Xarici medianın məlumatına görə, qeyd olunur ki, idmançının 32 yaşı var idi, o, 2023-cü ilin martında Ukrayna ordusuna səfərbər olunub.

“Aleksandr Ukraynanın ən güclü adamlarından biri idi. Hələ 2017-ci ildə Odessanın mərkəzində o, adamla dolu traktoru hərəkət etdirməsinə görə Ukrayna rekordu vurmuşdu”, - Güləş Assosiasiyasının rəhbəri Vadim Kisil vurğulayıb.