Laçın şəhərində 32 ildən sonra ilk zəng çalınıb. Dalisag.az xəbər verir ki, Laçın şəhəri 2 saylı tam orta məktəbdə "Bilik günü" qeyd olunub. Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın Rayon Təhsil Sektorunun müdiri Nicat Həsənov, digər rəsmi şəxslər, valideynlər, Laçın sakinləri iştirak ediblər. 2 saylı tam orta məktəbdə Laçın şəhərinə qayıdan sakinlərin 227 övladı ilə yanaşı müvəqqəti olaraq rayonun Zabux kəndinə

Minimum 12, maksimum 24 saat ərzində Laçın yolu açılacaq və humanitar yüklər Xankəndiyə daxil olacaq. Dalidag.az globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan KİV-ləri çıxış edib. Bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi 12-24 saat ərzində Laçın yolu vasitəsilə əraziyə humanitar yükün daşınmasına başlayacaq. Qeyd edək ki, Rusiya Qızıl Xaç Komitəsi tərəfindən Qarabağa göndərilən humanitar yük maşını bu gün Ağdamdan Xankəndiyə gedib. Dalidag.az

Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də gecikir. Ərzaq dolu yük avtomobili ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi. Dalidag.az xəbər verir ki, hələ də keçid baş tutmayıb. Artıq 2-ci gündür ki, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir. Keçidin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Digər məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsi və Qərbin

Xankəndidəki separatçı rejimin “qondarma” seçkiləri heç bir ölkə tərəfindən tanınmadı, eyni zamanda, bütün beynəlxalq mərkəzlər bu “seçkini” pisləyən bəyanatlar verdilər. Lakin separatçıları narahat edən əsas məsələ rəsmi İrəvanın mövqeyidir. Qondarma “seçki”də separatçıların yeni “başçısı” seçilən Samvel Şahramanyanı Ermənistan rəsmiləri “təbrik” etməyib: nə baş nazir Nikol Paşinyan, nə parlament sədri Alen Simonyan, nə də hər hansı səviyyədəki bir rəsmi şəxs nəinki təbrik ünvanlamayıb,

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçıların keçirdiyi qondarma “seçkilər”i tanımadığını bəyan edib və dünya ictimaiyyətini Ermənistanın destruktiv addımlar atmasının qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb. Dalidag.az xəbər verir ki, bu barədə İƏT-in bəyanatında bildirilib. “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsində

Sentyabrın 9-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb

Xankəndidəki qanunsuz rejim bu gün qondarma parlamentdə “prezident seçkiləri” keçirib. Nəticədə Samvel Şahramanyan separatçı rejimin “prezidenti” seçilib. Bildirilir ki, qapalı səsvermə zamanı 22 nəfər onun namizədliyinin lehinə, 1 nəfər əleyhinə səs verib. Xatırladaq ki, qanunsuz rejimin “rəhbər”i Arayik Arutyunyan avqustun 31-i istefa verib. Bu zaman, “dövlət naziri” Qurqen Nersisyan da vəzifəsindən kənarlaşdırılmışdı və onu bu “vəzifə”də Samvel Şahramanyan əvəz etmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla bugünkü telefon danışığı zamanı sərhəddəki vəziyyətin yumşalması üçün Azərbaycan lideri İlham Əliyevlə fövqəladə müzakirələr aparmağa hazır olduğunu bildirib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib. Məlumata görə, söhbət zamanı Laçın yolu, Qarabağdakı vəziyyət, Ermənistan-Azərbaycan dövlət sərhədindəki gərginlik, o cümlədən hərbi əməliyyatların artması tendensiyaları ilə bağlı məsələlər

. Ermənistanın müdafiə naziri Suren Papikyan yunan Kiprinə səfərini ləğv edib, buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərib. Ermənistan mediası İrəvandan sərhədə doğru irəliləyən hərbi kalonun görüntülərini də yayıb. Bütün bunlar Paşinyan başda olmaqla Ermənistan rəsmilərinin “Azərbaycan hücum edəcək” iddiaları fonunda baş verir və aydın görünür ki, rəsmi İrəvan Bakıdan beynəlxalq müstəvidə şikayət etmək üçün sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara

Sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. "Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal
Yazı axını