Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Böhranlar şəraitində gender ayrı-seçkiliyinin, təlim və tədrisdə bərabərsizliklərin aradan qaldırılması – Azərbaycan nümunəsi” mövzusunda vebinarda çıxış edib. Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikası və UNESCO-nun Əddis-Əbəbədəki ofisinin və Azərbaycanın UNESCO nəzdində Milli Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq vebinarın

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə, ata-baba yurdlarında yaşamağı, qurub yaratmağı planlaşdıran məcburi köçkünlərin fikir və duyğularının yer aldığı videoçarxlar hazırlayır. Vətən həsrəti bitən həmvətənlərimiz hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər. Qeyd ediblər ki, dövlət başçısının rəhbərliyi ilə məcburi köçkünlərin geri qaytarılması

Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin 25 mayda kosmosa ilk peykinin göndərildiyi barədə yaydığı xəbər mifdən başqa bir şey deyil. Dalidag.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında “Demokratik konsolidasiya” partiyasının sədri, Ermənistan Nəqliyyat və Rabitə Nazirliyi Aparatının İnformasiya və rabitə idarəsinin sabiq rəhbəri Suren Petrosyan deyib. O bildirib ki, söhbət Almaniyanın “Exolaanch” şirkətinin Transporter-5 proqramı çərçivəsində orbitə buraxılan İspaniyanın

ABŞ Prezidenti Co Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb. Dalidag.az xəbər verir ki, Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb. Qeyd edək ki, bu ilin iyulunda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti başa çatır. Nazir-müşaviri rütbəsinə malik olan Mark V. Libbi hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində çalışır. O, 2021-ci ilin iyununadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında

Çexiya hökuməti Ukraynaya Sovet istehsalı olan “Mi-24” tipli bir sıra hücum helikopterləri verib. Məlumata görə, bu, ötən həftələrin birində baş verib. Helikopterlərin sayı barədə məlumat verilmir. Qeyd olunub ki, Çexiyada cəmi 7 “Mi-24” helikopteri var idi. Dalidag.az

Sosial şəbəkələrdə Qarabağdakı rus sülhməramlısı ilə erməninin dialoqu gündəm olub. Dalidag.az xəbər verir ki, söhbət zamanı rus sülhməramlısı azərbaycanlılara qarşı döyüşdüklərini və buna görə pul aldıqlarını bildirib. “Həqiqəti desəm, inanmayacaqsınız. Bir ölü azərbaycanlı üçün 300 dollar alırıq. Amma pulun kim tərəfindən verdiyini deyə bilmərəm. Mən erməniyəm və mənim erməni pasportum var”, - deyə o bildirib. Ətraflı videoda./yenipress.az Dalidag.az

Bir neçə gündən sonra bu ilin ən böyük asteroidi Yer kürəsinin yanından keçəcək. Dalidag.az xəbər verir ki, bu barədə “Sayens Alert” məlumat yayıb. “Mayın 27-də “Empaye Steit Bildinq”dən dörd dəfə böyük olan nəhəng asteroid Yerə yaxınlaşacaq. “7335” adlanan asteroid təxminən 4 milyon kilometr məsafədə planetimizin yanından keçəcək. Bu, Yerlə Ay arasındakı orta məsafədən təxminən 10 dəfə çoxdur. Kosmik qayanın nəhəng ölçüsünün diametri 1,8 kilometrdir. Yerə nisbi yaxınlığını nəzərə alaraq, NASA

Vətən Müharibəsinin iştirakçısı Məmmədov Əlisahib Malik oğlu intihar edib. Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat veriblər. Əslən Cəbrayıl rayonunun Sarıcalı kəndindən olan qazi günorta saatlarında özünü yaşadığı yerdə asaraq intihar edib. teleqraf.com Dalidag.az

Rusiya üçün hər şeyin daha uğurlu olacağını gözləyirdik, lakin zəif komandanlıq və hazırlığın olmaması səbəbindən hər şey dağıldı. Dalidag.az xəbər verir ki, bunu “Conflict İntelligence Team” araşdırma qrupunun həmtəsisçisi Ruslan Leviyev deyib. “İndi əməliyyat lokal döyüşlər formatına keçib. Rusiya ordusu növbəti dəfə Donbasda mühasirə yaratmağa çalışır. Bu müharibənin müxtəlif dövrlərində rus qoşunları müxtəlif ölçülü “sancaqlar” düzəltməyə çalışırdılar. Amma mən “Azovstal”dan başqa bir real

Xankəndidəki 8 saylı orta məktəbin həyətində rus fizik, hidrogen bombasının yaradıcılarından biri, siyasətçi Andrey Saxarova heykəl düzəldiblər. Dalidag.az xəbər verir ki, fizikin 101 illiyi ilə bağlı hazırlanan heykəlin bu gün açılışı da keçirilib. Qeyd edək ki, son vaxtlar Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının nəzarətində olan hissəsində rus klassik və alimlərə heykəllər qoymaq “adəti” getdikcə genişlənir. Dalidag.az
Yazı axını