Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun həbsi “kiçik padşah”larla bağlı problemi yenidən aktuallaşdırdı. Azərbaycanın əksər regionları üçün xarakterik olan problemlərin həll olunmaması ölkədə icra başçılarına qarşı xüsusi antipatiya yaradıb. Buna görə də “qara maskalı oğlan”ı öz rayonlarında görmək istəyən vətəndaşların sayı sürətlə artmaqdadır. Dalidag.az yenisabah.az-a istinadən bildirir ki, rüşvətxor və korrupsioner məmurlara qarşı mübarizədə icra başçılarının həbsi hər dəfə xüsusi

“Qələbə dövrünün qarşıya qoyduğu mühüm vəzifələrdən biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Qayıdış və Quruculuq Komitəsinə çevrilməsidir”. Dalidag.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Z. Oruc deyib ki, dünyada mövcud olan 80 milyondan çox köçkündən yalnız bizim xalqımıza nəsib olan qayıdış hadisəsi çoxəsrlik tariximizin ən parlaq səhifəsidir və ona görə də hazırda

Binəqədi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Dalidag.az bildirir ki, bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib. Bildirib ki, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, təqdimat təmin edilib və Eldar Həsənov barəsində seçilən həbs qətimkan

Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanın Baş nazir postuna namizədliyinin lehinə səs verməyib. TASS-ın verdiyi məlumata görə, məqsəd növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Paşinyanın Baş nazir seçilməsinin lehinə 1, əleyhinə 3 deputat səs verib, 75 nəfər bitərəf qalıb. Spiker Ararat Mirzoyan N. Paşinyanın Baş nazir seçilmədiyini elan edib. Qeyd edək ki, Ermənistanda növbədənkənar seçkilərin bu il iyunun 20-də keçirilməsi gözlənilir. Seçkilərlə

“Qətiyyən soyqırımı olmayıb. Tarixdə bu açıq və dəqiq formada yazılıb”. “Hürriyet” xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, siyasətçilər tarixçilik etməz: “Tarixdəki sənəd və təsbitlərin hamısı çox açıq-aşkar formada 1915-ci ildə belə bir şeydən söhbət getmədiyini göstərir. ABŞ-dakıların verdiyi bu açıqlama öz tarixlərini, razılaşmalarını, müqavilələrini, imzalarını inkar etdikləri mənasına gəlir. ABŞ-lıların məşhur NARA deyə milli arxivləri var, orada

“İtaliya Afrikada Ərdoğanın liderliyindəki Türkiyəyə uduzdu”. Bu barədə İtaliyanın “Over” saytında dərc olunan məqalədə bildirilib. Məqalə Türkiyə Afrika Buynuzunu İtaliyadan necə təhvil aldı?” başlığı ilə dərc edilib. Mənbə Türkiyənin bir çox Afrika ölkəsinə böyük həcmdə investisiyalar yatıraraq, qitədə öz nüfuz dairəsini hiss ediləcək səviyyədə artırdığını yazıb: “Osmanlılar Aralıq dənizini əhatə edən Ərəb limanlarından Sahelə və Afrika Buynuzundan Ümid burnuna qədər gücləndirkləri “qara

Onu əngin zəkasına, biliyinə və fərqli düşüncə tərzinə görə hər zaman ayrı tutmuşam ana qohumlarımdan. İşıqlı fikirlərinə, oxumaq eşqinə, yaratmaq istəyinə sözün yaxşı mənasında qibtə etmişəm. Onun kimi pedaqoq, alim olmaq istəmişəm. Elmə həvəsi də o yaradıb məndə! Kiçikkən yay tətillərində Bakıya gələrdim. ”Şahlar əminin kabineti” adlandırdığımız otağını indi də unutmuram! Gənclikdəki üç otaqlı evin ən böyük otağı kitabxana idi... Nə yox idi, hansı kitab yox idi orada... O otağın balkonunda

Zəngəzur Azərbaycanın tarixi mahalıdır. Cümhuriyyətin süqutundan dərhal sonra bu ərazinin bir hissəsi Ermənistana verildi. Zamanla bütün mahal onların nəzarətinə keçdi. Onlar mümkün qədər kəndlərin hamısının adını dəyişdirməyə çalışıb. Dalidag.az xəbər verir ki, bizimyol.info bu məsələyə diqqət ayırıb. Zəngəzur kəndlərinin əsl adlarını araşdırdıq. Gorus – Bu rayonu Qoris adlandırır. Kəndlərin bir çoxu hələ bir əsr əvvəl baş verənlər zamanı sıradan çıxıb. Bağırbəyli və Ballıqayanı

Uzun illər polis sistemində yüksək vəzifələrdə çalışan, 2013-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Akif Səlimov vəfat edib. Dalidag.az xəbər verir ki, daha əvvəl infarkt keçirən A.Səlimov uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Akif Səlimov 2013-2016-cı illərdə Laçın rayonun icra başçısı vəzifəsində işləyib. Bundan öncə isə bir sıra rayonlarda polis rəisi vəzifəsində çalışıb. Belə ki, 1990-cı ilin noyabr ayından 1994-cü ilin

İrəvanda gecə saatlarında atışma baş verib. Erməni KİV-ləri xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb. Yaralılar arasında İrəvan bələdiyyələrinin başçıları da var. Qeyd olunur ki, atışma kazinonun qarşısında baş verib. İnsidentlə əlaqədar Ermənistanın şəhərlərindən birinin meri axtarışa verilib. Dalidag.az
Yazı axını