Reklam
Ermənilər Xocalı və Şuşa ətrafında təhlükə yaradıb – “Azərbaycan qəti addım atmalıdır”
04-02-2024 10:27
Azərbaycan ilə Ermənistan arasında həllini gözləyən məsələlərdən biri də minalanmış ərazilərin xəritələridir. Qarabağ iqtisadi rayonunda minalar əsasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb.
Maraqlıdır, bu kimi hallar danışıqlar prosesinin gedişinə necə təsir edəcək? Mina xəritələrinin alınması üçün hansı addımlar atılmalıdır?
Dalidag.az-ın xəbərinə görə, mövzunu globalinfo.az-a şərh edən politoloq Zeynal Əmirəliyev deyib ki, Ermənistan uzun müddətdir ki, məqsədyönlü şəkildə hələ torpaqlar işğal altında olarkən minalamadan fəal istifadə edirdi:
“Ermənilər hara gəldi, sıx-sıx minalar basdırıblar. Bu, hətta xarici mütəxəssislər tərəfindən də dəhşətli qarşılandı. Dünyada elə bir müharibə olmamışdı ki, bir dövlət digər dövlətə qarşı bu cür vəhşilik etsin. Hər halda ermənilər də bilirdi ki, bu müharibə bitəcək.
Müharibə bitdikdən sonra da Azərbaycan xalqına qarşı terror siyasəti davam edir. Xüsusi olaraq fikir vermək lazımdır ki, ermənilər insanların ən çox gedəcəyi yerləri – qəbiristanlıqları, meşəlik əraziləri, yolları minalayıblar. Bu, məxsusi şəkildə insan tələfatının daha çox olması üçün edilib. Bu siyasət faşizmin əlamətidir. Hələ də davam edir.
Ehtimal ki, müharibəsonrası bölgədə qalan qanunsuz silahlı qruplar da bu işdə fəal olublar. Ən dəhşətlisi odur ki, Ermənistan müxtəlif bəhanələrlə mina xəritələrini verməkdən imtina edir. Tam və obyektiv xəritələri vermirlər. Minadan təmizləmə işində Azərbaycan demək olar ki, təkbaşına qalıb. ANAMA-nın bu işdə məsuliyyəti çox böyükdür. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu barədə öz fikirlərini söyləyib. İnsanlarımız da bu işdə məsuliyyətli olmalıdır.
Dövlətin müəyyən etdiyi xəritə üzrə hərəkət edilməlidir. Dövlətimizin də məqsədi vətəndaşları qorumaqdır. Müharibədən sonra insan tələfatının baş verməsi çox acıdır. Bunu heç kim istəməz. Hamılıqla çalışmalıyıq ki, düşmən çirkin məqsədinə çatmasın. Qaldı ki, mina xəritələrinin sülh prosesinə mane olmasına, əlbəttə, bu, tərəflər arasında etimad mühitini zəiflədir. Paşinyan hökuməti bunu nəzərə almalıdır”.
Zeynal Əmirəliyev
Ekspert deyib ki, minaların böyük əksəriyyəti Köçəryan-Sarkisyan rejimi tərəfindən, eləcə də Qarabağda mövcud olmuş və 5 ay əvvəl tarixin zibilliyinə atılmış qanunsuz xunta rejimi tərəfindən basdırılıb:
“Hansı ki, həmən insanlar etdiyi cinayətlərə görə hazırda Azərbaycan hüquq sistemi qarşısında cavab verirlər. Ancaq bu yenə də Paşinyan hökumətinin məsuliyyətini azaltmır. İndiki erməni hökuməti bu xəritələrlə Azərbaycanı təmin etməyə borcludur.
Nə qədər ki, İrəvan bu işdə Bakı ilə real əməkdaşlıq etməyəcək, saxta davranmağa davam edəcək, xalqlar arasında etimad mühiti formalaşmayacaq. Əgər erməni terrorçuları babamın qəbrinə mina qoyublar ki, ziyarət edəndə partlayıb ölüm, o zaman Ermənistana hansı etimaddan söhbət gedə bilər?! Bu tam bir vəhşilikdir. İnsanlıq əleyhinə cinayətdir. Ona görə düşünürəm ki, Paşinyan və onun nazirləri bu məsələni ciddi şəkildə düşünüb, əhəmiyyətli qərar qəbul etməlidirlər. Artıq bu məsələ ilə bağlı saxta səmimiyyətə son verib, real işə keçməlidirlər”.
Dalidag.az

Kateqoriya: Qarabağ
Tarix: 04-02-2024 10:27
Baxış sayı: 3120
Yazı axını
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02