Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş vermiş partlayışla əlaqədar həmin obyektə gəlib. Dalidag.az bildirir ki, nazirə baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması və ilkin ehtimal olunan səbəbləri barədə yerində ətraflı məlumat verilib. Kəmaləddin Heydərov partlayışın səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentinin yarıdan çoxunun Ukraynadakı müharibəyə cəlb edildiyi haqda məlumat yayılmışdı. Dalidag.az yenipress.az-a istinadən xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri bu məlumatı qətiyyətlə təkzib etsə də, sosial şəbəkədə yayılan yeni video informasiyanın həqiqət olduğunu üzə çıxarır. Videoda ukraynalı döyüşçülərə yaralı olaraq əsir düşən rus əsgərin yarasının sarındığı zaman suallara cavab

Ermənistanın Rusiyaya SU 30 qırıcılarını göndərməsi barədə xəbər Ukraynada böyük rezonansa səbəb olub və rəsmi İrəvanın məkrli siyasətinə qarşı ölkəboyu nifrət yaranıb. Dalidag.az xəbər verir ki, bu barədə musavat.com Ukraynadakı mötəbər mənbəyə istinadən xəbər verir. Məlumata görə, rəsmi səviyyədə qərar açıqlanmasa da, qeyri-rəsmi olaraq Ermənistan vətəndaşlarının Ukrayna ərazisinə girişi yasaq edilib. Konkret olaraq Macarıstandan Ukraynaya gəlmək istəyən 3 Ermənistan vətəndaşının sənədləri

Gələn ay - may ayında Azərbaycanda bayramlarla əlaqədar 5 qeyri-iş günü olacaq. Dalidag.az xəbər verir ki, mayın 2 və 3-ü Ramazan bayramıdır. 9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. Mayın 28-i şənbə gününə təsadüf etdiyindən 30 may qeyri-iş günü olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatını ala bilər. Dalidag.az xəbər verir ki, bu barədə jurnalist Saskiya van Vestrinen Hollandiyanın "Algemeen Dagblad" qəzetində dərc olunan məqaləsində bildirib. Jurnalist R.T.Ərdoğanın İstanbulda danışıqlardan əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşdə söylədiyi fikirlərə də yer verib və prezidentin "Bütün dünya xoş xəbər gözləyir. Biz sizə kömək etməyə hazırıq"

Nazirlər Kabineti müharibə veteranları ilə bağlı yeni qərar verib. Dalidag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.

ABŞ-ın hesablamalarına görə, Rusiya tərəfi Ukraynadakı müharibədə 10 mindən çox əsgər itirib. Dalidag.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland "Current Time” telekanalına açıqlamasında bildirib. Müxbirin yaxın həftələrdə Rusiya ilə Ukrayna arasında atəşkəsin mümkün olub-olmayacağı ilə bağlı sualına cavab olaraq dövlət katibinin müavinin cavabı belə olub: "Bu, ukraynalılar və onların müttəfiqlərinin səy göstərdiyi məsələdir. Lakin Rusiya Ukrayna ordusunun nə

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 104 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri yerinə yetirilib. Həmçinin şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi və hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən

Ukraynada gedən müharibədə daha 2 azərbaycanlı həlak olub. Manevr.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan 2 azərbaycanlı həlak olub. Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur. Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub. (report) Dalidag.az
Yazı axını