Reklam


Yanvarın 28-də, saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə fevral ayı üçün biletlər satışa çıxarılacaq. Dalidag.az bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin

Bakı təcridxanasından qondarma rejimin "liderlərinin" görüntüləri yayılıb. Dalidag.az xəbər verir ki, Arayik Harutunyan, Arkadi Qukasyan, Bako Saakyanın sosial şəbəkədə yayılan şəkillərində onlar "məmnun" görünürlər.

"İşğaldan azad olunan ərazilərdə yeni "ASAN" xidmət mərkəzləri açılacaq". Dalidag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. O, Şuşa şəhərində "ASAN" xidmət mərkəzinin yaradılması istiqamətində işləri aparıldığını vurğulayıb: "Növbəti illər ərzində - Ağdam, Cəbrayıl, Laçında regional "ASAN" xidmət mərkəzləri yaradılacaq" Dalidag.az

Yanvarın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Dalidag.az -a verilən məlumta görə, mərasimdə komitənin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

44 günlük Vətən müharibəsi iştirakçısı Vəliyev Əli vəfat edib. Dalidag.az bildirir ki, o, uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, Əli Vəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xankəndi şəhərində silah-sursatların tapılması istiqamətində tədbirlər davam edir. Dalidag.az xəbər verir ki, yanvarın 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 5 ədəd avtomat silahı, 4 ədəd qumbara, 1 tüfəng, 34 ədəd patron darağı, 1774 ədəd patron və digər sursatlar aşkar olunaraq götürülüb
Vardanyan üçün daha bir bəd xəbər: Arvadının “çirkli oyunları” ifşa olundu - VİDEO
(15-01-2024, 11:07)
(15-01-2024, 11:07)

Ruben Vardanyan üzdə xeyriyyəçi obrazı yaratsa da, 90-cı illərdə qara pullarla varlanan, xüsusən çirkab pulların yuyulmasında mahir olan fırıldaqçı imiş. Dalidag.az xəbər verir ki, bu barədə “AzTV”nin “Həftə” ictimai-siyasi proqramında məlumat verilib.

Xankəndi şəhədində silah-sursatın aşkarlanması istiqamətindən tədbirlər davam edir. Dalidag.az xəbər verir ki, yanvarın 13-də və 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 4 ədəd qumbara, 1 ədəd avtomat silahı, 1 tapança, 2 tüfəng, 1240 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunub. Dalidag.az

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən anklavlarla və bitişik bölgələlə bağlı məsələ həllini tapdı. Dalidag.az xəbər verir ki, bunu teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi birmənalı şəkildə tam aydın diqqətə çatdırıldı: "Xüsusilə də Prezident İlham Əliyev bitişik ərazilərin heç bir danışıq mövzusu olmadığını, anklavların isə müzakirə olunacağını söylədi. Burda da Prezidentin əsas arqumenti o

Qubadlı rayonunda pulemyot və avtomat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Mahmudlu kəndi ərazisində həmçinin müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb. Faktla bağlı araşdırma aparılır. Dalidag.az
Yazı axını
04 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
02 / 10 / 2025
01 / 10 / 2025
01 / 10 / 2025
30 / 09 / 2025
29 / 09 / 2025
27 / 09 / 2025
27 / 09 / 2025
26 / 09 / 2025
25 / 09 / 2025
25 / 09 / 2025
24 / 09 / 2025
24 / 09 / 2025
23 / 09 / 2025
23 / 09 / 2025
22 / 09 / 2025
22 / 09 / 2025
20 / 09 / 2025
20 / 09 / 2025
Ən çox oxunanlar