Reklam
Zəngəzur haqqında məqalə Vikipediyada redaktə olundu
17-01-2024 18:26

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin könüllüləri tərəfindən Vikipediyanın özbək dili bölməsində Zəngəzur barədə məqalə əsaslı redaktə olunub.
Dalidag.az bildirir ki, bu barədə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Onun sözlərinə görə, məqalədə XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi olan Zəngəzur mahalı haqqında özbək dilində oxuculara geniş və ətraflı məlumatlar verilib.
Özbək dilində redaktə olunmiş məqalədə tarixi sənədlərə isnad edilib və Fransanın “L'OEuvre jurnalı”nda 1920-ci il iyulun 14-də dərc olunmuş məqalənin fotoşəkili əks olunub. Jurnalda dərc olunmuş məqalədə isə Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında həmin ilin iyul ayının 1-də imzalanan müqaviləyə əsasən Azərbaycan ərazisi olan Zəngəzur bölgəsinin Ermənistana verilməsi faktı da əks olunub.
Vikiməqalənin “Zangezur koridori” adlı bölməsində Zəngəzur dəhlizi haqqında da məlumatı öz əksini tapıb.
Qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-də başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycana birbaşa uzanan Zəngəzur dəhlizinin açılması məsələsidir.
Məqalədə 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin quruculuq işlərinin təməlqoyma mərasimində iştirakları, erməni işğalçılarından azad edilmiş bölgədə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur dəhlizinin əsasını təşkil edən yolun açılışı barədə məlumatlar və fotoşəkillər də öz əksini tapıb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 17-01-2024 18:26
Baxış sayı: 3320Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar




























