Reklam
“Yapsan” MMC ilə “Electro İndustries” QSC arasında bağlamış subpodrat müqavilələri üzrə ödənişləri tam aparılıb - MÖVQEY
18-03-2024 18:20
Mart ayının 6-da vətəndaş Pərviz Rəşid oğlu Əsgərovun “Dalidag.az” saytında "Kəlbəcərdən olan keçmiş məcburi köçkün Pərviz Rəşid oğlu Əsgərov Prezidentdən kömək istədi" sərlövhəli şikayət məktubu dərc edilib. Sözsüz ki, tərəfsiz media təmsilçisi olaraq oxucunun mövqeyini işıqlandırmaq, ictimailəşdirmək bizim vəzifə borcumuzdur. Məsələni kökündən araşdırmaq isə digər qurumlara aiddir. “Dalidag.az” saytının elektron poçtuna "Electro İndustries" QSC-nin direktoru Emin Qurbanovun qarşı tərəfin mövqeyini bildirən məktubu daxil olub. Sözügedən məktubu təqdim edirik:
"Pərviz Rəşid oğlu Əsgərovun “Yapsan” MMC-nin “Electro İndustries” QSC ilə müxtəlif işlərin icra olunması ilə əlaqədar bağlanmış subpodrat müqaviləsi üzrə öhdəliklərinin müxtəlif təsirlərlə “Elektro İndustries” QSC tərəfindən yerinə yetirilməməsinə görə əmək haqqılarının ala bilməməsi barədə “Dalidag.az” saytına müraciətləri ilə əlaqədar aşağıdakıları bildiririk:
-2016-cı ildən “Yapsan” MMC ilə “Electro İndustries” QSC arasında bağlamış subpodrat müqavilələri üzrə ödənişləri tam aparılıb.
-“Electro İndustries” QSC ilə subpodratçı “Yapsan” MMC arasında 13 mart 2019-cu il tarixli, Eİ-SPM-030/19 saylı müqavilə ilə əlaqədar tərəflər arasında məhkəmə çəkişməsi olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 16.12.2022-ci il, e-2-2(113)-241/2022 nömrəli qətnaməsi ilə “Yapsan” MMC-nin “Electro İndustries” QSC-yə qarşı iddiası təmin edilməmiş, “Yapsan” MMC apellyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 12.04.2023-cü il, 2-2(113)-342/2023 nömrəli qətnaməsi ilə “Yapsan” MMC apellyasiya şikayəti təmin olunmamışdır", məktubda deyilir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 18-03-2024 18:20
Baxış sayı: 2315Yazı axını
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
Ən çox oxunanlar





























