə bağlı təkliflərini özü üçün məqbul hesab edir. Dalidag.az xəbər verir ki, "TASS"-ın məlumatına görə, bunu Ermənistanın baş nazirinin müavini vəzifəsini icra edən Mqer Qriqoryan deyib. "Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin nizamlanması ilə bağlı Rusiyanın təklifləri Ermənistan üçün məqbuldur. Ermənistan tərəfi mayın 19-u mövqeyini rusiyalı həmkarlarına yazılı şəkildə təqdim edib" - M.Qriqoryan

Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi internet saytında Azərbaycan Ordusunun xüsusi təyinatlılarının bu ölkənin İsparta bölgəsində keçirilən dağ-komando təlimlərində iştirakına dair fotoları yayıb. Dalidag.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin İsparta Terrorla mübarizə Tədris və Təlim Komandanlığında keçirilən dağ-komando təlimlərində iştirak edən qəhrəman Azərbaycan əsgərləri dağlıq ərazilərdə axtarış-zərərsizləşdirmə əməliyyatlarını məşq edirlər. Xatırladaq ki, bu günlərdə

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumatında bildirilir. Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur. 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. Xatırladaq ki, 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) –
Yazı axını