Qarabağdakı separatçılar iyulun 15-də Brüssel görüşündən sonra Laçın postuna qarşı hücuma keçə bilər. Dalidag.az xəbər verir ki, separatçıların “başçısı” Araik Arutyunyanın dedikləri bu gözləntini yaradır. Dünən Qarabağda qondarma “ dəhlizin açılması hərəkatı” etiraz aksiyası keçirib, daha sonra Laçın postuna yürüş etməyə cəhd ediblər. Lakin az adam dəstəklədiyi üçün yürüş baş tutmayıb. Daha sonra qondarma “hərəkat”ın nümayəndələri separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyanla

Bu gün saat 13:50-dən 17:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz bütün istiqamətlərdə adekvat cavab tədbirləri görüb.

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi və Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı şəhid baş gizir Camal İsmayılovun anadan olmasının 39-cu ildönümü münasibətilə tədbir keçirilib və AYB-nin üzvü şair Elnur Uğur Abdiyevin "13 Əfsanə" adlı kitabı təqdim olunub. Dalidag.az xəbər verir ki, tədbir Neftçala rayon Uşaq İncəsənət Məktəbində keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya

15 iyunda “Laçın” postunda, Həkəri çayının üzərində Azərbaycan bayraq dirəyinin rus sülhməramlılar tərəfindən aşırılmasını əks etdirən görüntülərin qismən tam versiyası yayılıb. Dalidag.az xəbər verir ki, videoda ilk insidentdən – erməni silahlıların DSX hərbçilərini atəşə tutması və bir hərbçimizin yaralanmasına səbəb olan təxribatından sonrakı ilk dəqiqələrin əks olunduğu ehtimal edilir. Hadisə yerinə gələn rus sülhməramlılardan bəziləri əvvəlcə bayrağımızın ucaldılmasına mane olmağa çalışır,

Ölkə üçün dəyərli kadr bankının formalaşdırılması olduqca vacibdir. Dalidag.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib. O bildirib ki, məqsədlər hər zaman fərqli olur: "Bəziləri üçün bu müsabiqə əmək bazarının nəbzini tutmaq imkanıdır. Artıq yaxşı nəticələr var. Müsabiqənin qalibləri ən

İyunun 28-i saat 22:35-dən 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Vedi rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və İstisu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə

"Qarabağ Azərbaycandır. Əgər Qarabağ erməniləri bunu başa düşsələr və razılaşsalar, o zaman Azərbaycanın erməni icmasının dünyanın ən qabaqcıl erməni icması olmaq üçün bütün şansları olacaq". Dalidag.az xəbər verir ki, bu fikirləri erməni bloger və ictimai fəal İşxan Verdyan yazıb. Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi həyatdan imtina etmək səhv olardı: "Siz, əlbəttə nəsə etməyə çalışarsınız, amma niyə? Qarabağ Azərbaycandır və bunu dəyişmək olmaz. Dəyişdirilmirsə, deməli bunun

“2019-cu il dekabrın əvvəlində Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurası keçirilmişdi, Azərbaycan burada Qarabağ probleminin həllinə Azərbaycanın yanaşmalarına dair sənədi dövriyyəyə buraxdı. Azərbaycan hesab edirdi ki, əvvəlcə Qarabağ münaqişəsinin ən ağır nəticələri aradan qaldırılmalı, sonra qalan məsələlər həll olunmalıdır”. Daludag.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran İstintaq Komissiyasının iclasında bildirib. “Bu o demək idi

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Sayli Bərpa, Tikinti və İdarəetmə Xidməti açıq tender elan edib. Tender Qubadlı rayonu, Mahruzlu kənd yaşayış məntəqəsinin yenidənqurulma layihəsi çərçivəsində kəndin ümumi şaquli planlaşdırılması üzrə topraq işlərinin satın alınması məqsədilə verilib. Tender iştirakçıları təkliflərini 31.07.2023-cü il saat 17:00-a qədər təqdim etməlidirlər. Təklif zərfləri 01.08.2023-cü il saat 10:00-da açılacaq. Tenderdə iştirak haqqı 1000 manatdır. Dalidag.az

İyunun 25-də doğma Laçın şəhərinə köçən Qardaşxan Dostuyev 31 il əvvəl dediyi qurbanı kəsib. Dalidag.az xəbər verir ki, "AZƏRTAC"la həmsöhbət olan ailə başçısı yenidən doğma yurduna qovuşmağın hansı hisslər ifadə etdiyini dilə gətirib. "Şükürlər olsun Tanrıya, biz Laçınımıza qayıtmışıq. Bizim illərdir etdiyimiz dualar qəbul olub, çəkdiyimiz həsrət bitib, arzularımız gerçəkləşib. Bu günləri bizlərə bəxş edən Ali Baş Komandan və güclü, rəşadətli ordumuzdur. Allahdan şəhidlərimizə rəhmət,
Yazı axını