Bu gündən etibarən Azərbaycan polisinin Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan postunda İrana məxsus yük maşınlarının yoxlanılmasına başlanılıb. Dalidag.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, buna səbəb İrandan gələn yük maşınlarının sonradan erməni nömrəsini taxaraq, Laçın dəhlizindən keçməklə Xankəndiyə getməsidir. Qeyd edək ki, 11 avqust-10 sentyabr tarixlərində İrana məxsus 58 yük maşınının qanunsuz olaraq Qarabağa daxil olduğu,

Ağdərə rayonunun Vəng kəndində anadan olan tanınmış moskvalı xeyriyyəçi, iş adamı Levon Ayrapetyan Qarabağın işğalı zamanı çoxsaylı xeyriyyə aksiyaları keçirib. Dalidag.az xəbər verir ki, bu haqda erməni mətbuatı yazıb. Sonradan məlum olub ki, iş adamının ayırdığı vəsaitin böyük hissəsi separatçıların bandit rejimi tərəfindən mənimsənilib. Qalmaqal yüksək rezonans doğurub. Dələduzluqda günahlandırılan Ayrapetyanın Rusiyadakı işi də müzakirə obyekti olub. Rusiya məhkəməsi Ayrapetyanın rusiyalı

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rus sülhməramlılarının bu bölgədəki işini müsbət qiymətləndirib. O, bunu TASS-a Mahaçqalada "Vətən Qəhrəmanlarının Saatı" Ümumrusiya vətənpərvərlik aksiyasının iştirakçıları ilə görüşdə deyib. "Rusiya sülhməramlı missiyasının fəaliyyətini yalnız müsbət qiymətləndirirəm. Bizi mülki əhali qiymətləndirir - bu gün Qarabağda həyat sürətlə gedir. Təbii ki, çox mürəkkəb məsələlər var, amma proses

Sentyabrın 10-da Azərbaycanın aparıcı gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb. Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə reallaşdırdığı səfər çərçivəsində 30 gənclər təşkilatının 50-də çox nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada tarixi-mədəni abidələrimiz, erməni vandalizminin acı nəticələri, qədim şəhərin görkəmli yerləri, eləcə də görülən abadlıq-quruculuq işləri

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti

Son 30 ildə ilk dəfə olaraq sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanda daxili uçuş həyata keçirib. Dalidag.az xəbər verir ki, Türk Hava Yollarının "TK326 Gəncə-Naxçıvan" reysini yerinə yetirən "Boeing-737" təyyarəsi sentyabrın 4-də, şənbə günü uçuş həyata keçirib. Məlumat isə bu gün yayılıb.Təyyarə Gəncədən saat 09:57-də (5.57 UTC) havaya qalxıb və Naxçıvana 10:32 -də (6.32 UTC) eniş edib, uçuş müddəti 35 dəqiqə olub. Məlumata görə, təyyarə Göyçə gölü (Sevan) və

Avqustun 30-dan sentyabrın 4-dək 188 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. İşğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında qeyd olunur ki, Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 164 piyada əleyhinə mina, 72 tank əleyhinə mina və 235 partlamamış

Füzuli rayonunun Mollavəli kəndindən videogörüntülər yayılıb. Dalidag.az Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

Ermənistan hökuməti müharibə vaxtı Qarabağdan İrəvana gedən ermənilərə verdiyi aylıq 68 min dram müavinəti kəsib. Ermənilər deyir ki, əksəriyyəti bu müavinətin üzünü görmədilər, hökumət isə bildirir ki, bu proqram cəmi 4 ay nəzərdə tutulmuşdu. Proqramda əsas prinsip Xankəndidə qayıdan ermənilərə üstünlük verilməsi idi. Erməni mənbələr yazır ki, əksər erməni Xankəndinə gəlir, “müvəqqəti yaşayış” yerində, yaxud qohumlarının evində qeydiyyata düşür, sosial müavinəti aldıqdan sonra geriyə -

Ermənistan hökuməti müharibə vaxtı Qarabağdan İrəvana gedən ermənilərə verdiyi aylıq 68 min dram müavinəti kəsib. Ermənilər deyir ki, əksəriyyəti bu müavinətin üzünü görmədilər, hökumət isə bu proqramın cəmi 4 ay nəzərdə tutulduğunu bildirir. Proqramda əsas prinsip Xankəndiyə qayıdan ermənilərə üstünlük verilməsi idi. Erməni mənbələr yazır ki, əksər erməni Xankəndiyə gəlir, “müvəqqəti yaşayış” yerində, yaxud qohumlarının evində qeydiyyata düşür, sosial müavinəti aldıqdan sonra geriyə -
Yazı axını