Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 4-dək 4 şəhər, 3 qəsəbə və 199 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 77 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 46 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 23 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Dalidag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev özünün rəsmi tvitter hesabında yayıb.

Ermənistandan Dağlıq Qarabağa gedən yolun bir hissəsi bağlanıb. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qondarma Dağlıq Qarabağ rejiminin Laçın dəhlizindəki vəziyyət barədə verdiyi məlumatda Şuşa-Laçın magistral yolunun bir hissəsinin bağlandığı bildirilir. Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətdə irəliləyir. Dalidag.az

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür. Dalidag.az

Xəbər verdiyimiz kimi, Preziden İlham Əliyev noyabrın 2-də Türkiyənin sabiq Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dalidag.az xəbər verir ki, görüşdə maraqlı anlar yaşanıb. Belə ki, B.Yıldırım "Hamıya maraqlıdır. Şuşada vəziyyət necədir?" deyə sual verib. Prezident İlham Əliyev cavabında bildirib ki, Azərbaycan ordusu Şuşaya nəfəs qədər yaxındır: "Biz ərazi şəraitinə görə çox diqqətli davranırıq. Ermənistana davamlı olaraq silah və hərbi texnika gəlir.

Noyabrın 3-ü saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Dalidag.az

27.09.2020 saat 07-36-dan başlayaraq bugünədək aşağıdakı kəndlərimiz, şəhər və qəsəbələrimiz işğaldan azad edilib. Dalidag.az Azərbaycan ordusunun işğaldan azad edilən ərazilərinin tam siyahısını təqdim edir: 1. Qaraxanbəyli kəndi (Füzuli, 27.09.2020) 2. Qərvənd kəndi (Füzuli, 27.09.2020) 3. Kənd Horadiz (Füzuli, 27.09.2020) 4. Yuxarı Əbdürrəhmanlı kəndi (Füzuli, 27.09.2020) 5. Böyük Mərcanlı kəndi (Cəbrayıl, 27.09.2020) 6. Nüzgar kəndi (Cəbrayıl, 27.09.2020) 7. Şərvəj kəndi (Füzuli,

Noyabrın 2-də gün ərzində və 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Dalidag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev özünün Tvitter hesabında yazıb.

Qarabağdakı müharibə bu ay başa çatacaq. Artıq hərbi cinayətkarların üzərində Xocalı tribunalının təşkilinə başlamaq vaxtıdır. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsov deyib. “Hərbi peşəkarların “dqr”in “müdafiə ordusu”nun son günlərini yaşadığına dair bir şübhəsi yoxdur. Azərbaycan Ordusunun Qırmızı bazardakı uğurları o qədər təsirlidir ki, əlavə qüvvə gələn kimi Şuşaya baş hücum başlana bilər. Bundan sonra təchizatı olmayan
Yazı axını