Reklam

Laçında yeni seçki məntəqəsi yaradıldı
03-02-2024 12:14

İşğaldan azad olunan Laçın şəhərində 121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb və burada 1 464 seçici qeydiyyata alınıb.
Dalidag.az xəbər verir ki, bunu report-a açıqlamasında məntəqənin sədri Şəbnəm Uğurlu deyib.
Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq seçki prosesinə çox həvəslə hazırlaşırlar:
“Bunun da əsas səbəbi doğulduğumuz, lakin işğal səbəbindən böyüyə bilmədiyimiz ata yurdumuzda 32 ildən sonra ilk dəfə səsvermə hüququmuzdan istifadə etməyimizlə bağlıdır”.
Ş.Uğurlu bildirib ki, Mərkəzi Seçki Komissiyası məntəqəni bütün lazımi avadanlıqlarla təmin edib:
“Prezident seçkiləri günü məntəqədə 1 464 nəfər seçicinin öz səsvermə hüququndan istifadə etməsi üçün bütün şərait yaradılıb. Onların tərkibində həm Laçın şəhəri sakinləri, həm də altı aydan çox əmək müqaviləsi ilə burada çalışan vətəndaşlar var”.
Məntəqə sədri söyləyib ki, məntəqə ləvazimatlarla tam təchiz olunub və seçki gününü səbrsizliklə gözləyirlər:
“Məntəqə üzrə ən yaşlı seçicimizin 96 yaşı var və bu yaşda olanlar iki nəfərdir. Fevralın 7-də səyyar seçki qutusu ilə onların evlərinə gedərək səsvermə hüquqlarını təmin edəcəyik”.
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
