Reklam
ANAMA: "Ermənilər su borularının içərisində kiçik ölçüdə minalar yerləşdiriblər"
25-11-2021 14:43

"Təmizlədiyimiz ərazilərdə sürpriz, yəni təyinatı dəyişdirilmiş minalara da rast gəlirik. Ani toxunuş ölümə səbəb ola bilər".
Dalidag.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 2 saylı təmizləmə qrupunun əməliyyat meneceri Ehtiram Cəfərov bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayından başlayan təmizləmə əməliyyatları əsasən Ağdam və Füzuli rayonu istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır: "Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, beynəlxalq humanitar hüquq normalarını pozaraq ərazilərin minalanması zamanı öz mənfur xislətini ortaya qoyub. Su borularının ətrafında və içərisində kiçik ölçüdə və maraqlı görünüşlü minalar yerləşdiriblər. Vətəndaşlardan xahiş edirik, ərazidə olarkən qəti belə əşyalara toxunmasınlar. Ani toxunuş ölümə səbəb ola bilər. Bütün bunlara baxmayaraq ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir".
Kateqoriya: Qarabağ
Tarix: 25-11-2021 14:43
Baxış sayı: 3238Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























