Reklam
Kəlbəcərli gənc tədqiqatçıdan 7 fevral çağırışı: Davamlı uğurlara səs verək!
23-01-2024 19:27
Zaur ƏSƏDZADƏ,
Azərbaycan Kooperasiya Universitetinin doktorantı
7 fevral 2024-cü il bütün ölkə ərazisində, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanda ilk Prezident seçkiləri keçiriləcəkdir. Bu Prezident seçkiləri, həm də ona görə əlamətdardır ki, cənab Prezidentin sözləri ilə desək: “...mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur”.
Bu il 10 yanvar tarixində yerli telekanllara müsahibə zamanı dövlət başçısının səs-ləndirdiyi bu fikirlər, həm də 20 illik bir dövrü təhlil etməyi, nəticələri dəyərləndirməyi zəruri edir. İlk növbədə, onu qeyd edək ki, 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişi ölkə-mizdə proqram təminatlı inkişafın əsasını qoyub. Hər kəsə məlumdur ki, konkret sahələr və istiqamətlər üzrə həyata keçirilən proqramlar isə, qısa zaman öz nəticələrini verdi. Bütün bunları aşağıdakı cədvəldən də aydın şəkildə görmək mümkündür.
Baxılan dövrdə, digər çoxsyalı iqtisadi göstəricilərdə də intensiv dinamika təmin olunmuşdur. Ölkəmizin əmtəə ixracı ilə bağlı makroiqtisadi göstəricilərinə nəzər salsaq görə bilərik ki, bu göstərici 2003-cü ildə 2.6 milyard ABŞ dolları olduğu halda, 2022-ci ildə təxminən 13 dəfə artaraq 33.9 milyard dollar olmuşdur. Strateji valyuta ehtiyatlarımız isə 2003-cü il üzrə 1.6 milyard dollar, 2022-ci il üzrə isə 42.8 dəfə artaraq 68.5 milyard dollar olmuşdur. Mərkəzi bankın valyuta ehtiyatlarının göstəricilərinə nəzər salsaq görərik ki, 2003-cü il üzrə bu göstərici 0.8 milyard dollar, 2022-ci il üzrə isə 11.6 milyard dollar olmuş-dur. Bu da təxminən 14.5 dəfə artım deməkdir.
Araşdırma və təhlillər göstərir ki, Azərbaycan müstəqillik illəri tarixində 300 milyard dollarlıq sərmaye cəlb edib. Bunun əhəmiyyətli bir hissəsi özəl sektor üzərinə yatırılıb. Azərbaycan adambaşına düşən sərmaye həcminə görə həm postsovet məkanında, həm də Şərqi Avropada öndə gedən ölkələrdən biridir. Amma buna baxmayaraq bundan sonra da özəl sektorun sərmaye qoyuluşunda yaxından iştirakı, dövlət-özəl sektor əməkdaşlığı çox vacib bir məsələ olaraq qalır.
Bütün bunlarla yanaşı, 2003-cü ildən etibarən əldə edilən uğurların, iqtisadi dinamikanın qısa mənzərəsinə aşağıdakıları da əlavə edə bilərik:
- Ölkəmizdə proqram təminatlı regional inkilafın əsasını 2004-cü ilin fevralında start verilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təşkil edir. Dövlət başçısının rəhbərliyi ilə ötən illər ərzində Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı üzrə dörd Dövlət Proqramı (2004–2008-ci, 2009–2013-cü, 2014–2018-ci, 2019–2023-cü illər) qəbul və icra olunub. Yalnız, bu proqramlar çərçivəsində 100 milyard manat-dan çox investisiya yatırılıb.
- 16 noyabr 2022-ci ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi. 2021-2023-cü illərdə işğaldan azad olunmuş ərazilərin bərpası, erməni vandalizminin nəticələrinin aradan qaldırılması, azad edilmiş rayonların reinteqrasiyası, əhali məskunlaşması və s. istiqamətlərdə 7 milyard dollar vəsait xərclənib, 2024-cü ilin dövlət büdcəsində isə bu məqsədlər üçün daha 2,4 milyard dollar vəsait nəzərdə tutulub;
- İşğaldan azad olunmuş ərazilərdə, dünyada analoqu olmayan tezliklə, 2 beynəl-xalq hava limanı tikilərək istifadəyə verilib, Laçında tikilən üçüncü hava limanında da intensiv işlər aparılır;
- Ümumi uzunluğu 2138 kilometr olan 22 yol layihəsindən 7-sinin tikintisi artıq icra olunub, uzunluğu 47,1 kilometr olan Bərdə–Ağdam və 110,4 kilometrlik Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir;
- Regionun enerji təchizatı sahəsində: 330 kilovolt gücündə 1 köməkçi stansiya, 110 kilovoltluq 11 köməkçi stansiya, 14 HES istismara buraxılıb, 709 kilometr uzunluğunda 14 elektrik ötürücü xətti istifadəyə verilib, 12 hidroelektrik stansiyanın tikintisi və ya bərpası davam etdirilir.
Bütün bunlar İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi iqtisadi uğurların kiçik bir hissəsidir. Bu siyahını daha da genişləndirmək, əldə edilən uğurların miqyasından, sayından cild-cild kitablar yazmaq olar. Ona görə də, inanıram ki, müdrik xalqımız uğurlarımızın davamına səs verəcək!
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 23-01-2024 19:27
Baxış sayı: 3282
Yazı axını
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02