“Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yeri alacaq”. Dalidag.az -nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə nəzarət mexanizmi ilə bağlı sualı cavablandırarkən bildirib. Türkiyə Prezidenti deyib ki, hazırda Rusiya orada bəlli nöqtələrə yerləşməyə başlayıb: “Danışıqlar gərək xarici işlər nazirlərimiz arasında aparılsın, eyni zamanda indi Rusiyadan bura bir heyət

Rusiyanın Qarabağa gətirdiyi sülhməramlılara general-leytenant Rüstəm Muradov rəhbərlik edəcək. Dalidag.az xəbər verir ki, Rüstəm Muradov 1973-cü ildə Dərbəndin Çinar kəndində anadan olub. Onun əsli Tabasaran rayonunun Xanak kəndindəndir. Bəzi mənbələr Muradovun milliyətcə azərbaycanlı, bəziləri isə tabasaranlı olduğunu bildirir. Muradov 1990-cı ildən hərbi xidmətdədir. Şərq Hərbi Dairəsində xidmətlərinə görə o, 2012-ci ildə general-mayor rütbəsi alıb. O, 2015-2017-ci illərdə 41-ci ordunun Baş

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatları dayandırıb. Dalidag.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hər iki ölkənin silahlı qüvvələrinin bölmələri tutduqları mövqelərdə qalıblar. S.Rudskoy bildirib ki, Qarabağda sülhməramlı vəzifələrin həyata keçirilməsində ordu aviasiyası və PUA komplekslərindən istifadə ediləcək. Onun sözlərinə

“44 günlük böyük vətən müharibəsi nəticəsində Ermənistan məğlubiyyətini qəbul edərək atəşkəsə razı oldu. Bu, Ermənistanın həm müharibə meydanında, həm də siyasi və diplomatik baxımdan məğlubiyyətinin ən böyük göstəricisidir. Paşinyan öz ölkəsini və ordusunu pərişan edərək tarixin zibilli səhifələrinə adını yazdırdı”. Azmarka.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. General bildirib ki, imzalanan atəşkəs razılaşması Azərbaycanın

"Ermənistan Qarabağda təslim oldu". Dalidag .az xəbər verir ki, bu barədə özünü "Twitter" səhifəsində Türkiyə Milli Müdafiə Naziri Hulusi Akar bildirib. H.Akar qeyd edib: "Qələbə! Qələbə! Qələbə! Ermənistan Qarabağda təslim oldu!".

Rusiya Müdafiə Nazirliyi bu gün Bakı vaxtı ilə saat 8.00-dan etibarən sülhməramlı qüvvələrin Qarabağa yeridilməsinə başlayıb. Rusiya KİV-ləri xəbər verir ki, sülhməramlıları və onların hərbi texnikasını daşıyan ilk 4 İl-76 təyyarəsi Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb. Təyyarələrin göyərtələrində sülhməramlı qüvvələrin şəxsi heyəti, zirehli transportyorlar, maddi-texniki vasitələr yer alır. Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanmış birgə sazişə

“Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan,

Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Şuşa şəhərinin videogörüntülərini yayımlayıb. Dalidag.az həmin görüntüləri təqdim edir.

Azərabyacnın daha 23 yaşayış məntəqəsi işğaldan azad edilib. Dalidag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" hesabında məlumat verib. Qeyd edib ki, Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın

"Şuşa praktiki olaraq əlbəyaxa döyüşlər nəticəsində, heç bir pilotsuz uçuş aparatı və ya müasir texnologiya olmadan nəzarət altına alındı". Dalidag.az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzetinin Xankəndidə olan müxbirləri yazıb. "Yaralılar əsasən, güllə və bıçaq xəsarətləri ilə Şuşadan gətirilirdi. Pulemyot və ya tüfəng yaraları ilə deyil, tapança və bıçaq yaraları ilə. Bu o deməkdir ki, şəhər demək olar ki, əlbəyaxa döyüşlər nəticəsində alındı. Üstəlik, azərbaycanlılar yaralıları
Yazı axını